Küçələrin təhlili

Bakı Ağ Şəhər – insan yönümlü şəhərin nümunəsi ola bilərmi?

Bu bloqumuzda “Ağ şəhər” layihəsinə həsr olunmuş ikinci məqalədir. Köhnə neft sahəsinin ərazisində tikilmişdir və bu səbəbdən keçmişdə “Qara şəhər” adlanan yeni Bakı Ağ Şəhərin layihəsi özünü yaşayış rayonlarının və ümumilikdə küçələrin planlaşdırılmasında yeni bir yanaşma ilə fərqlənmək istəyir. Layihə Böyük Britaniya və ABŞ-nın məsləhətçilərinin iştirakı ilə hazırlanıb.

Bir il əvvəl, Hüseyn Abdullayev Ağ şəhərin küçələrini layihənin rəsmi saytında yerləşdirlirmiş fotoşəkillər əsasında təhlil etdi. Mən bir daha ora getmək və o vaxtdan bəri nə dəyişə biləcəyini, həmçinin bəzi detallara diqqət yetirmək qərarına gəldim.

Məqalənin başlığına baxmayaraq, hesabatın gedişində müsbət müşahidələr barədə də danışacağam. Şübhəsiz ki, Ağ Şəhərdə onlar da var, lakin bu yazıda qeyd olunan bütün çatışmazlıqlar bu şəhər layihəsini pisləmək üçün deyil, yalnız onun müəlliflərinə, inşaatçılarına və bu layihədə əməyi keçən məsul strukturlarına onu daha da yaxşı etmək üçün yazılıb. Yeri gəlmişkən, məqaləni Bakı Ağ Şəhər administrasiyasına da göndərəcəyik.

1. Beləliklə, Yaşıl Ada yaşayış kompleksi ətrafında müşahidəmiz başlayaq. Burada hələ də aktiv bir tikinti işləri gedir, amma küçələrdə asfalt döşənməsi demək olar ki, tamamlanıb. Parklanma yerləri üçün ciblər təşkil olunub. Ancaq parklanma ciblərinin ölçüsü sanki yük maşını və ya şəhərlərarası avtobus üçün nəzərdə tutulmuşdur. İki avtomobilin parklanmasından sonra nə qədər əlavə yer qaldığına baxın.

Müsbət məqam: Hüseynin qeyd etdiyi “səkidə parklanma” anlaşılmaz nişan götürülüb, lakin parklanma yerində avtomobillərin yerləşməsini bildirən nişan yoxdur. Əlavə işarə olmasa belə avtomobillər səkiyə paralel olaraq park etməlidir. Həmçinin, “AAYDA”-nin (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) özünə məxsus dəsti-xətti özünü biruzə verir – sarı üfüqi nişanlanma . Qanuna görə, 1.10 üfüqi nişanlanma (sarı qırıq xətt) parklanmanı qadağan edir. Bu vəziyyətdə bu xətt parklanma nişanı ilə birlikdə tətbiq edilə bilməz. Amma Dövlət Agentliyi rəsmi olaraq bunu gözəlliyə görə etdiyini etiraf edir. Digər ölkələrdə isə dövlət qurumun belə özbaşınalığı ən azı cərimə ilə nəticələnək.

2. Davam edirik, başqa bir sənət əsərinə fikir verin. Ağ qırıq xətt sarı xətlə birlikdə tətbiq edilib. Biz bilirik ki keçmiş Nəqliyyat Nazirliyi qaydaları dəyişib və müvafiq nişanın olmadığı halda sarı xəttin təsirininin itirilməsinə qərar verib, lakin dünyanın heç bir yerində belə bir təcrübə mövcud deyil. Bu, yol hərəkəti üzrə Vyana Konvensiyasının normalarına ziddir. Lakin, AAYDA bunun gözəl olduğunu iddia edir. Mənim fikrimcə, bu belə deyil 🙂 Sizcə nədir?

3. Bu nisbətən yeni yol ayrıcıdır. Burada yaxşı etməyə çalışıblar.

İlk öncə, kəsişmənin hər dörd tərəfində piyada zolağı (“zebra”) çəkilib. Bakı üçün bu çox nadir haldır. Bir qayda olaraq, bizdə U-formalı piyada keçidləri təşkil edirlər, bunun avtomobillər üçün daha əlverişli və insanlar üçün təhlükəsiz olacağını ümid edirlər. Əslində, bu belə deyil və bu bloqda bunun səbəbini izah etmişik.

Kəsişmənin özü alfaltla deyil daşla döşənilib, bu da nəqliyyat axınının sakitləşdirilməsi üçün nəzərdə tutulub. Kəsişmədə tor tətbiq edilib (yolayrıcıda tıxacın qarşısını almaq üçün), ancaq nədənsə onun onu ağ rəngdə çəkiblər.

(mənbə: Baku White City – rəsmi Facebook səhifəsi)

Sarı rəng həvəskarlarına demək lazımdır ki, məhz yolayrıcılarda tor sarı rəngdə olmalıdır. Təəssüf ki, sarı tor hələ də yol hərəkəti haqqında qanunda öz əksini tapmayıb.

3. Yolayrıcına dıqqətlə baxanda görmək olar ki, bir tərəfdə pandus BNA-nın standartı ilə inşa edilib, lakin digər tərəfdə “Ağ Şəhərin” başqa yerlərində olduğu kimidir. Bu bir qədər qeyri- estetik görsənir, razısınız?

4. Ağ Şəhərin sənaye istehsalı olan panduslarının bəzi yerlərdə, artıq bir-birindən ayrılmalar və çatlar, pillələr əmələ gəlmişdir. Buna görə də onlar artıq əsas rolunu yerinə yetirə bilmirlər.

5. Eyni kəsişmə. Hər nişan üçün ayrıca dayaq nəyə lazımdır? Bir dayaqda “piyada keçidi” və “stop” nişanlarını yerləşdirmək olardı.

Yeri gəlmişkən bunu Bakının bir çox yerində müşahidə etmək olar. Başqa şəhərlərin təcrübəsindən niyə yararlanmırıq? Baxın, bu cür axı daha səliqəlidir:

6. Həyətlərə girişlər və parklanma yerləri səkilərin səviyyəsinə qaldırılıb. Bu çox yaxşıdır! İnsan yönümlü şəhərlərdə belə edirlər.


Belə isə insan yönümlü olmayan şəhərlərdə edirlər:

7. Bir neçə il əvvəl tikilmiş “Yaşıl ada” massivinin içərisinə daxil oluruq. Əfsus olsun, burada vəziyyət, əvvəlki kimi, çox da ürəkaçan deyil. Yollarda sola döngə qadağan edilib. Bunu yaşayış kvartalların içində niyə edəsən ki? Gərəksiz səs-küy yaratmaqla və ətraf mühitin çirkləndirməklə, avtomobillər niyə əlavə yürüş etməlidirlər ? Vəziyyət düzəldilməlidir

Onu da deyim ki, burada qayda pozuntularını qeyd edən kameralar yoxdur, buna görə də sürücülər formal qaydaları pozaraq onlara lazım olan manevrları edirlər, bu da anlaşılandır.

8. Əvvəlki fotoşəkilə diqqətlə baxdığınız, bu yol ayrıcının bir tərəfində piyada zolağı çəkməyi “unudublar”. Ümid edirəm ki, 3-cü bənddə göstərilmiş təcrübə Ağ şəhərin bütün digər “pis” kəsişmələrində tətbiq ediləcək.

9. Bəzi kəsişmələrdə ümumiyyətlə heç bir tərəfdən piyada zolağı mövcud deyil:

10. Bu “STOP” nişanı hansı istiqamət üçündür? Düz gedənlər, yoxsa sağdan gələn sürücülər üçün?

11. Bu, həmin o “analoqu olmayan” parklanma nişanıdır. Əslində paralel parklanma təşkil edilib, lakin nişan səkidə durmağa icazə verir. Yol hərəkəti haqqında qanunda bu nişan mövcud deyil, istənilən halda o etibarsızdır.

12. Nisbətən məskünlaşmış kvartalda parklanma ilə bağlı vəziyyət belədir:

Eyni vəziyyət, Ağ şəhərin digər küçələrinə evlərin birinci mərtəbələrində iş yerlərinin açılmasından sonra baş verə bilər. Önləyici tədbirlər haqqında indi düşünmək lazımdır.

13. Cibli avtobus dayanacağı.

Nəqliyyat sahəsində müasir tədqiqatlar deyirlər ki, avtobus dayanacağında ciblər mənfi nəticələri var, avtobus cibindən çıxarkən vaxt itirilir, marşrutlarda gecikməyə səbəb olur. Həmçinin, ciblər tez-tez sürücülər tərəfindən parklanma yerlərinə çevrilir, xüsusən Bakıda taksi sürücüləri tərəfindən istifadə olunur. Buna görə də, Avropada ciblər ləğv edilir və əksinə çıxıntılı dayanacaqlar təşkil edilir. Bunlar bir avtobus zolağının mövcud olanda xüsusilə rahatdır. Aşağıdakı şəkil bir neçə həftə əvvəl Barselonada çəkmişəm.

Bu məsələni daha aydın bu iki şəkil izah edir:

Əvvəl:

Sonra:

14. Binaların həyətlərinə nəzər yetirək və daha bir vacib məsələ olan rahat yaşayış yerlərinə toxunaq. Əlbəttə, orta mərtəbəli kvartal tipli şəhərsalma konsepsiyası Ağ Şəhərin əsas üstünlüyüdür. Qərb ölkələrinin təcrübəsi göstərir ki, xüsusilə şəhərin mərkəzindən kənarda müvafiq infrastruktur olmadan tikilən yüksək mərtəbəli binalar nəticədə “qettoya” çevrilir. Zəif infrastrukturun olması səbəbindən, nisbətən varlı əhali oradan köçür və əsasən azgəlirli sosial təbəqələrin bir yerdə yaşaması cinayətin inkişafına töhfə verir. Azərbaycanda, bəzi Rusiya şəhərlərdən fərqli olaraq, hələ də kütləvi “qettolaşma” baş vermir, lakin artıq bir sıra hallar var, amma bunun üçün ayrı bir məqalə hazırlayacağıq.

Ağ şəhərdə olan həyətlər çox mübahisəlidir. Nisbətən yaxşı bir həyətin nümunəsi.

Niyə “nisbətən” yazıram? Bəli, yaxşı haldır ki, burada sakinlər üçün ictimai məkan və uşaq məydanşası nəzərdə tutulub. Lakin, eyni zamanda həyətin içərisində parklanma. Yaxşı həyətdə parklanma olmamalıdır. Ümumiyyətlə avtomobil üçün yerlər olmamalıdır. Bundan əlavə, bu həyətlərdə yeraltı dayanacaq da təmin edilib. Niyə həyət avtomobillərlə zəbt olunmalıdır? Yaxşı bir həyətin necə qurulacağına baxın. Və bu, Almaniya və ya Finlandiya deyil, bu qonşu ölkə Rusiyadır, artıq orada çox yaxşı həyətlərin nümunələrini tapa bilərsiniz.

İkinci səbəb inşaat işlərinin keyfiyyətidir. Bəzi yerlədə daş örtük artıq dağılır və əvəz edilməlidir.

Lakin, ola bilər ki, bu təmir işləri nəticəsində baş verib.

Həyətdə velosiped parkinqi var, bu da müsbət bir haldır.

15. Digər bir həyətə baxaq. Burada uşaq meydançasına daha az, parkinq üçün isə daha çox yer ayrılıb.

Uşaq meydançasının keyfiyyəti pis olmasa da, onun təqdim etdiyi əyləncələr az saydadır.

Daha bir müsbət məqam ondan ibarətdir ki, binanın girişi küçə səviyyəsindədir. Baryersiz mühit rahat yaşayış üçün çox vacib məsələdir.

16. Qarşıdakı binanın sakinlərinin bəxti gətirmədi. Binanın həyəti demək olar ki, yoxdur, bütün məkan avtodayanacaq üçün ayrılıb.

Ola bilər ki, bu binanın sakinləri öz mənzilləri üçün daha az pul ödəyiblər, və faktiki olaraq onlar parkınqin ətrafında yaşayırlar və uşaqları qonşu həyətdə oynamağa məcbur olacaqlar. Ağ Şəhərə Google Maps vasitəsilə baxsaq, təəssüf ki, bu cür dayanacağa çevrilmiş həyətlər kifayət qədər çoxdur.

