Bakı küçələri qan gölüdür. Hər gün insanlar yol qəzalarında həyatlarını itirir. Adətən müvafiq qurumlar səbəb ilə yox nəticə ilə məşğul olurki bu da heç nəyi dəyişmir. İnsan hər yerdə eynidir və maneəsiz yolda sürətli sürmək istəyir. Bunun üçün isə inkişaf etmiş ölkələr küçələrində nəqliyyat axınını sakitləşdirir. Nəqliyyat axınının sakitləşdirilməsi – yolların dizaynının dəyişilməsini, daralmaların salınmasını, süni nahamarlıq yaratmağı və piyadaların təhlükəsizliyini artırmaq üçün kompleks şəklində tətbiq olunan tədbirlər paketidir.
Bakı şəhərində axını sakitləşməyin ancaq bir üsulu (çünki digərləri haqqında heç bir məlumatları yoxdur) geniş tətbiq olunur. Yolun ortasına qalın bir kəndir atılır və avtomobillər bu kəndirə çatarkən sürəti azaltmağa məcbur olur. El arasında “uzanan polis” kimi bu suni maneənin ən birinci mənfi cəhəti odurki 1 aydan sonra bu kəndir maşınların ağırlığından yerə yapışır və heç bir mənası qalmır.
Dünya pratikasında isə təbiiki bu cür süni maneələr kəndirdən yox yol yatağının materialından hazırlanır (digər materiallardan da ola bilər). Sinusoid əyrisi şəklində olan bu maneə adətən 10-15 sm hündürlükdə və 4-6 m uzunluğda olur.
Amma bu üsuldan başqa tətbiqi geniş istifadə olunan xeyli üsullar var. Məsələn səki çıxıntıları.
Bu üsul Bakıda təzəlikcə tətbiq olunmağa başladı amma çox çəkmədi. Yeni küçələrdə sakinlərin etirazından sonra BNA geri addım atmağa məcbur oldu və bu çıxıntıları heç bir işə yaramayan yol boyaları ilə əvəz etdi. (Hazırda çıxıntı kimi istifadə olunan bu hissələrdən maşınlar parking kimi istifadə edir). Bu üsulun məqsədi isə piyada keçidi olan yerlərdə yolu daraldıb, yol qırağında parking etmiş maşınların arxasından çıxan piyadaları görməyə sürücülərə şərait yaratmasıdır.
Sürət əleyhinə olan meydançalar
Bu üsul birinci “uzanan polis” üsuluna oxşasada fərqi nahamar səthə malik olmasıdır. Adətən 6-9 m uzunluğunda olur.
Küçənin formasının və ya parking yerinin dəyişdirilməsi zamanı yollar ya S formada salmaq və ya hər neçəsə metrdən bir parkingləri yolun sağında daha sonra isə solunda sıralamaq lazımdır
Qaldırılmış keçidlər
Piyada keçidlərindən yolun daraldılması ilə yanaşı yolun səki səviyyəsinə qaldırılması da praktikada istifadə olunur. Adətən bu üsuldan məhəllə arası yollarda və ya yaşayış zonalarında istifadə olunur.
Təhlükəsizlik adacığı
Bakı küçələrində bu üsulada rast gəlmək olar. Amma təəssüfki lazım olan çox yerdə bu adacıqlar yoxdur və ya yerdə boya ilə təsvir olunub (ki, artıq parking kimi istifadə olunur). Bir mənalı olaraq yolun hərəkət hissəsində bir tərəfə 2-dən çox zolaq varsa adacıq mütləq qoyulmalıdır.
Dönmə radiusunun azaldılması
Bu üsul ilə avtomobillərin döngəyə girərkən sürətinin azalması əldə olunur. Həmçinin piyada keçidlərinin uzunluğu azalır və piyada yolu daha tez keçə bilir. Küçələr daha kompakt olur, piyadanın üstünə döngədən qəfildən maşın “çıxmır”
Kiçik dairələr
Svetafor olmayan və üstünlük nişanları olan yol ayrıclarında qoyulan bu kiçik dairələr maşınların sürətini və qəza riskini xeyli azaldır.
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.