Categories: İctimai nəqliyyat

“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi

Tezliklə Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək. Mərkəz istifadəyə verildikdən sonra burada 11 marşrutun sərnişinlərə xidmət göstərəcəyi planlaşdırılır. Bu marşrutlar həm şəhərdaxili (3, 88, 93, 45, 71), həm də şəhərətrafı (100, 108, 147, 179, 123, 134) olacaqlar. Məntiqlə 8 və 6 nömrəli marşrut xətlərinin də son dayanacağı da burada olmalıdır, lakin naməlum səbəbdən bu planlar yoxdur.

Bu mübadilə mərkəzi şəhər üçün çox vacib nəqliyyat qovşağı olacaq. Gəlin onun yerləşməsinə nəzər yetirək.
Mərkəz Bakının Binəqədi rayonunda yerləşir.
Mərkəzin avtobus terminalları Dərnəgül metro stansiyasının  çıxışları ilə birləşir. Bu isə nəqliyyat növləri arasında mübadiləni mümkün edir.
Mərkəzin ətrafı əsasən sənaye zonasıdır, yaşayış binaları buradan aralıdır. Eyni zamanda bu ərazinin yaxınlığından dəmir yolu xətti keçir.
Mərkəzin ümumi planı

 

Bu Nəqliyyat Mübadilə Mərkəzinin əlavə imkanları da ola bilər.  Daha öncə qeyd etdim ki, yaxınlıqda dəmir yolu xətti keçir. Hazırda Bakı-Sumqayıt qatarı elə bu yoldan istifadə edir. Dərnəgüldə yeni dəmir yolu stansiyasının yaradılması mərkəzi tam funksional mübadilə mərkəzinə çevirə bilərdi. Hal hazırda Sumqayıtdan Bakıya gedən elektrik qatarı Biləcəri stansiyasından sonra Bakı Vağzalında, yəni şəhərin tam mərkəzində dayanır. Bu baxımdan Bakıda əlavə stansiyanın olması çox faydalı olardı, çünki sərnişinlərin böyük hissəsi üçün Dərnəgüldə enib yollarına davam etmək daha rahat və münasib olardı.

 

Nəzərə alsaq ki, bu ərazi keçmiş sənaye zonasıdır, Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində  böyük avtodayanacaq üçün yer də ayrıla bilər.  Şəhər ətrafından gələn sürücülər mərkəzə girmədən burada avtomobillərini saxlaya və ictimai nəqliyyatla yollarını davam edə bilərlər. Bu tip dayanacaqlara ingiliscə “Park and Ride” deyilir. Adətən belə parkinqlərin qiyməti şəhər mərkəzində olan qiymətlərdən dəfələrcə aşağı olur. 

Yazı ilə bağlı rəy bildirin:
Huseyn Abdullayev

Recent Posts

Möhtəşəm tarix, əzəmətli binalar və zəif nəqliyyat – Gəncədə bir gün

Gəncə - ərazisinə görə Azərbaycanın ikinci şəhəridir. Bir müddət ölkənin paytaxtı da olub. Gəncədə çoxlu…

2 həftə ago

Bakıya oxşar şəhər bizi necə qabaqladı? Bratislavada gəzinti

Keçmişdə tipik sosialistik bir şəhər olan Bratislava bu gün sürətlə Avropanın müasir urbanistik həllərini tətbiq…

1 ay ago

Qarabağ şəhərlərini bu cür bərpa edək? Vyananın yeni rayonları

Vyanada olarklən, bu şəhərin yeni yaşayış massivləri haqqında da vloq hazırladım. Əsas məqsəd - buranı…

1 ay ago

Urbanistik islahatlar başladı: Mərkəzi küçələr necə dəyişəcək?

İlin əvvəlində Bakıda başlayan urbanistik islahatlar davam edir. Əvvəl velosiped yolları, daha sonra tarixi mərkəzi…

1 ay ago

Bakını belə etmək istəyirlər – Vyana şəhərində gəzinti

🇦🇹 Vyana müxtəlif reytinqlərdə ardıcıl olaraq dünyanən ən yaşamalı şəhəri adlandırılmışdır. Elə Bakının da baş…

2 ay ago

Gözəl və insan yönümlü şəhər necə olur? Praqada bir gün

Əgər insan yönümlü şəhərlərdən danışırıqsa, bu şəhərdən vloq mütləq olmalı idi. Çexiyanın paytaxtı Praqada dünyanın…

2 ay ago

This website uses cookies.