Yerüstü keçid və dayanacaqlar
Bu yaxınlarda Sabunçu-Zabrat yolunda, daha doğrusu Sabunçu yol qovşağının yaxınlığında avtobus dayacaqlarının yerləri dəyişdirilib. Əslində bu ərazi uzun müddət idi ki, çox problemli yer idi, orada xaotik şəkildə dayanan taksilər və şəxsi avtomobillər, avtobusların norma işinə mane olurdu. Nəticədə bu ərazidə təəssüflər olsun ki, Bakı şəhərində tez-tez rastlaşdığımız xaotik hərəkət və sıxlıq yaranırdı.
Yaxın keçmişdə ərazinin və dayanacaqların yerləşməsi:
Problemi həll etmək üçün Bakı Nəqliyyat Agentliyi dayanacaqların yerini dəyişmək qərarına gəldi və bu planı icra etdi. Bax belə.
Dayanacağın yenı yeri:
Digər tərəf:
Nəticədə dayanacaqlar yegənə piyada keçidindən uzaq oldular (100 -150 metr), dayancaqların köhnə yerləri isə taksi dayanacaqları kimi istifadə edilir. Bu dəyişikliklə bağlı bir neçə fikir bildirmək istərdim:
- Dəyişiklikdən sonra taksilər faktiki olaraq daha rahat yerdə durur (yəni keçidin yanında) , avtobuslar isə daha narahat yerdə. Sərnişinlər indi daha çox məsafə qət etməli olacaqlar. Bu isə fundamental olaraq səhvdir. Xatırdım ki, BNA-nın direktoru son müsahibəsində prioritetlərin piyada və ictimai nəqliyyatda olduğunu dedi. Bu həll isə sərnşinlərin yolunu daha uzun edir və məqsədlərin əksini ifadə edir.
-
Sabunçu istiqamətində olan dayanacaq ərazisində yolu qaçaraq keçmək mümkündü, köhnə yerdə isə beton arakəsmələr bunu mümkünsür edir. 10 dəqiqə ərzində 3 piyada yolu qaçaraq keçdi, bu yer potensial təhlükə məmbəyidir.
-
Avtobuslar dayancaqların köhnə yerində hələ də saxlayırlar.
Bildiyiniz kimi, Bakı şəhərinin taksi sürücüləri Hindistanda yaşayan inəklər kimidir, onlar nə etsələr də xətirlərinə dəymək olmaz. Amma ictimai nəqliyyat istifadəçilərinin maraqları hən an tapdalana bilər, onların yolunu uzada, rahat dayanacağını ləğv edə, qayda pozuntularına təşviq edə bilərlər.
Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.
Yazı ilə bağlı rəy bildirin:
Siz bir vəzifəyə layiq birilerindənsiniz. Heç olmasa oz saheniz uzrə işləyirsiniz? Əminəmki siz CV göndərmisizniz BNA. Mənə maraqlıdı onlar nə cavab verdiler size?
Bildiyiniz kimi, Bakı şəhərinin taksi sürücüləri Hindistanda yaşayan inəklər kimidir, onlar nə etsələr də xətirlərinə dəymək olmaz. 😀 😀 😀
"Əla cümlə idi" Bakı şəhərinin taksi sürücüləri Hindistanda yaşayan inəklər kimidir, onlar nə etsələr də xətirlərinə dəymək olmaz