Şəhər Nəqliyyatının İnteqrasiyası: Torontoda Nəqliyyatın Mübadilə Mərkəzi

İlk əvvəl onu qeyd etmək lazımdır ki, Kanadanın Toronto şəhəri  bir çox şimali Amerika şəhərləri kimi strukturuna görə avtomobil yönümlü şəhərdir.

Torontonun da böyük miqyaslı sürətli yol şəbəkəsi var və bu yollar şəhərin içindən keçirlər.

Lakin buna baxmayaraq şəhərdə səmərəli və rahat ictimai nəqliyyat sistemi var: 4 xəttdən ibarət 75 stansiyalı metro sistemi.

 

11 marşrut xəttindən ibarət tramvay sistemi (əsasən şəhərin məzrkəzi hissəsində işləyir)

 

Və 170 müntəzəm avtobus marşrutu

 

Bundan əlavə isə şəhər aqlomerasiyasına xidmət edən marşrutlar da var.

 

Bu gün sizə Metronun 1-ci xəttinin son stansiyasında təşkil edilmiş nəqliyyatın mübadilə mərkəzindən danışmaq istərdim. Bu mərkəz prinsipial olaraq üç zonaya bölünüb: Şəhərərtafı avtobus marşrutları üçün terminal, Şəhərdaxili avtobuslar üçün terminal və avtommobil dayanacağı. Bunların hamısından metroya giriş var.

 

Bu da metronun girişi. Məhdud mobilli insanlar üçün burada lift var.

 

Şəhərdaxili avtobusların terminal dayacağı metro çıxışının ətrafında təşkil edilib. Şəhərdaxili avtobusları, metronu və tramvayıarı eyni operator idarə edir.

 

Yaxınlıqda isə şəhərətrafı avtobusalarının terminalı var. Torontoda by işlə iki operator məşğul olur: Go transit və Viva.

 

Bilet sistemi inteqrasiya olunub.

 

Bundan əlavə bu ərazidə nəhəng avtomobil dayanacağı təşkil olunub ki, sürücülər burada avtomobili burada park edib mərkəzə ictimai nəqliyyatda gedə bilsinlər. Şəhərin mərkəzində olan parklanma yerləri kifayət qədər baha olduğuna görə çox adam burada maşını saxlayıb metro və ya avtobuslarda istifadə edirlər.

 

Bundan da əlavə metro stansiyasında sərnişin düşürdüb götermək üçün xüsusi qısa müddətli parkinq var. Vaxt məhdufiyyatı burada 10 dəqiqəyə bərabərdir.

 

 

Yazı ilə bağlı rəy bildirin:
Huseyn Abdullayev

Recent Posts

Möhtəşəm tarix, əzəmətli binalar və zəif nəqliyyat – Gəncədə bir gün

Gəncə - ərazisinə görə Azərbaycanın ikinci şəhəridir. Bir müddət ölkənin paytaxtı da olub. Gəncədə çoxlu…

2 həftə ago

Bakıya oxşar şəhər bizi necə qabaqladı? Bratislavada gəzinti

Keçmişdə tipik sosialistik bir şəhər olan Bratislava bu gün sürətlə Avropanın müasir urbanistik həllərini tətbiq…

1 ay ago

Qarabağ şəhərlərini bu cür bərpa edək? Vyananın yeni rayonları

Vyanada olarklən, bu şəhərin yeni yaşayış massivləri haqqında da vloq hazırladım. Əsas məqsəd - buranı…

1 ay ago

Urbanistik islahatlar başladı: Mərkəzi küçələr necə dəyişəcək?

İlin əvvəlində Bakıda başlayan urbanistik islahatlar davam edir. Əvvəl velosiped yolları, daha sonra tarixi mərkəzi…

1 ay ago

Bakını belə etmək istəyirlər – Vyana şəhərində gəzinti

🇦🇹 Vyana müxtəlif reytinqlərdə ardıcıl olaraq dünyanən ən yaşamalı şəhəri adlandırılmışdır. Elə Bakının da baş…

2 ay ago

Gözəl və insan yönümlü şəhər necə olur? Praqada bir gün

Əgər insan yönümlü şəhərlərdən danışırıqsa, bu şəhərdən vloq mütləq olmalı idi. Çexiyanın paytaxtı Praqada dünyanın…

2 ay ago

This website uses cookies.