Bakı şəhərində piyada keçidləri bir çox halda səhv təşkil olunub və piyadaların rahat və təhlükəsiz hərəkətini təmin edə bilmirlər. İndiki vəziyyəti bu cür təsvir etmək olar.
Bəs rahat və təhlükəsiz piyada keçidləri necə olmalıdır? Fərqli vəziyyətlər müxtəlif həll yollarını tələb edir. Amma əsas prinsiplər eynidir: piyada keçidləri hamıya əlçatan olmalıdırlar, yəni bütün cəmiyyət tərəfindən istifadə edilə bilən baryersiz mühit olmalıdır. Əvvəl magistral yollardan danışaq.
Magistral yollarda piyada keçidləri
Şəhərətrafı sürətli yollar idealda yaşayış zonalarından keçməməlidir və orada piyada keçidlərinə də ehtiyac qalmayacaq, lakin bu mümkün deyilsə belə yollar ya yer səviyyəsindən aşağıda salınır və piyada keçidləri bu cür körpülər ilə salınır,
və ya yol estakadaların üzərindən keçir. Bu zaman piyada keçidləri estakadaların altında təşkil etmək mümkündür.
Əgər sürətli yollar yer səviyyəsindədirsə burada yerüstü keçid lazımdır. Baryersiz və maneəsiz mühiti təmin etmək üçün bu kimi panduslar lazımdır.
Şəhər küçələrində nizamlanan piyada keçidləri.
Birinci növbədə demək lazımdır ki, şəhər küçələrində yeraltı və yerüstü piyada keçidləri yolverilməzdir. Bu haqda geniş şəkildə burada yazılıb.
Nizamlanan piyada keçidi dedikdə birinci növbədə küçələrin kəsişdiyi yerlər ağla gəlir.
Məsələn bu şəkil Nyu York şəhərinin mərkəzindəndir. Burada yol kəsişmələrində 4 tərəfi piyada keçidləri təşkil olunur:
Bu kimi П şəklində olan keçidlər isə piyadaların rahat hərəkətini təmin edə bilmir və onları qayda pozmağa vadar edir.
Digər yaxşı nümunələr, yenə Nyu York şəhərindən
Yaponiyada diaqonal keçidlər
London şəhərində diaqonal keçid
Əgər keçid yol ayırıcında deyil, küçənin ortasında lazımdırsa bir çox halda belə keçidlər yenə də svetoforla nizamlanmalıdır. Qərbi Avropa ölkələrində ümumi qayda olaraq əgər hərəkət zolaqlarının sayı bir tərəfə ikidən çoxdursa keçid svetoforla nizamlanır. Əks halda sürəti sakitləşdirən alətlər lazımdır.
Bir tərəfli yolda keçid. Bizdə burada mütləq nizamlanmayan zebra olacaqdı.
Parisdə gözəl piyada keçidi.
Bu keçid düyməli svetoforla nizamlanır və təhlükəsizlik adası ilə təchiz olunub.
Əgər piyada hərəkətinin intensivliyi aşağıdırsa svetofor xüsusi düymə ilə işə düşür.
Şəhər küçələrimdə nizamlanmayan piyada keçidləri.
Əgər küçədə nəqliyyat vasitələrin intensivliyi yüksək deyilsə və ya küçə özü sakit və dardırsa orada nizamlanmayan piyada zolaqları (zebra keçidləri) təşkil edilə bilər, lakin bunu etmək üçün xüsusi təhlükəsizlik alətləri olmalıdır.
Piyada zolağı işıqlandırılmalıdır:
Nəqliyyat vasitələrini sürəti azaltmağı məcbur etmək üçün keçid səki səviyyəsinə qaldırıla bilər:
Bundan əlavə fərqli örtük də sürücüləri sürəti azaltmağa vadar edir:
Bəzi hallarda bütün yol ayrıcı səki səviyyəsinə qaldırılır. Məsələn belə:
Və ya belə:
Əgər küçədə iki əks istiqamətli hərəkət zolağı varsa ortada mütləq təhlükəsizlik adası olmalıdır:
Küçədə parkinqə icazə verilibsə kecidlərdə xüsusi çıxıntılar inşa olunur. Bu çıxıntıların iki funsiyası var: birincisi bu yolu süni olaraq daraldır və sürücülər piyadanı daha yaxşı görür.
İkinci funksiyası yol ayrıcında və piyada keçidində avtomobil parklanmasının əngəllənməsidir.
Baxış sayı: 1. 845
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.