Şəhər avtomobil yollarının növləri

Çox zaman biz yolların və küçələrin funksiyalarını səhv salırıq və yaranan problemlər məhz buradan başlayır. Bu yazıda şəhər yollarının növlərindən danışmaq istərdim.  Öncədən demək lazımdır ki, küçə və yol fərqli anlayışlarıdır. Yolların ancaq nəqliyyat funsiyası var, lakin küçələr nəqliyyat vasitələrindən əlavə  piyadalar, ictimai nəqliyyat, küçə səviyyəsində keçidlər olur. Belə küçələrdə yaşayış və biznes funksiyalı binalar yerləşir.

 

 

 
Şəhər yolları
Yollar üçün standart klassifikasiya mövcuddur, yol kateqoriyaları 1-dən 5 qədər dəyişir. Bəs şəhərdə hansı yollar ola bilər.
 
Avtomagistrallar
 
Yol mühəndislərinin klassifikasiyasına görə avtomagistrallar 1A kateqoriyasına aiddir.
Bu tip yollar şəhərin yaşayış zonalarında keçmir və ya ondan tam ayrılıb. Adətən şəhər avtomagistralları sənaye zonalarından, tunel və estakadalardan keçirlər. Belə yollarda svetoforlar, eyni səviyyədə kəsişmələr, piyada səkiləri, ictimai nəqliyyat dayanacaqları, velosiped zolaqları olmur, sürət isə 110 km/s çatır.   Şəhər avtomagistrallarında çox nadir halda piyada keçidlərinə ehtiyac qalıq, çünki onların yaşayış zonalarından yer səviyyəsində keçmə ehtimalı olduqca aşağıdır, əks halda isə piyada keçidləri yeraltı və ya yerüstü təşkil olunur.  Bakı şəhərində əsl mənada iki avtomagistral var: Bakı dairəvi yolu və Zığ-Hava limanı şosesi.

 

 

 

 

 
Sürətli yollar
Sürətli yollar 1B kateqoriyasına aiddir. Bu növ yollar Avtomagistrallara çox bənzəyir lakin, belə yollarda  eyni səviyyəli birləşmələrə yol verilir. Bundan əlavə, Azərbaycan reallığında belə yollarda ictimai nəqliyyat dayanacaqları da olur, məhz buna görə belə yollarda yeraltı və yerüstü keçidlərə ehtiyac yaranır. Bakı şəhərində bir necə belə yol var: Hava Limanı yolu, Mərdəkan yolu, Buzovna- Bilgəh yolu, Bakı Sumqayıt yolu və sair. Ziya Bünyadov prospektinin mərkəzi hissəsi sürətli yol kimi inşa olunub, lakin prospektin  six yaşayış zonasından keçməsi, prospektdə ictimai nəqliyyatın intensiv hərəkəti  və inşaat materiallarının satışı olan  zonada xaotik parkinq  bu yolu əsl mənada sürətli yol kimi istismar etməyə imkan vermir.  

 

 
Sürətli olmayan yollar

 

2,3 və 4-cü kateqoriyalı yollar sürətli olmayan yollar adlandırılır, bu tip  yollar şəhər daxilində müxtəlif yaşayış məntəqələrini birləşdirir. Sürətli yollardan fərqli olaraq bu yollarda ayırıcı zolaq olmur, eyni səviyyəli kəsişmələrə icazə verilir.  Belə yollarda ictimai nəqliyyat və piyadalar ola bilər, lakin onlara küçə demək olmaz. Bakı şəhərinin ətraflarında olan kənd və qəsəbələri birləşdirən yollar məhz bu növdəndir.

 

 
Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – ABB: 5522-0993-6003-6123
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: