Əlçatan şəhər təkcə alçaq səkilər demək deyil. Əlçatan şəhər istənilən insanın evindən çıxıb getmək istədiyi yerə kimsənin köməyi olmadan gedə biləcəyi şəhərdir.
Şəhəri əlçatan edən amillər hansılardır?
Şəhəri əlçatan edən birinci amil səkilərdir. Səkiyə qalxmaq üçün 3-5 sm hündürlük belə olmamalıdır. Təkbaşına az mobilli insanların arabada 3 sm-i qalxması çox çətindir, 5 sm-i isə demək olarki mümkün deyil.
Həmçinin əlçatan şəhər mühitinin digər əsas amillərindən biri hər kəsin ictimai nəqliyyatdan rahat istifadəsidir.
Məsələn KNEELING BUS düyməsinə basan zaman sənə tərəf əyilən avtobuslar:
Və ya qapıları xüsusi işarələrlə işarənləmiş tramvaylar
Digər bir nümunə xüsusi ehtiyacı olan kəslər üçün qatarlarda xüsusi yerlərin nəzərdə tutulmasıdır:
Əlçatan hərəkəti məhdud şəxləsrin ictimai tualetlərdən rahat istifadəsidir:
Əlçatan mühit – metrostansiyasına liftin düşməsidir.
Əlçatan mühit təkcə fiziki qüsuru olan insanlar üçün yox, qocalar, uşaq arabası ilə gəzənlər və ya sadəcə baqaj daşıyanlar üçündə nəzərdə tutulmalıdır. Sənin yolunda heç bir baryer olmamalıdır
İctimai nəqliyyatda Priority Seating yerləri olmalıdır. Onlar qatarın içində yox, qapının ağzında olmalıdır
Siz güclü və aktiv insansız və velosiped sürürsüz. Sizin velosiped sizin İN-dən istifadənizin qarşısını almamalıdır. Bunun üçün İN-da velosiped üçün xüsusi yerlər olmalıdır
İstənilən qapının açılması üçün xüsusi düymələr quraşdırmaqdır – əlçatan şəhər mühiti
Ümid edirəmki bir gün Bakınıda bu qədər əl çatan şəhər görəcəyik
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.