Keçən il İcra Hakimiyyətinin sifarişi əsasında “Bakı Abadlıq Xidməti” bir neçə mərkəzi küçəni rekonstruksiya etməyə başladı. “Memarlıq kvartalı” adlandırılan bu küçələr Qış Parkı və Nizami küçəsinin piyada hissəsinin (“Torqovaya”) arasında yerləşir. Xəritədə:
Əvvəlcə istəkləri çox gözəl idi. Bu küçələr bərbad halda idi, binaların fasadları isə illərdir təmir olunmurdu.
Rekonstruksiya bir neçə ay çəkdi və nəticəsi isə hamını təəccübləndirdi. Özüdə müxtəlif mənalarda təəccübləndirdi. Bəzi jurnalistlər bu küçələri “güllü-memari cənnətlər” adlandırdı, digərləri isə hərəkət hissəsinin daraldılmasını sərt tənqid etdi.
Mən bu küçələrinin bəzilərində gəzdim və, təəssüf ki, onların hazırki vəziyyəti məni üzdü. Bəzi hissələrini nəzərə almasaq, bu küçələrdə şəhər mühitini yaratmaq mümkün olmayıb.
Dərhal qeyd etmək istəyirəmki Nizami küçəsinə yaxınlığı və şəhər mərkəzi olduğunu nəzərə alsaq, bu küçələrdə çoxlu sayda kafe, restoran və digər biznes fəaliyyətləri var. Bu şəhər üçün çox yaxşıdır. Biznes vergi ödəyir, dövlət isə mütləq onu qorumalı və dəstək olmalıdır.
Amma nəticədə özünü xüsusi statuslu sayan restoranların hamısı səkinin bir hissəsini zəbt edərək şəxsi parking yerinə çevirib.
Bu təqribən belə görsənir:
və ya belə:
Qıraqdan bu səliqəli parking kimi görsənə bilər, amma əslində olan isə səkinin oğurlanmış hissəsidir. Xətlənməyə fikir verin. Standarta görə sarı qırıq-qırıq xətt parking qadağan olunan yerlərə çəkilməlidir. Amma AAYDA hər zaman olduğu kimi yolun xətlənməsinə estetik cəhətdən baxır.
Piyadalar üçün vəziyyət belədir:
Bu necədir sizin üçün? Səkidən birbaşa yerin altına:
Niyə bura bollar (tumba) qoyulub? Səbəb nədir?
Burda isə tumbanın olmaması səkidə parking olunmasına gətirib çıxarır:
Səkidə park edən avtomobillər dərd yarı. Bəzən səki ümumiyyətlə mövcud deyil, çünki səkidə podvallara pilləkan və ya zibil konteynerləri quraşdırılıb:
Təəccüblü deyilki piyadalar burada yol ilə gəzir:
Pandusların olmasına baxmayaraq, xaotik parking nəticəsində yolu normal keçmək mümkün deyil:
Bəzi yerlərdə isə keçid anlayışı yoxdur. Misal üçün, burada yolayrıcın bir tərəfi şlaqbauma, digəri isə obyektin podvalına dirəşir:
Burada isə hər tərəfdən piyada zolağını təşkil etmək üçün rəng çatmayıb, deyəsən:
Burada gəzmək istəyərdiniz?
Həqiqət xətrinə deyim ki, bir normal düzəldilən yer tapa bildim. Tamet daşı döşənmiş enli səki və maşın yolundan düzgün ayrılma:
Niyə hər küçədə heç olmasa bu cür edilməyib?
İdealda isə bu küçələrin bir hissəsini tamamilə maşınlar üçün bağlayıb piyadaların istifadəsinə vermək lazımdır. Baxın bir kvartal aşağıdakı Nizami küçəsi yüksək aktivlik var:
İnsanlar dincəlir, gəzir, alır, biznes işləyir.
Yaxşı xəbərlər də var. Bakı Nəqliyyat Agentliyi bu küçələri piyadayönümlü etmək istəyir. Digər qurumların razılığı da lazımdır. Ümid edirəm ki bu planlar yaxın zamanda reallaşacaq.
2018-ci ildə bəzi həvəslar konseptlər artıq var idi:
Əvvəl:
Təklif:
Daha çox bu məqalədə: Bakının tarixi məhəllələrini yaxşılaşdıraq
Gəlin isə hələlik Avropada bu tip küçələrin necə təşkil olunduğuna baxaq:
Fransa:
Belçika:
İstanbul:
Moskva:
Fikir verin, səkilərdə heç yerdə asfalt yoxdur. Ümid edirəm tezliklə bizim küçələrimizdə bu cür mənzərələrə rast gəlmək olacaq. Hələlik isə tarixi kvartalda “Avropa” yaratmaq mümkün olmadı.
Həmçinin bloqumuzda oxuyun:
Səkilərsiz küçə – qan gölü ya xaosdan doğan səliqə?
Bakı Ağ Şəhər – insan yönümlü şəhər yoxsa növbəti cəhd?
Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…
Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…
Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…
Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…
Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…
8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…
This website uses cookies.