Yusif Səfərov küçəsində salınan avtobus zolağı

Yusif Səfərov küçəsi Bakı şəhərində ən çox modifikasiya edilən, bir növ “başı bəlalı” küçədir. Bu haqda Transport for Baku geniş bloq yazısı da dərc etmişdi. Bu yaxında Yusif Səfərov küçəsində ayrılmış avtobus zolağı salındı.
Təbii ki, avtobus zolağı özü özlüyündə şəhər nəqliyyatı üçün olduqca vacib şeydir. Bu infrastruktur elementi küçənin sərnişindaşıma qabiliyyətini artırır, ictimai nəqliyyatın fəaliyyətini daha səmərəli edir və nəhayət xidmət səviyyəsini yaxşılaşdıraraq ictimai nəqliyyatı istifadəçilər üçün daha cəlbedici edir.
 
İndi küçədə salınan avtobus zolağına nəzər yetirək.
 
Küçənin başlanğıcında, yəni Neftçilər prospekti ilə kəsişmədən heç bir avtobus zolağı yoxdur.
Avtobus zolağı Afyəddin Cəlilov küçəsi ilə kəsişmədən sonra birdən birə peyda olur. Bu isə o deməkdir ki, sağ zolaqla hərəkət edən avtomobillər birdən birə yer dəyişmə etməli olacaqlar, bu isə hərəkətin nizamına mənfi təsir edəcək və orada kütləvi qayda pozuntuları baş verməsinə əhəmiyyətli risk yaradacaq. Belə etmək olmaz!
 
Yeri gəlmişkən dayanma, durma qaydalarını pozanlar da var, DYP-nın vecinə də deyil. 

Küçənin Xətai prospekti ilə kəsişən yerində avtobus zolağı qırılır, çünki orada ayrıcı ada var. Avtobuslar burada yerdəyişmə və sola manevr etməli olacaqlar, hansı ki hərəkətin nizamına yenə mənfi təsir edəcək. Əgər məqsəd düzgün və səmərəli avtobus zolağı salmaqdırsa küçədə layihələndirmə dəyişiklikləri zəruridir. Belə etmək olmaz! Bu halda avtobus zolağı bu ayrıcı adanın içindən keçməli idi.
DYP-nın patrul maşınları düz avtobus zolağının üstündə saxlayıb. Yeri gəlmişkən minik avtomobillərin Xocalı prospektindən Yusif Səfərov küçəsinə çıxışı da problemli görükür.
Yenə də qayda pozuntusu

 

Xocalı propekti  ilə kəsişmədən sonra avtobus zolağı ifrat enli çəkilib, bəlkə də 5 metrdən çox olar. Bəlkə bunu qanunsuz parkinq problemini kompensasiya etmək üçün ediblər?

Ən maraqlısı odur ki, Yusif Səfərov küçəsi bitən kimi avtobus zolağı da bitir. Əslində isə avtobuslar üçün prioritetli keçid məhz burada lazımdır, çünki problemlər elə oradaki yol qovşağında yaranır. 

Bakı şəhərində avtobus zolaqlarının təşkili çox yaxşı haldır, amma layihələndirmə xətaları bu gözəl təşəbbüsü diskreditasiya edə bilər. Hamı isə yenə əhalinin mədəniyyətini və  insanların nizamsızlığını bəhanə gətirərək “bizə belə şeylər yaraşmır” deyəcək.

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – ABB: 5522-0993-6003-6123
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin:

One Reply to “Yusif Səfərov küçəsində salınan avtobus zolağı”

  1. Xeyr əksinə mən deyərdim ki, bu məsələyə dövlət qurumları yeni cərimə metodları ilə nəzarət etsələr hər kəs də bu cərimələrə görə məcbur olub, qanuna riayət edəcək.Necə ki, beynəlxalq yarışmalar zamanı xüsusi zolaqlara keçən avtomobilləri cərimələyirdilər.Heydər Əliyev prospekti üzrə Koroğlu metrosuna qədər avtobus zolaqlarının təşkili vacibdir.Bu edilsə o zaman avtobuslarla bağlı problemlər heç olmasa bu böyük hərəkət sıxlığı olan prospektdə həllini tapar.

Comments are closed.