Bakının bəzi küçələrini insanlara qaytaraq

 

Hazırda Bakı şəhərinin mərkəzində bir neçə piyada küçələri var, onları hər kəs tanıyır: Nizami küçəsinin bir hissəsi (Torqovaya), Nigar Rəfibəyli və Rəsul Rza  küçələrinin bir hissəsi, Fəvvarələr meydanı və Məmmədəmin Rəsulzadə küçəsi. Bu piyada zonası şəhərin ən canlı yeridir, bu məkan sakinləri və turistləri çox cəlb edir, çünki orada insan özü üçün müxtəlif məşğuliyyət tapa bilir. Dünyanın bütün şəhərlərində piyada zonaları ən fəal yerlərə çevrilir.

 

Lakin bu piyada zonası ilə kəsişən küçələrdə vəziyyət o qədər də ürək açan deyil. Bu küçələr hal-hazırda xaotik parkinqlərə çevrilib və insanları o qədər də cəlb edə bilmir, halbuki buranın böyük potensialı var.


Gəlin sözü gedən zonaya daha yaxında baxaq. Burada olan küçələrin çox böyük iqtisadi potensiyalı var, bura Torqovaya kimi insanlarla və müxtəlif fəaliyyətlərlə dolu ola bilərdi.

 

Bu küçələr aşağıdakilardır:
  • Yusif Məmmədəliyev küçəsi
  • Zeynalabdın Tağıyev küçəsi
  • Akademik Əbdülkərim Əlizadə küçəsi
  • Tərlan Əliyarbəyov küçəsi
  • Natavan döngəsi
  • Zərifə Əliyeva küçəsinin bir hissəsi
  • Xəqani küçəsinin kiçik bir hissəsi
  • Rəsul Rza küçəsinin kiçik bir hissəsi
Küçələrin indiki vəziyyəti
Hazırda bu küçələr əsl mənada səmərəsiz istifadə edilir, burada hər gün parkinq xaosunu müşahidə etmək mümkündür, çoxsaylı piyadalar maşınların araları ilə hərəkət etməli olurlar. Bir neçə şəkillərə baxaq:

Ak. Əlizadə küçəsi:


Əliyarbəyov küçəsi. Burada həmdə tarixi bina sökülüb, yerində heç nə tikilməyib, əzrazi isə parkinq kimi istifadə edilir.


Z. Tağıyev küçəsi:


Natavan döngəsi:     


Y. Məmmədəliyev küçəsi. Burada da sökülmüş və parkinqə çevrilmiş bina var.


Xəqani(Molokan) bağının yanında gündə baş verən xaos

 

Bu küçələr çox daha səmərəli istifadə edilə bilərdi və burada işləyən bizneslər çiçəklənə bilərdi.  Bunun üçün bu küçələri tam və ya qismən piyada küçələrinə çevirmək lazımdır. Məsələn belə.

 

Və ya ancaq bir maşının keçməsi üçün şərait yaratmaq. 


Hər bir halda bu ərazidə parkinq yerlərini məhdudlaşdırmaq və prioriteti yalnız bu ərazidə yaşayan sakinlərə vermək lazımdır. 

Yazı ilə bağlı rəy bildirin:
Huseyn Abdullayev

Recent Posts

Möhtəşəm tarix, əzəmətli binalar və zəif nəqliyyat – Gəncədə bir gün

Gəncə - ərazisinə görə Azərbaycanın ikinci şəhəridir. Bir müddət ölkənin paytaxtı da olub. Gəncədə çoxlu…

2 həftə ago

Bakıya oxşar şəhər bizi necə qabaqladı? Bratislavada gəzinti

Keçmişdə tipik sosialistik bir şəhər olan Bratislava bu gün sürətlə Avropanın müasir urbanistik həllərini tətbiq…

4 həftə ago

Qarabağ şəhərlərini bu cür bərpa edək? Vyananın yeni rayonları

Vyanada olarklən, bu şəhərin yeni yaşayış massivləri haqqında da vloq hazırladım. Əsas məqsəd - buranı…

1 ay ago

Urbanistik islahatlar başladı: Mərkəzi küçələr necə dəyişəcək?

İlin əvvəlində Bakıda başlayan urbanistik islahatlar davam edir. Əvvəl velosiped yolları, daha sonra tarixi mərkəzi…

1 ay ago

Bakını belə etmək istəyirlər – Vyana şəhərində gəzinti

🇦🇹 Vyana müxtəlif reytinqlərdə ardıcıl olaraq dünyanən ən yaşamalı şəhəri adlandırılmışdır. Elə Bakının da baş…

2 ay ago

Gözəl və insan yönümlü şəhər necə olur? Praqada bir gün

Əgər insan yönümlü şəhərlərdən danışırıqsa, bu şəhərdən vloq mütləq olmalı idi. Çexiyanın paytaxtı Praqada dünyanın…

2 ay ago

This website uses cookies.