Hər il yol-qəza hadisələrində dünyasını dəyişənlərin sayı 1350000-dir. Amma bu qəzalar heç vaxt, dəmiryol, təyyarə və ya gəmi qəzaları kimi KİV tərəfindən şişirdilmir. Çoxları yol qəzasında ölməyi qaçılmaz bir şey kimi qəbul edir. Amma bu heç düzgün fikir deyil.İnsan yönümlü şəhərlərdə küçələrdəki həyati risklər minimum olmalıdır. Biz insanıq və səhv etmək bizim təbiətimizdədir. Ən diqqətli insanda səhv edir. Şəhər isə çalışmalıdır ki, bu səhv insanların həyatı bahasına başa gəlməsin. Aşağıda sadalan açar 8 üsuldan istifadə etməklə biz şəhərdə ölüm riskini minimumu endirə bilərik.
1. Kompakt şəhərlərin tikilməsi
Şəhərin dəqiq layihə və plan üzrə tikilməsi, küçələrdə şəxsi maşın istifadəsini və piyadalar üçün həyatı riskləri azalda bilər. Şəhər elə tikilməlidirki, piyada gedəcəyi yerə çatmaq üçün ayaqla uzun məsafə qət etməsin və istədiyi yerə ictimai nəqliyyatla gedə bilsin. Sürətli avtomagistrallar insanların yaşadığı ərazilərdən keçməməlidir.
Bu niyə lazımdır? Şəhəri 1% kompaktlaşdırmaqla, piyadaların iştirak etdiyi YQH-da ölüm riski 1.5%-3.6% azalır.
Bunun necə işlədiyini anlamaq üçün gəlin Atalanta və Barcelonanı müqayisə edək. Bu şəhərlərin əhalisi təqribən eyni qədərdir. Amma insanların sıxlığı və istifadə olunan əsas nəqliyyat vasitələri fərqlənir. Atalanta əhalisinin böyük əksəriyyəti şəxsi avtomobildən, barselonalılar isə ictimai nəqliyyatdan istifadə edir. Nəticə isə göz qabağındadır: Atalanta yollarında ölüm sayı, Barcelonadan 18 dəfə çoxdur.
2. Ağıllı küçələrin layihələndirilməsi
Küçələrin yenidən dizayn olunması şəhərdə hərəkəti təhlükəsiz edə, piyadaların görünməsini artıra və onlar üçün küçələri daha əlçatan edə bilər
Məsələn küçələrin kəsişməsində dairələrin qoyulması sürücüləri sürəti azaltmağa və daha diqqətli olmağa məcbur edir. Məktəb və yaşayış evlərinin yanında yollar süni “kələ-kötürlü” etmək maşınların sürətlərinin azalmasına gətirib çıxarır. Ensiz küçələr isə sürücüləri daha səliqəli sürməyə, piyadaları isə təhlükəsiz yolu keçməyə kömək edir.
3. İctimai nəqliyyatın inkişafı
İctimai nəqliyyatda getmək, şəxsi maşında getməkdən təhlükəsizdir. (Təəssüf ki, hələlik Bakıda bu sözü demək olmur). Varlı şəhərlərdə ictimai nəqliyyatın iştirakı ilə baş verən YQH-si ümumi qəzaların cəmi 10%-ni təşkil edir. İctimai nəqliyyatın inkişaf etdiyi şəhərlərdə yaşayan əhalinin YHQ düşmə riski, avtomobil yönlü şəhərlərdə yaşayan insanlardan 5 dəfə azdı. Keyfiyyətli avtobus sistemi ölümlə nəticələnən YQH sayını 2 dəfə azalda bilər
4. Maksimal sürət həddini təhlükəsiz səviyyəyə qədər azaltmaq
Maksimal sürət həddini azaltmaq demək olarki gedəcəyin yerə çatmaq üçün sərf edəcəyin vaxtı artırmayacaq. Çünki bu vaxtı başqa amillər artırır, məsələn küçə kəsişmələrinin çox olması. Amma yüksək sürət YQH-də ölüm riskini dəfələrlə artırır. Statistika göstərir ki, 1% sürəti artırmaq, qəza anı ölüm riskini 4% artırır.
Sürəti azaltmaq üçün, yolları ensizləşdirmək, səkiləri genişləndirmək və yer üstü/yer altı piyada keçidlərini ləğv etmək lazımdır.
5. Qanunlara ciddi şəkildə riayət etmək
DYP ciddi şəkildə sürücüləri qaydalara riayət etməyə məcbur etməlidir. Sürücülərdən kəmər taxmaq, sürət həddini aşmamaq, piyada və velosipedçilərə yol vermək və uşaq kreslolarından istifadə etməyi tələb etmək lazımdır. Bu qaydalara ciddi riayət etmək yolların təhlükəsizliyini artırır. Yeni Cənubi Uelsdə sürət həddinin aşması zamanı yazılan cərimə məbləğinin artırmaqla yollarda baş verən qəzaları 30% azalda biliblər. 2008-2012-ci illər arasında təhlükəsizlik kəməri ABŞ-da 63000 insanı xilas edib.
6.Tədris səviyyəsinin artırılması
Qaydaları bilməyən bir sürücü ilə məqsədə çatmaq imkansızdır. Sürücülük məktəblərində tədrisin səviyyəsi artırılmalı, nəzəri biliklərdən çox praktiki biliklərə üstünlük verilməlidir. Sürücülük dərslərini hətta məktəb proqramına da əlavə etmək olar.
Tədris səviyyəsinin artırılması tək sürücülərə kömək etməyəcək. Həmçinin yolları layihələndirənlər, mühəndislər, DYP işçiləri və s. daha savadlı olacaqlar.
7. Universal təhlükəsizlik standartlarının tətbiq olunması
Artıq yeni istehsal olunan avtomobillər, yeni mühəndisi konstruksiyalar sayəsində yol qəzalarını digərlərinə nisbətən daha yaxşı “keçirir”, Amma hələ də dünyanın bir çox avtomobil istehsal edən ölkələri bu konstruksiyalardan mütləq hal kimi istifadə etmir.
8. Təcili Tibbi Yardım sisteminin təkmilləşdirilməsi
Tez və effektiv tibbi yardım YQH-də ölüm sayını xeyli azaldır. Adətən gələn müraciətlərə vaxtında reaksiyanın verilməməsi sisteminin müxtəlif elementlərinin anlaşılmazlığı ucbatından olur. Səhiyyə sisteminin güclü olduğu şəhərlərdə ölüm riski digərlərinə nisbətən dəfələrlə aşağı olur.
Yuxarıda sadalanan 8 üsuldan hər biri ayrılıqda çox sadə kimi görsənir. Amma səkkizinin bir yerdə tətbiq olunduğu bir yer yoxdur. Statistikaya görə əgər bu gün biz yollarda müvafiq tədbirlər görməsək 2030-cu ildə YQH-də ölənlərin sayı 2.5 milyon adama çatacaq.
Ümid edirəm ki, biz küçələrimizi rahat və təhlükəsiz etməyə nail olacayıq.
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.