Biz hər gün yol hərəkəti qaydalarının pozuntusuna şahid oluruq, bəzən belə pozuntular kütləvi xarakter alır. Bəs bunların səbəbi nədir. Bəzən bu faktoru mədəniyyət, tərbiyə və savadsızlıq ilə əlaqələndirirlər. Təbii ki, bu faktorlar da vacibdir, amma bu gün  kütləvi qayda pozuntuları ilə nəticələnən cəmiyyət davranışına sosioloji izah verməyə çalışacağam.
Sosiologiyanın “Sındırılmış Pəncərə Nəzəriyyəsindən” danışaq. Nümunə kimi müəlliflər sındırılmış pəncərələri misal olaraq göstərmişlər: belə ki əgər bir evdə sındırılmış bir şüşə dəyişdirilməsə sonda bu evdə sağlam şüşə qalmayacaq, daha sonra isə soyğunçuluq başlayacaq və həmin ərazidə kriminogen vəziyyət qısa bir zamanda pisləşəcək.

Eyni davrananış insanların nəqliyyat vərdişlərinə də aiddir. Hər bir cəmiyyətin təxminən 10%-i qayda qanunlara hörmətlə yanaşmayan və onları pozmağa meyl edən adamlar var, cəmiyyətin digər 10%-i isə qaydalara hörmət edən və onlara əməl edən olur. Yerdə qalan 80% vəziyyətə və şəraitə uyğun hərəkət edir. Məsələn bir sürücü parklanma qaydalarını pozursa və adekvat tənbeh almırsa tezliklə həmin yer bir çox maşınlarla parklanmış olacaq və heç bir nişan vəziyyəti düzəltməyəcək.

Bu vəziyyətdən çıxış yolu iki çıxış yolu var və eyni zamanda icra olunmalıdır: 

(1) şəhərdə infrastruktur elə qurulmalıdır ki, qayda pozmaq fiziki olaraq çətin olsun. Məsələn, əgər küçədə 60 km/s sürət məhdudiyyəti varsa belə küçə enli və ox kimi düz olmamalıdır. Belə yerlərdə nəqliyyat axınının sakitləşdirməsi alətləri olmalıdır (svetofor, süni daralmalar, səki səviyyəsinə qardırılmış keçidlər və sair)  
(2) Qayda pozuntularına nəzarət elə olmalıdır ki, heç bir qayda pozmuş insan cəriməsiz qalmasın. Hal hazırda Polis tərəfindən qayda pozuntularının qarşısın alınması və onların tənbeh edilməsi effektiv təşkil edilməyib. DYP patrulları bəzən yüksək cərimələri olan qayda pozuntularına cərimə yazmağa üstünlük verirlər. Kütləvi xarakter almış dayanma durma qaydalarına qarşı tədbirlər isə olduqca qeyri səmərəli təşkil edilib.  


Yazı ilə bağlı rəy bildirin:
Huseyn Abdullayev

Recent Posts

Möhtəşəm tarix, əzəmətli binalar və zəif nəqliyyat – Gəncədə bir gün

Gəncə - ərazisinə görə Azərbaycanın ikinci şəhəridir. Bir müddət ölkənin paytaxtı da olub. Gəncədə çoxlu…

1 həftə ago

Bakıya oxşar şəhər bizi necə qabaqladı? Bratislavada gəzinti

Keçmişdə tipik sosialistik bir şəhər olan Bratislava bu gün sürətlə Avropanın müasir urbanistik həllərini tətbiq…

4 həftə ago

Qarabağ şəhərlərini bu cür bərpa edək? Vyananın yeni rayonları

Vyanada olarklən, bu şəhərin yeni yaşayış massivləri haqqında da vloq hazırladım. Əsas məqsəd - buranı…

1 ay ago

Urbanistik islahatlar başladı: Mərkəzi küçələr necə dəyişəcək?

İlin əvvəlində Bakıda başlayan urbanistik islahatlar davam edir. Əvvəl velosiped yolları, daha sonra tarixi mərkəzi…

1 ay ago

Bakını belə etmək istəyirlər – Vyana şəhərində gəzinti

🇦🇹 Vyana müxtəlif reytinqlərdə ardıcıl olaraq dünyanən ən yaşamalı şəhəri adlandırılmışdır. Elə Bakının da baş…

1 ay ago

Gözəl və insan yönümlü şəhər necə olur? Praqada bir gün

Əgər insan yönümlü şəhərlərdən danışırıqsa, bu şəhərdən vloq mütləq olmalı idi. Çexiyanın paytaxtı Praqada dünyanın…

2 ay ago

This website uses cookies.