Bu ilin əvvəlindən başlayaraq Bakı Nəqliyyat Agentliyi, nəhayət ki, paytaxtın mərkəz küçələrində velosiped yollarının əsaslı şəkildə salınmasına başlayıb. İlkin mərhələdə işlər Bakının mərkəzində 7,5 km-lik ərazisini əhatə edir. Düzdür, işlər çox ləng gedir və 7,5 km-lik veloyol Bakı üçün demək olar ki heçnədir, nəzərə alsaq ki, bu yolun bir hissəsi Dənizkənarı Bulvardan keçir, hansında ki velosiped sürmək onsuzda böyük bir problem yaşatmırdı.
Yenə də, start verilməsi sevindirici bir haldır və artıq bir neçə küçələrdə işlər tamamlanıb. Mən bu küçələrinin bəzilərini gəzdim, fotoqeydiyyat apardım və qısa təhlilini nəzərinizə çatdırmaq istəyirəm.
Gəlin, birincisi Puşkin küçəsindəki 2 il əvvəl pilot layihə çərçivəsində salınan zolağa nəzər salaq. Buradakı velosiped yolu səkidə təşkil olunub, örtük üçün isə tamet seçilib.
Veloyolun uzunluğu cəmi 100 metrdir, və artıq “Marriot” oteldən o tərəfə bunun davamı gəlmir.
Yolun səki səviyyəsindən aşağı salınması yağış suların yığılmasına səbəb olur.
Puşkin küçəsinin digər tərəfində isə artıq bu il salınan yeni velozolaqlardır. Burada örtük artıq daha məntiqli olaraq asfalt seçilib, üzərinə isə qırmızı termoplastik boyası vurulub. Velosiped keçidi isə bu cür təşkil olunub:
Bunu zebra ilə parallel olaraq etmək olardı, amma görünür ki layihəni icra edən Azəravtoyol (AAYDA) estetik cəhətləri qıraqda qoyur. Ümumiyyətlə velosiped keçidləri standartlara uyğun olaraq başqa cür nişanlanmalıdır. Misal üçün belə:
Amma bu önəmli detal deyil. Əsas problemi mən növbəti fotoda görürəm. Onsuzda velosiped üçün daraldılmış səkinin üzərində görün nə boyda velosiped yolu nişanı quraşdırıblar.
Bir nəfər cavab verə bilər nəyə lazım idi bu? Velosiped yolunun üzərində artıq aydın şəkildə nişanlanma var, onun rəngi də fərqlidir. Nə ehtiyac var idi bu boyda nişana? Bu nişanı adətən velozolaq yol qırağında təşkil olunanda istifadə edirlər. Özü də Avropada çoxdandır şəhər daxilində daha kiçildilmiş nişanlardan istifadə olunur. Fərqi hiss edin, bura Berlindir:
Eyni problem velosiped parkinqləri ilə. Gərək yanında özüm durardım ki, siz bunun lüzumsuz dərəcədə ölçüsünü hiss edəsiniz.
Necəsə bütün dünyada nişansız veloparkinq təşkil edə bilirlər, amma bizdə yox?
Ümumiyyətlə, yuxarıdakı fotoda gördüyünüz veloparkinqin yeri məntiqli deyil. Çünki velosiped yolu bu tərəfdə əslində yol ilə davam etməlidir, səki ilə yox. Hələ ki bu işlər yarımçılıq qalıb:
Hökümət evi ilə üzbəüz isə piyada və velosiped zolaqlarından əsl “sənət əsəri” yaradıblar 🙂
Düzdür, buradakı pozitiv məqam ondan ibarətdir ki, əvvəllər burada piyada keçidi 3-tərəfli idi (bu kəsişməni bu məqalədə misal gətirmişdim), artıq bu məsələ də velozolaq sayəsində öz həllini tapdı:
Elə bununla pozitiv nüanslar bitir. Çünki bu yol Zərifə Əliyeva küçəsi ilə davam edən hissədə bitir.
Səbəbi isə çox sadə. Vaxtı ilə “BEGOC” (Avropa oyunlarının təşkilat komitəsi) ofisin qarşısında səkini parkinq cibinə qurban veriblər. İndi burada nəyinki velosiped, heç piyada keçmək mümkün deyil, səkinin azca qalan hissəsində işıq dirəkləri quraşdırılıb.
Maraqlıdır ki, hətta fotodan görünür ki, parkinq cibini rahatlıqla 1 metr kiçiltmək olar, maşın da yerləşər, səki də genişlənər. Amma BNA bu ərazini iqnora qoyub, velosiped yolunu bu cibdən sonra davam etdirdi. Hələlik burada da boyama işləri bitməyib və velosiped yolunu itləri gəzdirənlər istifadə edir.
Bura isə Zərifə Əliyeva və Rəşid Behbudov küçələrinin kəsişməsidir. Hər iki tərəfdə velosiped yolu salınıb (yaxınlaşdırsanız görəcəksiniz digər tərəfdə də var), amma aralarında əlaqə yoxdur. Heç qanuni piyada keçidi yoxdur, amma insanlar necəsə yolu keçməlidir və qayda pozmağa məcbur olur.
R. Behbudov küçəsində, əslində, velosiped zolağını avtobus zolağı ilə birləşdirmək olardı, bunun üçün səkini daraltmaq ehtiyac yoxdur. Buna dair mən vaxtı ilə təklif də vermişdim. Bir çox ölkələrdə bu normal təcrübədir.
Qayıdırıq Üzeyir Hacıbəyli küçəsinə. Burada, prinsipcə, səkilər kifayət qədər genişdir və velosiped yolu piyadalara heç bir maneçilik törətmir.
Bəzi ağıllı sürücülər belə hallara yol verməsələr, lap yaxşı olar.
XÜLASƏ
Bakıda velosiped yollarının salınması, sözsüz ki, əla xəbərdir, buna çoxdan ehtiyac var idi. Mən ümid edirəm ki, bu işlər davamlı olacaq, daha məntiqli şəkildə təşkil olunacaq, lazımsız nişanlara vəsait xərclənməyəcək və ən əsası vahid şəbəkə yaradaraq Bakı şəhərində velosipedi təhlükəsiz alternativ nəqliyyat vasitəsinə çevrilməsinə təkan verəcək.
Bu arada, saytımızda “Velosiped yollarımızı necə təşkil edək?” adlı faydalı bir məqalə var, oxuyun və siz də dövlətimizdən düzgün veloyolların təşkilini tələb edin.
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.