Bakı metrosunda sərnişindaşıma hansı məbləğə başa gəlir
Sirr deyil ki, Bakı metropolitenin göstərdiyi xidmət səviyyəsi yerüstü ictimai nəqliyyatdan üstündür. Bəs bir sərnişinə düşən xərclər nə qədərdir? Bir çox halda metropoliten rəsmiləri sərnişin daşımadan yığılan gəlirlərin müəssisənin xərclərini qarşılamadığını bildirirlər. Məsələn deyilir ki, bir sərnişinin daşınma xərci 55 qəpik təşkil edir və 20 qəpiklik gediş haqqı real xərci yarısını da qarşılamır. Bəs əslində necədir?
Gəlin Bakı Metropolitenin maliyyəhesabatlarına baxaq. Qurumun saytında ən son maliyyə hesabatları 2015-ci ilə aiddirlər, bu da təbiidir, çünki 2016-cı il yaxınlarda bitmişdir, müəssisələr isə illik hesabatları ən yaxşı halda yaz aylarında dərc edə bilirlər. Gəlirlərə və xərclərə aid maliyyə məlumatlarını daha asan formada çatdırmağa çalışdım:
Məlumatdan bilinir ki, 2015-ci ildə Bakı Metropoliteni gediş haqlarından və digər mənbələrdən (reklam, icarə və s.) 53.5 milyon manat gəlir əldə etmişdir, 38 milyon manat isə subsidiya formasında dövlət büdcəsindən almışdır.
Əməliyyat xərclərinin strukturu aşağıdaki kimi görünür (bütün ədədlər milyon manatla ifadə edilib):
Beləliklə hesablamalar nəticəsində bir sərnişinin daşınma xərci orta hesabla 33 qəpiyə başa gəlir:
Qeyd edək ki, əmək haqqı xərclərinə həmçinin metro tikinti idarəsinin xərcləri də aiddir və məhz buna görə əmək haqqı fondu bu qədər böyük görünür. Əslində isə tikinti xərcləri və müvafiq olaraq tikintinin əmək haqqı xərclər əməliyyat (yəni sərnişindaşıma) fəaliyyətinə aid deyil və tarif hesablanmasında nəzərə alınmamalıdır.
Beləliklə bir sərnişinin daşınma xərci 33 qəpikdən də azdır. 2015-ci ildən sonra elektrik enerjisinin tarifinin qalxması nəzərə alsaq bu məbləğ təxminən 29-30 qəpik təşkil edir.
Bəs 55 qəpik iddiası haradan yaranıb?
Metropoliten hesablamalarında əsas vəsaitlərinin köhnəlməsini (amortizasiya) nəzərə alır, lakin bu düzgün yanaşma deyil. Metropolitenin kapital qoyuluşları (bütün tikinti, əsaslı təmir və əsas vəsaitlərin əksər hissəsi) dövlət büdcəsi tərəfindən maliyyələşdirilir, yəni bütün cəmiyyət bu vəsaitləri Bakı metropoliteninə artıq bağışlayıb və amortizasiya məbləğini tarif hesablanmasına daxil etmək düzgün deyil. 2015-ci ildə Bakı Metropoliteni dövlət büdcəsindən (yəni ölkənin bütün cəmiyyətindən) tikinti və bərpa işləri üçün 377 milyon manat, 2014-cü ildə isə 374 milyon manat almışdır.
Beləliklə demək olar ki, 20 qəpik olan gediş haqqı real əməliyyat xərcinin əhəmiyyətli hissəsini qarşılayır. Metronun dövlətdən subsidiya alması heç də nadir hal deyil, dünyanın əksər metro sistemləri subsidiya hesabına fəaliyyət göstərir. Bakı metropolitenin xərc effektivliyi isə əslində heç də pis deyil və sistem aşağı xərclə sərnişinlərə keyfiyyətli xidmət göstərə bilir.
Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.
Yazı ilə bağlı rəy bildirin: