Təsəvvür edin ki, şəhərin bir küçəsilə gedirsiniz, yolun digər tərəfinə keçmək üçün yol kəsişməsinə çatırsınız… və orada keçid sadəcə olaraq yoxdur. Bakı haqqında danışırıqsa, piyadalarımız hər gün bu vəziyyətlə qarşılaşırlar.

Təəssüf ki, paytaxtımızda piyada keçidlərini ləğv edirlər, “zebraları” qaralayırlar, avtomobillər üçün daha çox yer əldə etməyə çalışırlar, ancaq bu qərarı qəbul edən müvafiq qurumlar vəziyyəti daha da ağırlaşdırır.

Biz dəfələrlə şəhər mühitinin pisləşməsinə aparan tədbirlərin, tıxac probleminin daha da pisləşdiyinə gətirib çıxarması haqqında yazmışıq. İnsanlar avtomobil yönümlü şəhər mühitinin yaradılmasını müşahidə edir və özlərinə avtomobil alırlar, nəticədə tıxacların sayı günü-gündən artır.

Xüsusi olaraq qeyd etmək istədiyimiz U-şəkilli piyada keçidləridir, onları Bakının bir çox küçələrində görmək olar. Biz artıq bu haqda yazmışıq, indi isə yenidən onların nə kimi problem yaratması haqqında ətraflı danışaq.

Belə keçidlərin problemi yalnız narahatçılıq deyil, onlar həmçinin şəhərin təhlükəsizliyini pisləşdirirlər.

Məsələ ondadır ki, əslində, insan təbiətdən tənbəldir. Və bu yalnız Azərbaycan cəmiyyətinin problemi deyil, çünki bu enerjinin qorunması üçün təkamül mexanizmidir. Buna görə insanlar salınmış səkilərdən kənarda cığırlarla hərəkət etməyə üstünlük verirlər və buna görə şəhər küçələrində piyada keçidlər cazibə nöqtələri arasındakı ən qısa yol olan “arzu xətləri” üzərində yerləşdirilməlidir.

Ən maraqlısı odur ki, Bakı Nəqliyyat Agentliytinin rəhbəri cənab Vüsal Kərimli telekanalların birinə verdiyi müsahibədə şəhərdə ən yüksək prioritetin piyadalarda olmasını vurğulamışdı.

Müsahibənin bu hissəsini saxlamışıq (videonun yüklənməsini gözləyin):

Piyada olaraq hərəkət etməyi rahat və cazibədar etmək əvəzinə piyadalarımız küçəni keçmək üçün üç dəfə daha çox məsafə qət etməli olurlar.

Əgər sağlam və cavan adam avtomobilər olmayan anı seçərək yolu qaçaraq keçə bilirsə, hərəkət məhduduyyətli insanlar bunu edə bilmirlər. Bu kimi keçidlər (yeraltı və yerüstü keçidlərlə bərabər) yaşlılara, əlillərə, uşaq arabası ilə hərəkət edən analar və yaxud yük daşıyan ilə üçün çətinlik yaradır.

Müasir urbanistikada belə bir bənzətmə var: tıxaclarla mübarizə aparmaq üçün piyada keçidlərini ləğv etmək, yanan benzini yağ ilə söndürmək cəhdinə bənzəyir – vəziyyət ancaq pisləşəcək. Piyada keçidləri şəhərsalma və piyada axınlarının xüsusiyyətlərinə uyğun yerləşdirilməlidir. Tixaclarla yalnız şəxsi avtomobildən istifadəsini idarə etməklə mübarizə aparmaq olar.

Biz şəhəri piyada hərəkəti üçün nə qədər narahat etsək, o qədərdə şəxsi avtomobildən istifadə artacaq, insanlar hətta qısa məsafələr üçün avtomobilədn istifadə etməyə üstünlük verəcəklər. Buna endussiya edilmiş tələb deyilir. Bu effekt bütün dünyada hələ keçən əsrdə sübut olunub, məhz buna görə mütərəqqi şəhərlərdə tıxaclarla mübarizə aparmaq üçün yeni yollar tikmirlər, piyada keçidləri ləğv etmirlər, çünki bir neçə ildən sonra vəziyyət daha da pisləşəcək.

City4People.az olaraq, BNA-ya müraciət etmişik və bu müraciətdə Bakı şəhərinin inzibati ərazisində bu tip piyada keçidlərinin təşkili ilə bağlı kimin qərar verdiyi haqqında soruşduq və belə bir cavab aldıq.

Qısa şəkildə desək, BNA bəyan edir ki, bu tip keçidlər onların yaranmasından əvvəl baş verib. Bir neçə aydan öncə isə, müraciətimizə əsasən, Rixard Zorqe və Zərifə Əliyeva kəsişməsində piyada keçidi təşkil edildi, amma o da U-şəkildə oldu.

Əldətdə ki, burada da təbii bir mənzərə müşahidə edilir. İnlanlar yolunu çətinləşdirmək istəmiyərək onlara rahat olan yerdən keçirlər.

Belə çıxır ki, BNA bu işə onlardan əvvəl məsul olan təşkilatlarının səhvlərini təkrar edir?

Bu iddianı yoxlamaq üçün biz onları U-şəkilli keçidlərdə çatışmayan piyada zolaqlarını çəkməyə xahiş edərik. Görək piyadaların prioriteti haqqında bəyan edilən sözlər həqiqətdir yoxsa yox.

Cavab bu məqalədə və bizim sosial şəbəkələrdə olan səhifələrdə açıqlanacaq, izləməyə davam edin: Transport for Bakuİnsan yönümlü şəhərlər

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – ABB: 5522-0993-6003-6123
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin:

2 Replies to “U-şəkilli piyada keçidlər: ədavətli şəhərin əlamətləri”

Comments are closed.