Bakının cənub girişində yerləşən Bayıl qəsəbəsi həqiqətən çox unikaldır. Burada müxtəlif dövrlərə aid tarixi binalar, maraqlı relyefli küçələr və Dənizkənarı Bulvara birbaşa çıxış var. Lakin Bakı üçün tipik problemlər burada yer alaraq qəsəbənin potensialını tam üzə çıxarmağa imkan vermir.

Bu vloqda qəsəbədə piyada gəzərək Bayılın şəhərsalma və memarlığından danışdıq.

Qonaqlar: Memar Dilqəm İsmayılov, Bayıl sakinləri və eyni zamanda kanalın patronları Cavad Qafarlı, Fəxri Məmmədov.

💡 Videonun daha geniş versiyası da hazırlanıb və eksklüziv olaraq Patronlarla paylaşılıb. Patreon-da layihənin sponsoru olub, siz də izləyə bilərsiniz: patreon.com/city4people