Yol mühəndisləri və şəhər küçələri

Biz artıq bilirik ki, yol və küçə funksional yük baxımından çox fərqli anlayışlardı. Lakin bu fərqlərə baxmayaraq, küçələrin ictimai məkan funksiyaları bir çox halda nəzərə alınmır, bununla eyni zamanda küçələrin nəqliyyat funksiyası qabartırılır. Bu məqalədə bu halların səbəblərini araşdırmağa çalışacağam.
Bizdə küçələri adətən yol inşaatı üzrə mühəndislər layihələndirirlər və inşa edirlər. Təbii ki, yol və körpüləri inşa etməyi öyrənən bir insan küçənin nəqliyyat funksiyalarını qabartmaqla məşğul olacaq, çünki onun ələmində ən yaxşı küçə trasdır. Əslində isə şəhər küçələrinin layihələndirlməsi və yenidənqurulaması ilə şəhərsalma  və nəqliyyat mütəxəssisləri və  urbanistlər məşğul olmalıdırlar.
Baxın bu ilk baxışdan əyri bir sahil küçəsini nəqliyyat mütəxəssisləri düşünüb və insanların təhlükəsizliyini ön plana çəkib.
Bu isə Bakıda inşa olunmuş ox kimi düz və sürətli yol xüsusiyyəti olan Neftçilər prospektinin davamıdır. Əminəm ki, bu uçuş zolağına bənzər küçənin müəllifi yol mühəndisidir.
Amma ən mənfi dəyişiklilər küçələr yenidən qurulanda baş verir. Bakı şəhərində son 10 ildə nəqliyyat vasitələrin sayı dəfələrcə artmışdır və təbii olaraq tıxaclar əmələ gəlir. Bu mənfi halla mübarizə aparmaq üçün biz dünyanın müasir təcrübələrin tətbiq etmək əvəzinə küçələrə daha çox nəqliyyat vasitələrin sığışmasını təmin edirik. Nəticədə adi bir şəhər küçəsi…

….bu cür aqressiv mühitə çevrilir

Və ya canlı  insan yönümlü küçə

Avtomobil yönümlü olur

Keçmiş sovet məkanında bu kimi halları çox görmək olur. Məsələn tramvay yolu olan  bir küçə

Bu isə yenidənqurmanın nəticəsi.

Bir tərəfdən tıxac probleminin həlli çox təbii və intuitiv görünür: əgər küçə artmış nəqliyyat axınını sığışdıra bilmirsə deməli küçənin eni artmalı, svetoforlar və sol döngələr ləğv edilməlidir. Belə yanaşmaları biz Bakıda çox görürük, məsələn:
Yusif Səfərov küçəsi
“Sovetski” layihəsi
Neftçilər prospekti

 

Belə yanaşma nə kimi problemlərə gətirib çıxarır?
“Yol mühəndislərinin yanaşması” nəyinki problemləri həll etmir, bu yanaşma əslində vəziyyəti daha da çətinləşdirir.
· Svetoforsuz və sürətli küçələr keçdiyi əraziləri iki hissəyə bölür. Bu hissələr arasında əlaqələr pozulur, küçənin quruluşu isə artıq yürüşlərə gətirib çıxarır;
· Belə küçələrlə eyni səviyyədə kəsişən küçələrdən gələn nəqliyyat axını nəzərdə tutulmuş sürətli və fasiləsiz hərəkətə mane olur, çünki sürətlənmə zolaqların təşkili çox zaman mümkün deyil;
· Geniş, svetoforsuz və sürətli yollar onlara bitişik şəhər küçələrində tıxaclara səbəb olur. Yəni tıxac problemi həll olunmur, tıxac sadəcə yerini dəyişir;
· Çox zaman dar yerləri genişləndirmək fiziki olaraq mümkün deyil. Küçə genişlənsə belə “butulka boğazı”  tıxacı daha da pisləşdirir.  Beləliklə əvvəl vəziyyət belə idisə
             

Yenidənqurmadan sonra vəziyyət belə olur.

 

· Genişlənmiş küçə daha çox avtomobil cəlb edir. Hərəkət iştirakçılarının sayı artdıqca yolun səmərəliyi kəskin düşür, yola çox maşın çıxırsa nəqliyyat axının sürəti qeyri-proporsional sürətdə düşür. Bunu aşağıdaki şəkillə izah etmək daha rahatdır.

 

· Belə küçələr öz ictimai funksiyalarını tam mənada icra edə bilmir. Piyadalar, ictimai nəqliyyat istifadəçiləri və yerli bizneslər belə yenidənqurma nəticəsində  əziyyət çəkməli olurlar. İctimai funksiyaları icra edə bilməyən şəhərlər isə deqradasiyaya məruz qalırlar.

 


Beləliklə tıxac problemini düşünülməmiş  yol tikintisi və küçələrin yollara çevrilməsi ilə həll etmək yanğını benzinlə söndürmək cəhdinə bənzəyir. İri şəhərlərin nəqliyyat planlaşdırılması olduqca kompleks bir prosesdir və bütün amillər böyük diqqətlə nəzərdən keçirilməlidir.
Yazı ilə bağlı rəy bildirin:
Huseyn Abdullayev

Recent Posts

Möhtəşəm tarix, əzəmətli binalar və zəif nəqliyyat – Gəncədə bir gün

Gəncə - ərazisinə görə Azərbaycanın ikinci şəhəridir. Bir müddət ölkənin paytaxtı da olub. Gəncədə çoxlu…

4 həftə ago

Bakıya oxşar şəhər bizi necə qabaqladı? Bratislavada gəzinti

Keçmişdə tipik sosialistik bir şəhər olan Bratislava bu gün sürətlə Avropanın müasir urbanistik həllərini tətbiq…

1 ay ago

Qarabağ şəhərlərini bu cür bərpa edək? Vyananın yeni rayonları

Vyanada olarklən, bu şəhərin yeni yaşayış massivləri haqqında da vloq hazırladım. Əsas məqsəd - buranı…

2 ay ago

Urbanistik islahatlar başladı: Mərkəzi küçələr necə dəyişəcək?

İlin əvvəlində Bakıda başlayan urbanistik islahatlar davam edir. Əvvəl velosiped yolları, daha sonra tarixi mərkəzi…

2 ay ago

Bakını belə etmək istəyirlər – Vyana şəhərində gəzinti

🇦🇹 Vyana müxtəlif reytinqlərdə ardıcıl olaraq dünyanən ən yaşamalı şəhəri adlandırılmışdır. Elə Bakının da baş…

2 ay ago

Gözəl və insan yönümlü şəhər necə olur? Praqada bir gün

Əgər insan yönümlü şəhərlərdən danışırıqsa, bu şəhərdən vloq mütləq olmalı idi. Çexiyanın paytaxtı Praqada dünyanın…

2 ay ago

This website uses cookies.