Piyadalar üçün isə bu tip küçələr, hazırki “küçələrimizdən” rahat olacaq. Düzdü bu tam piyadalaşmış küçələr qədər rahat olmasada insanlar maneəsiz hərəkət edə biləcəklər. Bu tip küçələrdə piyadalarda küçədə daha diqqətli olmağa məcburdur.
Təcrübələr göstərirki bu tip küçələr daha təhlükəsiz və piyadalar, velosipedçilər və biznes üçün daha əlçatan olur. Lakin nəzərə almaq lazımdırki bu tip küçələr şəhər mərkəzindəki kiçik və ara küçələr üçün daha məsləhətlidir. Heydər Əliyev və ya Nobel prospektində bu layihəni icra etsək hər şey daha bərbad olacaq.
Bizim ən böyük problemimiz sürücü və parking mədəniyyətinin olmamasıdır. Ona görədə ayrıcı zolaqdan tamamilə imtina etmək bizim şəhərimiz üçün hələ məqsədə uyğun deyil. Bu problemi həll etmək üçün piyada və maşın yolunu ayırmaq üçün müxtəlif ayrıcı səddlərdən istifadə etmək olar.
Bu layihəni küçəni avtomobil üçün tam bağlamaq istəmədikdə amma insanlar üçün rahatlıq yaratmaq istədikdə tətbiq etmək olar.
Ümid edirik ki, qış parkından Nizami küçəsinə qədər olan küçələri ən azından bu layihəyə uyğun yeniləyərlər
Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…
Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…
Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…
Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…
Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…
8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…
This website uses cookies.