Velosipedçilik, ənənəvi olaraq, yerli məsələ hesab edilir. Bununla belə, yüksək səviyyəli qanunvericilik, xüsusən də işarələrlə əlaqədar milli qanunlar əlaqəli, təhlükəsiz, rahat və cəlbedici velosiped infrastrukturunun təmin olunmasının yerli orqanlar üçün nə dərəcədə asan (və ya çətin) olması məsələsinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. MORE layihəsi çərçivəsində ECF Avropanın 11 ölkəsinin milli qanunvericiliyini və onların velosiped infrastrukturunun inkişafına təsirini təhlil edib.
Velosiped infrastrukturunun hansı növləri bütünlüklə Avropa ərazisi üçün ümumidir? Onlardan hansı ayrıca ölkələr üçün unikaldır? Ən qabaqcıl təcrübələr harada tətbiq olunur? MORE layihəsinin daha bir tərəfdaşı olan Sciences Po institutunun köməyi ilə biz velosipedçiliyin tənzimlənməsinə müxtəlif yanaşmalarda hansı fərqlərin mövcud olduğunu anlamaq məqsədi ilə biz Avropanın 11 ölkəsinin qanunvericiliyini müqayisə etmişik. Bizim təhlilimiz Belçikada, Xorvatiyada, Almaniyada, Macarıstanda, İtaliyada, Lüksemburqda, Polşada, Portuqaliyada, Sloveniyada, İspaniyada və Böyük Britaniyada yol istifadəçilərinə tətbiq olunan qaydaların (müxtəlif istifadəçi qrupları üçün nəzərdə tutulmuş öhdəliklərin / qadağaların), yol işarələrinin və izahların araşdırılmasına yönəldilib. Seçilmiş həllər üçün biz, həmçinin, Avstriyada, Danimarkada, Fransada, Norveçdə, Niderlandda, Rumıniyada və İsveçrədə tətbiq olunan qanunları da nəzərdən keçirmişik.
Ümumi elementlər: velotreklər və velosiped zolaqları.
Velosiped infrastrukturu müxtəlif Üzv Ölkələrində ümumi təsir bağışlayan bir neçə elementə malikdir. Yol Nəqliyyatı haqqında Vyana Konvensiyasında əks olunmuş ümumi elementlər velosipedlər üçün nəzərdə tutulmuş müstəqil yollar və ya yol hissəsi kimi müəyyən edilən velotreklər və velosipedlər üçün nəzərdə tutulmuş yolun hərəkət hissəsinin bir hissəsi kimi nəzərdə tutulmuş velosiped zolaqları. Velosiped zolağı yolun hərəkət hissəsinin qalan hissəsindən düzxətli yol işarələri ilə ayrılır.
Bununla belə, konvensiyanın qəbul olunmasından keçən 50 il ərzində velosiped infrastrukturunun yeni formaları işlənib hazırlanıb və bu formalar arasında ümumi ideyadan irəli gələn bəzi oxşar cəhətlər olsa da, hüquqi qaydalar əhəmiyyətli dərəcədə fərqlənir.
Yeni velosiped infrastrukturu və qabaqcıl təcrübələr
Velosiped küçələri Şimali Avropada, xüsusən Almaniyada və Belçikada yeni tendensiyalar hesab olunur. Bəzi küşçələrdə digər nəqliyyat vasitələrinin hərəkətinə icazə verilsə də, velosipedlər üstünlük təşkil edir. Təkrarlanan ümumi elementlərə sürətin saatda 30 km-dək məhdudlaşdırılması və yan-yana velosiped sürməyə icazə verilməsi aiddir, amma məsələn, Lüksemburqda və Belçikada avtomobil sürücülərinin velosipedçiləri ötüb keçməsi qadağandır.
Əks istiqamətdə velosiped sürülməsi avtomobillər üçün tək istiqamətli olan yollardan velopsipedlər üçün hər iki istiqamətdə istifadə olunmasına imkan yaradır. Bu küçələr iki avtomobilin bir-birini ötüb keçməsi üçün çox dardır, amma bir avtomobil və velosiped üçün kifayət qədər genişdir. Belçika əks istiqamətdə hərəkət qaydaları üzrə qabaqcıl təcrübələrdən istifadə edir: bu ölkədə, əsaslı səbəblər istisna olmaqla, velosipedçilər üçün əlavə istisnalar tətbiq edilməsinə nəinki icazə verilir, hətta yol hərəkətini tənzimləyən orqanlar üçün bu istisnaların tətbiq edilməsi məcburidir.
Avtobus xətlərində velosiped sürmək də bəzi Avropa İttifaqı ölkələri üçün səciyyəvidir. Almaniyanın inzibati qaydaları qabaqcıl təcrübə hesab oluna bilər – burada avtobus xətləri ilə əlaqədar mühüm velosipedçilik təhlükəsizliyi məsələləri araşdırılır, xüsusi velotreklər və ya velosiped cığırları olmadığı və vesolipedçilərin avtobuslar və avtomobillər arasında hərəkət etməyə məcbur olduğu yerlərdə velosipedçilər üçün istisnalar nəzərdə tutulur.
İşıqforlarla əlaqədar istisnalar çərçivəsində işıqforların altında quraşdırılan lövhələrdə məkumat verilir ki, müəyyən istiqamətdə hərəkət edən velosipedçi nəqliyyatın və piyadaların perpendikulyar hərəkəti şəraitində işıqforun qırmızı işığı ilə üzləşə bilər. Fransa bu sahədə bütün mümkün kombinasiya və istiqamətlərdə aparıcı mövqe tutur.
Bəzi ölkələrdə müəyyən yaşadək uşaqlara səkilərdə velosiped sürməyə icazə verilir və hətta məcburi hesab olunur. Bu xüsusda ən çox tətbiq olunan yaş həddi 10 yaşdır, amma bəzi ölkələrdə, məsələn, Polşada, yolun hərəkət hissəsində sürət həddinin saatda 50 km-dən artıq olduğu və səkinin eninin ən azı 2 metr olduğu yerlərdə, yaxud əlverişsiz hava şəraitində böyüklərə də səkilərdə velosiped sürməyə icazə verilir.
Mükəmməl qanunvericilik yaxşı infrastruktura zəmin yaradır
Velosiped infrastrukturu sahəsində çoxsaylı həllərə malik olan ölkələr velosiped istifadəçilərinin müxtəlif sürət həddinə, bacarıq səviyyəsinə və psixofizioloji xüsusiyyətlərə malik olduqlarını nəzərə alırlar (məsələn, velosiped sürməyi yenicə öyrənən uşaqlar, övladları ilə birlikdə velosiped sürən valideynlər, yolun hərəkət hissəsində velosiped sürən şəxslər, yaşlı velosipedçilər və s.). Bu qruplardan hər biri müxtəlif tələbatlara malikdir. Geniş çeşidli tələbatların yerinə yetirilməsi istiqamətində məkan və xərc baxı mından effektiv həllər tətbiq etmək məqsədi ilə öz qanunvericiliyini təkmilləşdirmiş ölkələrdə şəhərlərə velosiped sürmə şəraitinin daha da yaxşılaşdırılmasına icazə verilir və bu, velosipedçilərin sayının artmasına və öz növbəsində, velosiped infrastrukturunun “daha ağır”, daha bahalı növlərinə sərmayə yatırmaqla əlaqədar siyasi niyyətin həyata keçiilməsinə şərait yaradır.
Mükəmməl qanunvericilik yerli orqanları əlaqəli velosipedçilik şəbəkəsi yaratmağa sövq edir. Velosped bumunun hökm sürdüyü hazırki şəraitdə bu, xüsusilə vacibdir.
Mənbə: ecf.com.
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.