Girişi uzun etməyib bir başa əsas məsələyə keçmək istəyirəm. Gəlin böyük şəhərlərin niyə şəxsi avtomobildən əl çəkdiklərini birlikdə araşdıraq.

Niyə maşına yox deyirik?

Evdən çıxmaq, maşına oturmaq, peçi işə salmaq, sevdiyin mahnını dinləmək və konkret sənə lazım olan yerə istədiyin yol ilə getmək – bundan yaxşı nə ola bilərki? Rahat və komfortla istədiyin yerə getmək hər bir insanın arzusudur. Bu arzunu reallaşdırmaq istəyi yollarda gölməçə, hava isə soyuq olanda daha çox artır. Hələ-hələ aqressiv, “qara geyimli” adamlarla qarşılaşmamaq üçün ən ideal vasitə şəxsi avtomobildir.

В Ясамальском районе Баку начинается строительство крупной парковки на 360 автомобилей ABC.AZ

Problem ondadırki hər bir insan bu arzusunu reallaşdırsa ümumi xaos baş verəcək – fərdin rahatlığı bütün cəmiyyətin narahatlığına gətirib çıxardacaq. Sadə sözlə desək tıxac olacaq – gedəcəyin yerə tez və rahat getmək artıq mümkün olmayacaq.

Bakıda nəqliyyat dərdi niyə bitmir? – Ekspert - son xeberler

Tıxac səbəbi pis layihələndirmə, köhnə standartlar və ya başqa nəsə deyil. Tıxacın səbəbi sadəcə maşın çoxluğudur: onlar çox yer tutur və az adam daşıyır. Maksimum 5 nəfər yerləşən avtomobil orta hesabla 1.2-1.3 adam daşıyır eyni zamanda isə avtobusun yarısı qədər yer tutur

Eyni sayda adamı daşımaq üçün müxtəlif nəqliyyat vasitələrinin tutduğu yer

Keçən əsrdə bir çox şəhərlər maşınlar üçün yer çatışmazlığını yolu genişləndirməkdə, yeni zolaq üçün tramvay xəttini sökməkdə və s. görürdülər. Rahatlıq bir müddətlik olurdu çünki bir az sonra maşın sayı daha da artırdı və tıxaclar daha çoxalırdı.

Bakı-Sumqayıt yolundan istifadə edənlərə ŞAD XƏBƏR | KONKRET

ABŞ daha irəli gedərək tarixi binaların çox hissəsini yolu genişləndirmək üçün sökürdü. Aşağıdakı şəkil Detroytda avtomobil yollarının şəhəri neçə “dağıtdığının” şahidi oluruq

Tıxacdan sonra ən böyük ikinci problem yaranır – parking. Analoji vəziyyət burda da hökm sürür. Bütün maşınları park etmək üçün daha çox yer lazımdır amma yer praktiki olaraq yoxdur. Bu vəziyyətdə isə sürücülər maşınları harda gəldi park edir. Bunun nəticəsində isə insanlar üçün qızıldan qiymətli parklar, səkilər, məhəllələr parkingə çevrilir.

Image may contain: outdoor

Image may contain: sky and outdoor, text that says '28 MAY'

Əlbəttə parking binaları tikmək olar amma onları tikmək baha başa gəlir. Tikdikdən sonra isə pulsuz istifadəyə buraxmağı isə heç bir ağlı başında olan biznesmen və ya şəhər etməz.

Maşından istifadənin başqa problemləri də var: ekologiyaya ziyan dəyir, qəza ehtimalı çoxalır, maşından istifadə edən insanlar daha az hərəkət edir və səhhətlərinə daha çox pul xərcləyir, xüsusi infrasturtukların qurulub onlara daimi baxım büdcə üçün əlavə xərc yaradır və s.

Avtomobil yerinə nə istifadə edək?

Ağıllı şəhərin məqsədi tıxaclarla mübarizə yox, insanları maşınlardan daha effektiv nəqliyyat vasitəsinə yönəltməkdir. 21-ci əsrin şəhərləri avtomobildən daha rahat və təhlükəsiz hərəkət üçün alternativlər yaradır:


 

Əgər 20-ci əsrdə küçənin maşın buraxmaq qabiliyyətini hesablayırdılarsa 21-ci əsrdə eyni küçənin insan buraxmaq qabiliyyəti hesablanır

Əsas faktor – şəhərin piyadalar üçün rahat olmasıdır. İdeal vəziyyətdə insan piyada bütün açar yerlərə gedə bilməlidir. Müasir şəhərdə yatmaq və işləmək üçün rayonlar olmamalıdır. Şəhərin bütün rayonları qarışıq olmalıdır. Məsələn Parisin nəqliyyat strategiyasına görə istənilən sakin piyada 15 dəqiqə getməklə həyatı vacib nöqtəyə çata bilər.

Piyada gəzmək insana xeyirdir, rahat şəhərdə isə həmdə faydalıdır. Piyada bir insanın komfortlu harasa getmə məsafəsi 1-2 km-dir. Ona görə sırada velosipedlər gəlir. Onlar getmə məsafəsini 10-15 km-ə qədər qaldırır. Amma bunun üçün xüsusi infrastruktur olmalıdır. Təəssüfki Bakı şəhərində cəmi 50 m-lik rəsmi velosiped yolları var.

Bakıda velosiped infrastrukturuna ehtiyac var: Dövlət başçısına müraciət - İnsan yönümlü şəhərlər

Niderland və Finlandiya velosiped infrastrukturuna görə dünya lideridir. Finlər hətta qarlı havada belə velosipeddən istifadə edir

Sırada ictimai nəqliyyatdır. Burada hər şey sadədir. İN – sürətli, keyfiyyətli və rahat olmalıdır. Amma hələdə paytaxın bir çox avtobusları biabırçı vəziyyətdədir. Amma hər şeyi düzəltmək öz əlimizdədir. Ayrıca zolaqlar salmaq, düzgün bilet siyasəti, rahat hublar və s. Bir mənalı şəkildə anlamalıyıqki bu sadaladıqlarımız olmasa heç kim ictimai nəqliyyatdan istifadə etməyəcək.

Avropanın ictimai nəqliyyatı da bir gündə düzəlməyib. Sadəcə istək və konkret əməllər lazımdır. Sinqapur isə bu yaxınlarda yeni qərar qəbul edib. 2040-cı ilədək pik saatlarda hər 10 nəfərdən 9-u şəxsi avtomobildən istifadə etməməsi üçün konkret işlər görülür. Yəni onlar istədikləri yerə piyada, velosipedlə, avtobusla, metro ilə, taksi ilə hətta hava şarı ilə belə gedə bilərlər amma şəxsi maşından istifadə olmayacaq. Bunun üçün onlar artıq kompakt rayonlar tikməyə, velo zolaqlar çəkməyə, metro xətləri açmağa başlayıblar.

London da maraqlı yeniliklər etməyə başlayıb:

  • Yollarda sürdüyün km-ə görə əlavə ödəniş
  • Yaxınlıqda ictimai nəqliyyat varsa yeni tikili obyekt və binalarda parkingdən imtina
  • Gündəlik maşın istifadəsini 3 milyona qədər azaltmaq
  • Gündəlik hərəkətin 80%-ni ictimai nəqliyyat vasitəsilə etmək
  • Maşınsız daha çox gün və ərazi
  • Gəzintiyə və velosipedə üstünlük
  • Elektromaşınlar üçün yanacaqdoldurma məntəqəsi

Maşınları küçələrdən necə yığışdırırlar

Nəqliyyatda qamçı və şirniyyat prinsipi əsas yer alır: bir əlimizdə qamçını tutub insanları maşın sürməkdən çəkindiririk digər əlimizdə isə şirniyyat tutub onları ictimai nəqliyyatdan istifadəyə həvəsləndiririk. İnsanların maşınlardan imtina etməsi üçün müxtəlif yollar var: adminstrativ, fiziki və siyasi

Siyasi üsul ən asanıdır – maşınlara qadağa qoyuruq vəssəlam. Bu üsula çox az rast gəlinir. Amma bəzi şəhərlər həftənin və ayın bəzi günlərində bəzi əsas küçələri maşınlara bağlayır.

Fiziki üsul – yolları daraldırıq, parkingləri yığışdırırıq və s. Bəzi küçələrimizdə artıq biz də yolları daraltmağa başlamışıq. Amma bunu nəsə radikal bir şey kimi göstərmək olmaz. Radikal dəyişiklik o zaman olardıkı Neftçilər və ya Yusif Səfərov küçəsində avtomobil üçün cəmi bir zolaq saxlayıb digərlərini İN, velosiped və ya piyadaların ixtiyarına verərdilər.

Bakının Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələrində yenidənqurma işləri aparılıb (FOTO)

Adminstrativ üsul – pullu parking, şəhərin müxtəlif zonaları giriş haqqının olması, bəzi maşınların istifadəsinə qadağa qoyulması və s aiddir. Bir çox Avropa ölkələri artıq köhnə və ekologiyaya ziyan vuran maşınları məhz bu üsul ilə qadağan edir. Biz isə bəh-bəhlə həmin maşınları alırıq və ətrafı zəhərləməyə başlayırıq.

Maşınlardan tamamilə imtina etmək lazımdır?

Əlbəttə xeyr. Söhbət ideal balansın qorunmasından gedir. Həmişə maşından istifadə var olacaq. Həmişə elə marşrutlar olacaqki ora şəxsi maşında getmək daha rahatdır. Ona görə maşınlardan tam imtina futurizmdən başqa bir şey deyil.

Amma şəhər daxili maşınların istifadəsinin minimuma endirilməsi bizim əlimizdədir. Bu nağıl deyil – sadəcə şəhərin düzgün siyasətinin nəticəsidir. Nümunə olaraq isə Amsterdamı göstərə bilərik:

Амстердам, было

Амстердам, стало

 

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – ABB: 5522-0993-6003-6123
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: