Rumıniyaya səfər çərçivəsində həmçinin Kluj şəhərini ziyarət etdim. Buxarestdən sonra bura əsl insan yönümlü şəhər demək olar. Kluj-Napoka Rumıniyanın ikinci ən böyük şəhəridir, ona görə Azərbaycanla parallelər aparanda, bu şəhəri Gəncə ilə müqayisə etmək olar. Təəssüf ki, Klujda baş verən islahatları biz Gəncədə hələ ki görmürük. Ümid edirəm, Gəncə şəhərindən bu videoya baxıb ilhamlanarlar.
💡 Videonun daha geniş versiyası da hazırlanıb və eksklüziv olaraq Patronlarla paylaşılıb. Patreon-da layihənin sponsoru olub, siz də izləyə bilərsiniz: patreon.com/city4people