1-ci mikrorayonda nə tikəcəklər

Bildiyiniz kimi, Bakı şəhərinin 1-ci mikrorayonunda  Fransanın “Kamyu” şirkətinin istehsalı olan və sonralar “Xruşovka” kimi tanınan, iripanelli yaşayış binaları sökülərək yerində müasir tələblərə uyğun yeni çoxmərtəbəli binaların tikiləcək.
Gəlin qeyd olunan yerə  peykdən baxaq.

 

Bu ərazilər yeni tikiləndə təxminən bu cür görünürdü.

 

Hal-hazırda isə bu cür görünür.

 

Bu günlərdə bu ərazinin necə deyişəcəyi (ən azından mətbuata hələ ki bu təqdim olunub) bəlli oldu.
Biz burada nə görürük? Ayrı, ayrı güllə tipli 20-25 mərtəbəli binalar, ifrat genişliyi olan yollar. Yəni burada müasir şəhərsalma və nəqliyyat planlaşdırılmasından söz gedə bilməz.

 

Bu bir növ keçən əsrin 30-cu illərində dəbdə olan üsluba bənzəyir.
Çində bu cür şəhərsalmanı indi də tətbiq edirlər. Çində bu başadüşüləndir, çünki bu ölkənin iri şəhərlərində əhali çox sıx yaşayır və belə şəhərsalma məcburiyyətdən irəli gəlir.

 

İnkişaf etmiş dövlətlərdə isə yaşayış kvartalları təxminən bu cür tikilir. Çox sadə binalar və insansevər küçələr, maksimum 6-7 mərtəbə. Göründüyü kimi, normal və müasir yaşayış zonalarında qeyri-adi bir şey yoxdur. 

 


Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – ABB: 5522-0993-6003-6123
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: