“Bu axı təhlükəlidir! Qəzada ölən insanlar qanı sizin üstünüzdə qalacaq” – dərhal DYP və ya AAYDA-nın bir mütəxəssisi qışqırmağa başlayacaq. Yerüstü və yeraltı keçidləri ilə şəhərimizi labirintə çevirən qurumların bu cür reaksiya verməsi normaldır. Xoşbəxtlikdən dünya biraz başqa cür işləyir və insanların davranışı bu mütəxəssislərin kefinə görə nizamlanmır.Ümumi küçədə maşın sürmək insanı daha diqqətli və asta sürməyə məcbur edir. Axı hər dəqiqə qabağına uşaq qaça bilər. Başqa sözlə bu tip küçədə sürətli sürmək mümkün deyil, buna görədə küçədə sürət azalıt və ümumi təhlükəsizlik artır.
Piyadalar üçün isə bu tip küçələr, hazırki “küçələrimizdən” rahat olacaq. Düzdü bu tam piyadalaşmış küçələr qədər rahat olmasada insanlar maneəsiz hərəkət edə biləcəklər. Bu tip küçələrdə piyadalarda küçədə daha diqqətli olmağa məcburdur.
Təcrübələr göstərirki bu tip küçələr daha təhlükəsiz və piyadalar, velosipedçilər və biznes üçün daha əlçatan olur. Lakin nəzərə almaq lazımdırki bu tip küçələr şəhər mərkəzindəki kiçik və ara küçələr üçün daha məsləhətlidir. Heydər Əliyev və ya Nobel prospektində bu layihəni icra etsək hər şey daha bərbad olacaq.
Bizim ən böyük problemimiz sürücü və parking mədəniyyətinin olmamasıdır. Ona görədə ayrıcı zolaqdan tamamilə imtina etmək bizim şəhərimiz üçün hələ məqsədə uyğun deyil. Bu problemi həll etmək üçün piyada və maşın yolunu ayırmaq üçün müxtəlif ayrıcı səddlərdən istifadə etmək olar.
Bu layihəni küçəni avtomobil üçün tam bağlamaq istəmədikdə amma insanlar üçün rahatlıq yaratmaq istədikdə tətbiq etmək olar.
Ümid edirik ki, qış parkından Nizami küçəsinə qədər olan küçələri ən azından bu layihəyə uyğun yeniləyərlər
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.