Prinsip 10: Çağırışlara kompleks yanaşma
Dayanıqlı Şəhər nəqliyyatının son və 10-cu prinsipi “Çağırışlara kompleks yanaşma” adlanır.
Şəhərin və onun nəqliyyatının idarə edilməsi əlaqəli şəkildə həyata keçirməlidir. Əvvəli yazılarda qeyd olunduğu kimi şəhərsalma siyasəti (və ya onun mövcud olmaması) şəhərin nəqliyyatına böyük təsir göstəririr. Buna görə bu iki siyasətlərin bir biridə uyğunlaşması olduqca vacibdir. Məsələn, keyfiyyətli piyada mühiti olmadan heç bir keyfiyyətli ictimai nəqliyyatda söz belə gedə bilməz, çünki piyada mühiti olmadan sərnişin ictimai nəqliyyat stansiyasına gəlib çata bilməyəcək.
Vətəndaş və ekspert cəmiyyətinin, qeyri hökumət təşkilatlarının da fikri nəzərə alınmalıdır. Hər hansı bir mühüm qərarın qəbulundan əvvəl ictimai müzakirələr baş tutmalıdır və maraqlı tərəflərin istəkləri və rəyləri öyrənilməlidir.
Hal hazırda Bakı şəhərində həm nəqliyyatda həm də şəhərsalmada heç bir inteqrasiya yoxdur. Bakı şəhərinin idarə olunması ilə məşğul olan hər bir qurum ancaq öz mənafeyini qoruyur.
Eyni yerdə “Parkinq” və “Dayanma və Durma Qadağandır” nişanı |
Məsələn Bakı şəhərinin nəqliyyat məsələləri ilə əlaqədar qurumlarını götürsək onların arasında olduqca zəif koordinasiyanın olduğunun şahidi olarıq. Sadəcə hərəkətin təşkili ilə eyni zamanda üç qurum məşğul olur: Yol Polisi, Azəravtoyol və Bakı Nəqliyyat Agentliyi. Bakı şəhərinin vahid nəqliyyat və şəhərsalma siyasətlərinin olmaması da problemi daha da çətinləşdirir.
Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.
Yazı ilə bağlı rəy bildirin: