Bakıda avtobus zolaqların sayı günü gündən artır. Əsas məqsəd – ictimai nəqliyyatı daha cəlbedici etməkdir. Lakin bunun üçün tək avtobus zolaqların salınması kifayətdirmi? Planda digər tədbirlər varmı? Bu suallara cavab tapmaq üçün AYNA-nın nümayəndəsi Emin Məcidov ilə Bakı küçələrini gəzdim, sizi və məni maraqlandıran suallara cavab axtardım.

Eyni zamanda, bu zolaqlara və ümumi olaraq ictimai nəqliyyatın inkişafına dair mövzuları müstəqil nəqliyyat eksperti Rauf Ağamirzəyev ilə müzakirə etdim.

💡 Videonun daha geniş versiyası da hazırlanıb və eksklüziv olaraq Patronlarla paylaşılıb. Patreon-da layihənin sponsoru olub, siz də izləyə bilərsiniz: patreon.com/city4people