Buxarest haqqında təəssüratlarım bir qədər qarışıq oldu. Bir tərəfdən burada müasir tramvaylar və inkişaf etmiş metro şəbəkəsi də daxil olmaqla, rahat ictimai nəqliyyat var. Digər tərəfdən isə, gəzinti zamanı dəfələrlə parkinqə çevrilmiş səkilərə rast gəldim. Velosiped yollarının vəziyyəti də ürəkaçan deyil – bəzən onlar səki hesabına təşkil olunub və görünür ki, qışda qar yağanda ümumiyyətlə təmizlənmir.

Bu videoda mənimlə birlikdə Buxarest küçələrini gəzməyə dəvət edirəm. Vaxtilə bizim kimi sosializm dövrünü yaşayan paytaxtı Bakı ilə müqayisə edək.

Video 2025-ci ilin fevral ayının sonunda çəkilib.

💡 Videonun daha geniş versiyası da hazırlanıb və eksklüziv olaraq Patronlarla paylaşılıb. Patreon-da layihənin sponsoru olub, siz də izləyə bilərsiniz: patreon.com/city4people