Mərkəzi park 2.jpg

Kim Bakı şəhərində salınan parkların sayını bilir? Söhbət sözün əsl mənasında parkdan gedir. Təəssüfki bizim sevimli mərmər döşənmiş “parklarımız” ictimai məkan deyil. Niyə? Səbəbini bu yazımda deyəcəm.

Ümumiyyətlə ictimai məkan nədir? O necə olur? Nəyə lazımdır? Nə üçün şəhərdə olması vacibdir?

İctimai məkan nədir? 


Mənim fikrimcə şəhərdə kiminsə şəxsi mülkiyyətində olmayan sahələr ictimai məkan sayılır. Yəni şəhərin böyük əksəriyyəti ictimai məkandır. Əgər səhv etmirəmsə dünyanın bir çox şəhərlərində aparılan statistikaya görə şəhərin 80%-i ictimai məkan sayılır. İctimai məkanları bir neçə yerə ayırmaq olar: parklar, meydanlar, həyətlər və ən çox sahəyə malik səkilər.

Bəli, mən səhv etmədim. Səkilər tranzit funksiyasından başqa ictimai məkan funksiyasınıda özündə daşıyır.

1. Səkinin fasad hissəsi. 2. Səkinin tranzit hissəsi. 3. Səkinin istirahət hissəsi. 4. Səkini yoldan ayıran bufer zona. 

İctimai məkan nəyə lazımdır? 


İctimai məkan şəhərin və şəhər sakinlərinin gündəlik həyatında mühüm rol oynayır. Məhz bu məkanlar şəhər mühitini formalaşdırır, biznes və insanlar ümün maraq kəsb edir

İctimai məkanlarda normal şəraitin olması insanların küçələrə axışmasına səbəb olurki, buda onların sağlamlığına (piyada gəzmək sağlamlığa xeyirdir) və ümumi təhlükəsizliyə (adam çox olan yerlər daha təhlükəsiz olur) gətirib çıxardır. Həmçinin insan axını biznes üçün ən lazımlı şeydir. Ona görə ictimai məkanlara pul ayırmaq həmçinin şəhərin iqtisadiyyatına tövhədir.

Həmçinin ictimai məkanlar insanların sosiallaşmasına kömək edir. Beləki insanların bir birləri ilə görüşüb oturması üçün evlərindən başqa yerləri olur.

İctimai məkanların yaranması ilə şəhərin ümumi görünüşünün dəyişirki, dünya praktikasında buna xeyli sayda nümunələr var. Məsələn New Yorkda yerləşən Bryant parkını götürək. Əvvəllər parkın ətrafında gəzmək çox təhlükəli idi. Bir neçə qrup eyni zamanda park ərazisində narkotik satışı ilə məşğul idi. Təbii ki, orda axşamlar gəzməkdən söhbət belə gedə bilməzdi

Nəhayət keçən əsrin sonunda şəhər meriyası parkın dizaynını və təyinatını dəyişdi. Park hal hazırda belə görünür:

Bunu neçə etdilər indi danışacam

İctimai məkanların yaranması (placemaking) maraqlı və çətin işdir. Bunun üçün bəzi ümumi qaydalar var. Birinci növbədə bu məkanları yaradarkən sakinlərin fikrini bilmək mütləqdir. İkinci növbədə bu məkanları yaradarkən bir yox bir neçə mütəxəssis əməyindən istifadə etmək lazımdır. Çünki bir insan hər kəsi qane edəcək nəsə yarada bilməz (necə deyərlər ağıl, ağıldan üstündür).

İctimai məkanlarda mütləq oturmaq üçün yerlər, yemək üçün yerlər olmalıdır. 21-ci əsr olduğuna görə WiFi-da unutmaq olmaz 🙂

Əgər boş zonalar varsa oturmaq və yemək yerlərindən əlavə 10+ qaydasına riayət etmək lazımdır. 10+ qaydası istənilən ictimai məkanda insanların başlarını qatması üçün ən azı 10 fərqli əyləncə obyektləri olmalıdır. Əsas olan bu şəraiti yaratmaqdır, insanlar öz başlarını qatmaq üçün yollar tapacaqlar.

Niyə 10? Çünki universallıq ictimai məkanın ən başlıca özəlliyidir. Universallıq olmayan parka isə heç kim ikinci dəfə gəlmək istəməyəcək.

Bryant Park nümunəsinə geri dönərək fikrimi daha aydın çatdırmağa çalışacam. Təmirdən sonra parka xeyli sayda sadə stullar yerləşdirildi.

Bu stullar çox ucuzdur və insanlar bu stulları istədikləri yerə qoyaraq oturur. Əlbəttə qazonlarda oturmağı heç kim qadağan etməməlidir. Amma ofisdə işləyənlərin nahar vaxtı kostyumla gələrək qazonda oturması mümkün deyil. Stullar isə onlara nahar fasiləsi zamanı təmiz havada oturmağa köməklik edir.

İctimai məkanlarda yeməklər müxtəlif olmalıdır. Müxtəlif dediklə müxtəlif mətbəxi yox qiymət müxtəlifliyini nəzərdə tuturam. Yəni parkdakı insanlar həm 3 manata həmdə 30 manata yeməyə nəsə tapa bilməlidirlər.

Müxtəlif əyləncə obyektlərinidə unutmaq olmaz:

Yuxarıda dediyim kimi ictimai məkanı daim inkişaf etdirmək lazımdır. Məsələn bu yerlədə daima festivallar və sosial proqramlar keçirmək olar

Bu proqramları təkcə isti aylarda yox il boyu keçirmək lazımdırki, bu məkanlar “ölməsin”

Göründüyü kimi yaxşı ictimai məkan yaratmaq üçün möcüzəyə ehtiyac yoxdur. Bu çoxlarının düşündüyü kimi fantastik bahalı bir şeydə deyil. Yuxarıdakı bəzi şəkillərdə sponsorların adlarınıda görmək olar. Dediyim kimi yaxşı ictimai məkan hazırlayın və biznes özü sizə gələcək. Həmçinin bu zonalar şəhərə müxtəlif yarmarkaların, sərgilərin keçirilməsindən pul qazandıra bilər. Məsələn bu şəkildəki parkda hər il moda festivalı keçirilir

İctimai məkanlar şəhərin vacib və ayrılmaz hissəsidir. Bu cür yerlərlə işləməyən şəhərlər sakinlərini itirir. Sakinlər şəhərdə gəzmək əvəzinə evlərində oturur. Bu səbəblərdən isə şəhər mütləq şəkildə maliyyə cəhətdən inkişaf edə bilmir.

Hal-hazırda Bakıda yaxşı ictimai məkanlara nümunə olaraq təəssüfki ancaq yeni salınmış Mərkəzi Parkı göstərmək olar. Gələcəkdə bu yerlərin bol olması ümidi ilə..

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: