Əslində bu sadə sualın çox asan cavabı var. Lakin sakit bir küçənin saatda bir neçə min maşın keçirə biləcəyini deyən məmurları gördükcə başa düşürsənki, çox adam bu sualın cavabını bilmir.

KÜÇƏ


Küçələr şəhərin nəqliyyat axınını özündən keçirən arteriyasıdır. Lakin daha öncəki yazılarda bildirdiyim kimi nəqliyyat məsələlərində şəxsi avtomobillərə yox, effektivliyə üstünlük vermək lazımdır. Buna görədə dünyanın normal şəhərlərində siz heç vaxt 10 zolaqlı küçə görə bilmərsiz. Çünki məqsəd küçənin daha çox maşını yox, daha çox piyadanı keçirtməsini təmin etməkdir.

Başqa sözlə desək küçələr ilk növbətə piyada, velosiped və ictimai nəqliyyat üçün rahat olmalıdır.
Həmçinin küçələr ictimai məkan sayılır. Ümumi götürsək şəhərin ictimai məkanının böyük hissəsini parklar yox küçələr tutur. Ona görə küçələr insanlar üçün rahat və təhlükəsiz olmalıdır.
Küçələrdə insanlar üçün ən böyük təhlükəsi yüksək sürətlə sürən sürücülərdir. Məhz yüksək sürət qəzaların əsas səbabkarıdır.

15363851964-7a5ec4613a-b

Ona görə layihəçi elə etməlidir ki, küçələrdə yüksək sürətlə maşını idarə etmək olmasın.
Bunun üçün küçələrdə hərəkət zolaqları 6-dan çox olmamalıdır. Əks halda sürücü statik obyektlərlə əlaqəni itirir və onun sürəti hiss etməsi çətinləşir. Optimal zolaq sayı 2-4-dür. Əgər 2-dən çox zolaq varsa onlardan fiziki hədd ilə ayrılmalıdır.

Düz küçələr visual olaraq gözə xoş gəlir amma avtomobil yolu düz olmamalıdır.

Əgər sürücü qarşısında düz yol görürsə, bu ona sanki “sürəti artır” deyə pıçıldayır. San Francisconun məhşur Lombard küçəsi. Bu küçədə kim sürəti artırmaq istəyər?

Əlbəttə bu üsulu hər yerdə tətbiq etmək lazım deyil amma yaşayış zonası üçün mütləqdir. Hazırda bizim demək olarki bütün küçələrimiz sağ və sol tərəflərində maşınlar park edir. Bu düzgün deyil. Küçəyə baxdıqda sən bilməlisənki maşını harda saxlaya bilərsən, harda yox. Aşağıdakı şəkildə düzgün layihələndirilmiş küçəni görmək olar

Piyada keçidləri olan yerlərdə yolları daraltmaq mütləqdir. Bu halda piyada sürücü tərəfindən daha yaxşı seçilir və bəzi “ağıllı” sürücülərimiz maşınlarını zebranın üstündə saxlaya bilmir.

Həmçinin küçələr ictimai nəqliyyat üçün qurulmalıdır. Bizdə hal hazırda əsasən avtobus cibləri tikilir ki, buda artıq qəbul olunmuş qaydalara görə düzgün deyil. Şəkildə düzgün avtobus dayanacağını görə bilərsiniz. Hal-hazırda anti ciblər səhv etmirsəmsə təkcə Məhəmməd Hadi küçəsində tikilib

Təhlükəsizlik adacıqları mütləq fiziki şəkildə yoldan ayrılmalıdır

Əks halda isə hər kəs onun üstündə maşınını park edəcək

Yollar təkcə asfalt ilə yox tamet daşları ilə döşənməlidir

Əlbəttə bütün yollara tamet döşəməyə pul çatmayacaq. Amma əsas, insan axını çox olan küçərələri etmək olar.

Piyada keçidləri
Küçələr elə layihələndirilməlidir ki, piyadalar yolu rahat və təhlükəsiz keçə bilsin. Ona görə də keçidlər yol səviyyəsində olmalıdır, piyadalar göyə çıxmalı və ya yerin altına girməli deyillər. Əlbəttəki eyni səviyyəli keçidlər 100%-lik təhlükəsizliyə zəmanət vermir çünki həmişə bir axmaq çıxıb qəza törədəcək. Bundan əlavə yerüstü və yeraltı keçidlərin tikintisi və istismarı çox baha başa gəlir.

Aşağıdakı şəkildə düzgün piyada keçidi göstərilb. Süni darlaşdırılmış piyada keçidində sürücü piyadanı daha yaxşı görür və yolu keçmək istəyən piyadalar, küçə ilə gedən piyadalara mane olmur

Şəhər – bütün sakinləri fikirləşməlidir. Qocalar, əlillər, arabalı valideynlər də şəhərdə rahat hərəkət etməlidirlər. Buna görə də keçidlər yol səviyyəsinə salınmalı və ya idealda yol keçid səviyyəsinə qaldırılmalıdır

ŞOSSE


Şosse sırf maşınlar üçün nəzərdə tutulmuş bir yerdir.

Birincisi bu yollar yüksət və davamlı sürət üçün nəzərdə tutulub.

İkincisi şossedə piyada və ictimai nəqliyyat olmamalıdır. Buna görədə şosse ətrafında yaşayış sahələri olmamalıdır.

Məhz bu yollarda əgər piyada keçidi quraşdırmaq lazım gələrsə yer üstü və yer altı keçidlərdən istifadə etmək olar.

Artıq siz dəqiq küçə və şosse arasındakı fərqi bilirsiniz. Məmurlar sizi aldatmasın 🙂

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – ABB: 5522-0993-6003-6123
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: