Şəhər küçələrini necə layihələdirməli

Əvvəlki yazılarda Bakı küçələrinin layihələdirməsində yol verilən səhvlərdən bəhs etdim. 
Bu yaxınlarda ABŞ-nın NACTO (Şəhər Nəqliyyatı üzrə Rəhbər İşçilərinin  Milli Assosiasiyası) təşkilatı tərəfindən dərc edilmiş Dünya Şəhərlərində Küçə Layihələndirilməsi üzrə Təlimat Kitabçası (Global Street Design Guide ) adlı kitab işıq üzü gördü. Bu kitabı bu linkdən endirmək də olar 
Təlimatın əsas məqsədi küçələrin çoxfunksiyalı ictimai məkan olduğunu və küçələrin layihələndirilməsi zamanı səhvlərə yol verməyərək şəhərin çoxşahəli inkişafını təmin etməkdir. Kitabda ideal küçə belə təsvir olunur.
 
Kitabda olan bir neçə infoqrafikləri bölüşmək istədim.
Dünyanın bir çox dövlətlərində, o cümlədən bizdə küçə layiləndirməsində təxminən belə yanaşma istifadə olunur.
 
Amma əslində prioritetlər belə olmalıdır
 
Məqsəd şəhər sahəsini maksimal dərəcədə səmərəli istifadə etməkdir. Bu səbəbdən əhalinin mobilliyi iqtisadi cəhətdən ən səmərəli yollarla təmin edilməlidir. Anlamaq lazımdır ki, həm piyada hərəkəti həm də velosiped nəqliyyat növləridirlər və bunları küçə layihələndirməsi zamanı ciddi şəkildə nəzərdən keçirmək lazımdır.
Küçə sahəsini hansı iştirakçılar daha səmərəli istifadə edir?
 
Üç metr enində olan bir zolaq nə qədər insan nəql edə bilər?
 
Bu baxımdan adı bir küçənin buraxılış qabiliyyətini aşağıdaki kimi hesablamaq olar
 
Amma eyni küçə müasir standartlara uyğun yenidənqurulsa onun buraxılış qabiliyyəti artmış olur. Təbii ki, küçədən keçən nəqliyyat vasitələrin sayı azalır, lakin nəql edilmiş insanların sayı artır.
 
Layiləndirmə zamanı bu prinsipləri əsas tutmaq lazımdır.

 

 
Dəyişiklik  necə baş verir?
Məsələn, nizamsız hərəkəti olan belə bir küçə. Əslində bizdə də belə küçələr çoxdur.

Yenidəngurma nəticəsində küçəni daha canlı edib,daha çox insanlara xidmət etdirmək olar.

Və ya belə bir geniş proskekti

Bu cür dəyişmək olar

Bir neçə digər misallar

 

 

Belə dəyişikliklər sadəcə nəzəriyyədə qalmır, bir neçə real nümunə gətirmək olar.  

 

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – ABB: 5522-0993-6003-6123
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: