Yusif Səfərov küçəsinin lətifəsi

Bu videoya baxdım və fikirlərimlə bölüşmək istədim:

Bura Yusif Səfərov küçəsidir və Bakı şəhərində piyadalar üçün ən narahat küçədir, halbuki burada yaşayış binaları, iş mərkəzləri, dövlət idarələri və avtobus dayanacaqları yerləşir. Piyada keçidi yalnız Xatai Telefon Qovşağının və Prenatal Mərkəzin yaxınlığında var ondan sonra 700 metr məsafədə heç bir keçid yoxdur.
Küçənin hərəkət hissəsi 8 zolaqdan ibarətdir, sürətlər isə adətən yüksək olur.

Bəli, burada iki piyada keçidi tikməklə böyük problemi həll etmək olar, amma bu problemlərin səbəbi keçmişdə qəbul edilmiş səhv qərarlardadır.

Vaxtı ilə Yusif Səfərov küçəsi canlı, yaşıl bir küçə idi, küçənin ortasında geniş bulvar var idi(aşağıdaki 2008-ci ilin peyk çəkilişi). Amma sonra şəhərdə maşınların sayı artdı və küçəni belə eybəcərcəsinə yenidənqurdular.

Amma sonra şəhərdə maşınların sayı artdı və küçəni belə eybəcərcasına yenidənqurdular.

Küçəyə avtomobil xüsusiyyətləri vermək cəhdi əvvəlindən yanlışdır, bu birmənalı olaraq şəhərsalma səhvidir və bu haqda yazmışdım.

Bildiyiniz kimi, küçənin və avtomobil yolunun funksiyaları tam fərqlidir.Dünya nəqliyyat və şəhərsalma təcrübəsi deyir ki, əgər şəhərə sürətli avtomobil yolu tələb edilirsə belə yol yaşayış və işgüzar fəaliyyət olmayan yerdə, küçə səviyyəsindən yuxarı (estakadalar) və ya aşağı (tunellər) tikilməlidir.

Belə yollarda nə piyada, nə ictimai nəqliyyat dayanacaqları ola bilər.
Ancaq SSRİ-də küçənin və avtomobil yolunun qibridi , yəni çoxzolaqlı, svetoforsur, yer səviyyəsində piyada keçidi olmayan “prospektlər” vardır.

SSRİ dağıldı amma onun yol ənənələri hələ də yaşayır və şəhərlərimizdə yaşayış keyfiyyətini aşağı salır.

Bundan əlavə yol tikintisi ilə problemlər həll olunmur, çünki daha çox yol, şəhərə daha çox maşın gətirir. Daha ətraflı burada.

Yazı ilə bağlı rəy bildirin:
Huseyn Abdullayev

Recent Posts

Möhtəşəm tarix, əzəmətli binalar və zəif nəqliyyat – Gəncədə bir gün

Gəncə - ərazisinə görə Azərbaycanın ikinci şəhəridir. Bir müddət ölkənin paytaxtı da olub. Gəncədə çoxlu…

3 həftə ago

Bakıya oxşar şəhər bizi necə qabaqladı? Bratislavada gəzinti

Keçmişdə tipik sosialistik bir şəhər olan Bratislava bu gün sürətlə Avropanın müasir urbanistik həllərini tətbiq…

1 ay ago

Qarabağ şəhərlərini bu cür bərpa edək? Vyananın yeni rayonları

Vyanada olarklən, bu şəhərin yeni yaşayış massivləri haqqında da vloq hazırladım. Əsas məqsəd - buranı…

2 ay ago

Urbanistik islahatlar başladı: Mərkəzi küçələr necə dəyişəcək?

İlin əvvəlində Bakıda başlayan urbanistik islahatlar davam edir. Əvvəl velosiped yolları, daha sonra tarixi mərkəzi…

2 ay ago

Bakını belə etmək istəyirlər – Vyana şəhərində gəzinti

🇦🇹 Vyana müxtəlif reytinqlərdə ardıcıl olaraq dünyanən ən yaşamalı şəhəri adlandırılmışdır. Elə Bakının da baş…

2 ay ago

Gözəl və insan yönümlü şəhər necə olur? Praqada bir gün

Əgər insan yönümlü şəhərlərdən danışırıqsa, bu şəhərdən vloq mütləq olmalı idi. Çexiyanın paytaxtı Praqada dünyanın…

2 ay ago

This website uses cookies.