Zığ Bakıya ən yaxın qəsəbə olsa da, çox vaxt buranı ən unudulmuş qəsəbə adlandırırlar. Burada problem çoxdur – hər zaman danışdığımız yolların və səkilərin vəziyyəti, piyada təhlükəsizliyi, eyni zamanda ümumi mühit də heç də ürək açan deyil.

Yeni videoda bloger-urbanist və elə Zığda yaşayan İlkin Babayevlə bu qəsəbədə gəzişdik. Açığı deyim məni şoka salan çox şey oldu. Bəzən isə bura radioaktiv fəlakətdən keçmiş və tərk edilmiş Çernobılı xatırlatdı.

💡 Videonun daha geniş versiyası da hazırlanıb və eksklüziv olaraq Patronlarla paylaşılıb. Patreon-a “Layihə sponsoru” dərəcəsinə abunə olub, siz də izləyə bilərsiniz: patreon.com/city4people