Bu günki yazımda Bakıdakı ictimai nəqliyyatın daha bir problemli yerinə toxunmaq istərdim. Bakıda gecə 11-dən sonra işləyən neçə avtobus xətti tanıyırsız? Mən məsələn tanımıram. Mənim yaşadığım yerə gecə 10-dan sonra getmək problemdir. Bəs nə etməli? İzah etməyə çalışacam

Şəhəri kənddən fərqləndirən önəmli cəhətlərdən biri şəhərdə gecə həyatının bol olmasıdır. Sovet rejiminin gecələr hamı yatmalıdır stereotipindən qurtulmaq vaxtıdır. Şəhər 24/7 aktiv həyatını yaşayır. Məhz buna görədə Bakıya gecə nəqliyyatı lazımdır.

Gecələr işləyən İN-ın olmaması şəhərin iqtisadə artımının qarşısını alır – obyektlərin gecələr işləməsinə ehtiyac yoxdur çünki heç kim gecə evindən çıxa bilmir (Amma istəyərdilər). Əgər gecə tez və ucuz istədiyin yerə gedə bilmirsənsə bu şəhərin küçələrini gecələr “öldürür”. Əgər küçədə insan yoxdursa deməli sosial nəzarətdə olmur və bu tip küçələr hər cür axmaq insanların məkanına çevrilir.

Dünya təcrübəsində bu problemin bir həlli var – istənilən “özünə hörmət edən” şəhərin gecə nəqliyyatı olmalıdır. Əlbəttə sərnişin sayı az olacaq amma daşıma vasitəsini bu saya uyğun seçmək olar. Həmçinin intervallarıda 15-30 dəqiqə qoymaqla xərcləri azaltmaq olar.

İN-ın düzgün infrastrukturu olsa sərnişin axınıda bir mənalı şəkildə artacaq. Səriştəsiz hazırlanan marşrutlardan heç kim və ya çox az sayda adam istifadə edəcək. Hal-hazırda Bakı ətrafı kəndlərdə yaşayan xeyli sayda əhali sutkanın qaranlıq vaxtı evlərində oturmağa məcburdurlar. Çünki onların adicə şəhər mərkəzinə gəlməyə nə İN-i nədə taksiləri var. Ümid edirik BNA bu məsələyə bir gün toxunar

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – ABB: 5522-0993-6003-6123
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: