Piyada keçidi – şəhərlərdə yeni bir şeydir. Onlar hardasa 100 il qabaq şəhərlərdə peyda olublar. Onların yaranma səbəbi sadə idi – maşınlar daha sürətli getsin və bunun nəticəsində daha çox maşın satılsın. Hal-hazırda dünyanın bir çox ölkələrində artıq anlayıblarki insanları layihələndirilən yerdən keçməyə məcbur etmək imkansızdır çünki piyada ona sərf edən yerdən keçib, keçir və keçəcək. Gəlin şəhərlərdə piyada keçidləri necə olmalıdır araşdıraq.
ÜMUMİ SƏHVLƏR
Birinci səhv – zebraları normativlərə uyğun çəkmək. Şəhərimizdə çəkilən böyük əksəriyyət zebralar bu səhvi təkrarlayır.
Təcrübə göstərirki insanların bu keçidlər haqqında öz fikirləri var. Onlar ora bura qaçaraq layihələndirilmiş keçidi axtarmaq əvəzinə onlara rahat olan yerdən keçməyə davam edəcək. Heç dəmir hasarlarda bu istəyin qarşısını kəsə bilmir.
İkinci səhv – yeraltı və yerüstü keçidlər. Şəhərimizin “göz muncuqları”. Bir mənalı şəkildə OLMAZ! Kimisə yerə soxub və ya görə qaldırmaq istəyirsinizsə maşınları edin, insanları yox!
Üçüncu səhv – zebranı yeni il yolkasına çevirmək. Nişanların işıqlandırılması, fosforlu çərçivələr, siqnal işıqları – bunlar hamısı havaya sovrulmuş (və ya cibə) pullardır. Sürücülər piyadaları görməlidir! Axmaq nişanları yox!
BƏS NECƏ OLMALIDIR?
Küçələri rahat və təhlükəsiz etməyin bir neçə sadə üsulu var. Birinci qayda – zebralar ancaq 1 və ya 1+1 zolaqlı hərəkət hissəsi olan küçələrdə çəkmək lazımdır. Bu küçələrdə belə insanlar yolu onlara rahat olan hissədən keçəcəklər amma çalışmaq lazımdırki zebralar böyük insan axını olan hissələrdə çəkilsin. Həmçinin məktəblərin, bağçaların və s. əsas prioritetli obyektlərin qarşısını unutmaq olmaz.
London |
Bununla yanaşı piyadalar işıqlandırılmalıdır
Berlin |
Lvov |
İşığın mənbəyi yaxınlaşan maşın tərəfdən keçidə qədər qoyulmalıdır. Bu halda piyada qara fonda parlaq obyekt kimi sürücünün gözündən yayınmır.
Riqa |
Hərəkət hissəsində 2-dən çox zolaq var? Mütləq işıqfor qoyun çünki bu halda sürücü sağdakı maşının qabağından çıxan piyadanı görməyə bilər.
İstisnasız bu bütün küçələrə şamil olmalıdır. İnkişaf etmiş ölkələrdə işıqfora qənaət etmək üçün yaşayış zonalarında daima 1+1 zolaqlı yollar salınır.
İsrail |
Berlin |
London |
Kiyev |
Mosvka |
Sürix |
Rişon |
Praqa |
London |
Moskva |
Berlin |
Gəncə - ərazisinə görə Azərbaycanın ikinci şəhəridir. Bir müddət ölkənin paytaxtı da olub. Gəncədə çoxlu…
Keçmişdə tipik sosialistik bir şəhər olan Bratislava bu gün sürətlə Avropanın müasir urbanistik həllərini tətbiq…
Vyanada olarklən, bu şəhərin yeni yaşayış massivləri haqqında da vloq hazırladım. Əsas məqsəd - buranı…
İlin əvvəlində Bakıda başlayan urbanistik islahatlar davam edir. Əvvəl velosiped yolları, daha sonra tarixi mərkəzi…
🇦🇹 Vyana müxtəlif reytinqlərdə ardıcıl olaraq dünyanən ən yaşamalı şəhəri adlandırılmışdır. Elə Bakının da baş…
Əgər insan yönümlü şəhərlərdən danışırıqsa, bu şəhərdən vloq mütləq olmalı idi. Çexiyanın paytaxtı Praqada dünyanın…
This website uses cookies.