Haqqımızda
“İnsan Yönümlü Şəhərlər” müasir şəhər infrastrukturu, şəhərsalma, yol hərəkətinin təşkili və ictimai nəqliyyat haqqında Azərbaycanda ilk maarifləndirici layihədir.
Biz hammımız paytaxt Bakıda və ölkənin regionlarında ictimai nəqliyyat, piyada infrastrukturu ilə problemləri müşahidə edirik. Bundan əlavə, ölkədə velosipedlə təhlükəsiz hərəkət etmək üçün infrastrukrur yoxdur, hərəkət əngəlli və əlillər üçün isə şəhərlərin küçələri ilə hərəkət etmək çox çətindir.
Baxmayaraq ki, paytaxtımız üzun illər ərzində şəxsi avtomobillər ilə hərəkət etmək üçün qurulurdu və avtomobil yönümlü şəhər kimi inşa edilirdi, sürücülər də hər gün böyük problemlərlə üzləşir. Onlar hər gün tıxaclarda vaxt itirir, parklanma yerlərinin çatışmazlığı ilə üzləşir və yol hərəkərinin təşkili sahəsində yol verilmiş səhvlərə görə əziyət çəkirlər.
Biz dünya şəhərlərinin keçdiyi yolu, onların necə təhlükəsiz, təmiz və rahat şəhərlərə çevrilməsi tarixini, bundan əlavə isə bir çox şəhərlədə yaradılmış şəraitlə əyani şəkildə araşdırmışıq və tanış olmuşuq. Bizim əsas məqsədimiz bu haqqda soydaşlarımıza məlumat verməkdir. Bakını və vətənimizin digər şəhərlərini insan yönümlü şəhərlərə çevirmək mümkündür və bunun üçün heç də hər zaman radikal addımlara ehtiyac yoxdur.
Bu bloqda biz ancaq hazırki vəziyyətin təhlili ilə məşğul olmuruq, biz həm də beynəlxalq təcrübələr haqqında bəhs edirik və müvafiq qurumlara öz ideyalarımızı və layihələrimizi çatdırırıq.
Bizim ideya və təşəbbüslərimizi yaymağa kömək edən hamıya əvvəlcədən təşəkkür edirik.
Hər bir yeni paylaşım yaşayış üçün rahat və təhlükəsiz şəhər hədəfimizi bir addın yaxın edəcək.
Bizə dəstək göstərmək istəyənlər üçün səhifə: https://city4people.az/destek/
Hörmətlə,
Layihənin müəllifləri Anar Əliyev və Hüseyn Abdullayev