17. Ağ şəhərin küçələrinə qayıdaq və növbəti nəhəng yola fikir yetirək. Burada böyük dairəvi yol ayrıcı var.

(mənbə: Azərtac)

Bu qovşağın iki əsas yol arterialarını (Nobel və Bəbək prospekti) əlaqələdirməsinə baxmayaraq, onun bu kimi miqyasda inşasına heç bir lüzum yox idi. Həmçinin dairənin içində kiçik parkın olması maraqlıdır. Nəzərə alsaq ki, bu parka yol hərəkəti qaydalarını pozmamaq şərti ilə daxil olmaq mümkün deyil, onun nə məna kəsb etməsi məlum deyil.

Yolu keçmək üçün yeraltı keçidə düşüb qalxmaq lazımdır. Onları keçmiş SSRİ-də hələ də sevirlər. Yeraltı keçid panduslarla təchiz olunmayıb, ancaq pilləkən və eskalator var.

Eskalator işləmir və zibillənib.

Buna görə biz yeraltı və yerüstü keçidlərin ziyanlığından çox danışırıq, inkişaf etmiş ölkələrdə onları ləğv edirlər (bu məqalədə oxuya bilərsiniz). Onlar şəhər mühiti üçün ziyanlı və təhlükəlidir.

18. Buradaki küçə lövhələrində Ağ Şəhərin kompüter eskizlərinə rast gəlmək olur.

Fikir verin, ilkin layihədə piyadalar üçün təhlükəsizlik adacılıqları və hərəkət zolaqları arasında yaşıllaşdırılmış ayrıcı zolaq nəzərdə tutulmuşdur. Təəssüf ki, icra mərhələsində bu planlar reallaşmadı və ayrıcı zolaq sadəcə beton bordürlarla əvəz edildi.

19. Yuxarıdakı şəkil artıq Ağ Şəhərin kənar küçəsində çəkilib, burada həm maraqlı çoxmərtəbəli binalar və darıxdırıcı ”şüşə qutularına” rast gəlmək olar.

20. Bir qədər kədərli faktlar: Ağ Şəhərin heç bir yerində velosiped zolaqları nəzərdə tutulmayıb, ən azından hələ ki onlar yoxdur. BNA tərəfindən yayılan məlumata görə, gələcəkdə Ağ Şəhər ərazisində velosiped infrastrukturu olacaq, lakin tikinti zamanı onları inşa etmək daha məqsədəuyğun olardı. Ümid edək ki, onları “necə gəldi” təşkil etməyəcəklər.

Yekun

Birmənalı demək olar ki, Ağ Şəhəri layihələndirən memarlar Bakı şəhərində Avropa nümunələrinə uyğun olan fərqli şəhərsalma prinsiplərini tətbiq etmək istəyirlər. Layihələndirmə mərhələsində bir çox qabaqcıl yanaşmalardan istifadə edilmişdi, lakin artıq icra mərhələsində bir çox səhvlərə yol verildi. Bu səhvləri urbanistika sahəsində baza biliklərini tətbiq etməklə düzəltmək mümkündür.

Bu gün Ağ Şəhər U-şəkilli piyada keçidlərini ləğv etməli, yeraltı keçidlərin tikintisini unutmalı və şəhər mühitinə hərəkət məhdudiyyətli insanların (əlillər, uşaq arabası ilə hərəkət edən valideynlər və yaşlı adamlar) gözü ilə baxmalıdır. Bundan əlavə yeni binaların həyətləri daha insan yönümlü və rahat olmalıdır. Bu addımlar bütün Bakı şəhəri üçün nümunə olmalıdır. Ümüd üdək ki, bu kimi yaxşı nümunələr Bakının insan yönümlü şəhərə çevrilməsinə stimul olacaq.

Yazı ilə bağlı rəy bildirin:
Anar Aliyev

Recent Posts

Sürətlə yenilənən Bakı — COP29 şəhəri necə dəyişəcək?

Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…

4 ay ago

Yeni zolaqlar, yeni cərimələr – velosiped yolları üçün planlar nədir?

Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…

5 ay ago

Yaşıllıq və ağaclarla dolu tarixi şəhər – Sofiyada gəzinti

Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…

5 ay ago

Cavanşir körpüsü söküldü – bu ərazi necə dəyişəcək?

Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…

6 ay ago

Velosiped zolaqları var, amma səki yoxdur – Qusarda bir gün

Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…

6 ay ago

Boz maqistraldan insan yönümlü küçəyə – “8 noyabr” necə dəyişəcək?

8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…

7 ay ago

This website uses cookies.