Bizim ölkədə yolları layihələndirərkən daha çox avtomobil yolları mühəndislərinin fikirlərinə üstünlük verirlər. Halbuki şəhər küçələrini nəqliyyatçılar və memarlar layihələndirməlidir. Nəticədə gündüz vaxtda bizim yollarımız ən enli tıxaclara, gecə vaxtı isə ölüm şosselərinə çevrilir. Bizim yolları normal layihələndirmək üçün aşağıdakı problemləri aradan qaldırmaq lazımdır:

  • Düşüncə cəhətdən 1970-ci illərdə qalan nəqliyyat məktəbi
  • Şəhər daxili və xarici yolları bir birindən ayırmayan köhnələn normativlər
  • Qəzalarda ölən və yaralılanlara görə məsuliyyət daşımayan məmur və qürumlar
  • Müxtəlif məlumatları toplayıb nəticə çıxarmaq bacarığının olmamağı və nəticənin səbəbini araşdırmamaq
  • Ümumi pofiqistlik – təəssüfki insanlarımız yollardakı ölümləri adi qəbul edir və proqresin nəticəsi kimi qiymətləndirir

Bu sadalanan problemləri köklü həll etməsək yollarımızdakı problemlər ayrı ayırılıqda həll olmayacaqlar. Əgər ölkə olaraq “Yolları böyüdək, hasarları artıraq, kamera və nişanları çoxaldaq” prinsipi ilə yaşamağa davam edəriksə təəssüfki insan həyatlarını qurtarmaq bizə nəsib olmayacaq.

Məsələn bizdə düşünürlərki işıqfor insan həyatını qorumaq üçün ən vacib üsullardan biridir. Zebrada adam vururlursa – işıqfor qoyaq, maşınlar toqquşursa – işıqfor qoyaq, yadplanetlilər gəlirsə – işıqfor qoyaq.

Biz sizinlə ağıllı adamlarıq və bilirikki işıqfor sadəcə axını idarə etmək üçün bir vasitədir. Ona fikir verməmək və ya heç görməmək olar. Həmçinin o sönə və ya xarab ola bilər. Yəni o özlüyündə piyadanı qoruya bilməz məhz buna görədə o təhlükəsizlik artırmaq üçün vasitə deyil.

Təbiiki işıqfor özlüyündə qəzaların sayını azaldır – bu faktdır. Amma bu sayın azalması qəzaların ağırlığını artırır. Yaşıl işıq sürücülərdə əminlik yaradır və onlar yol ayrıcına “güllə kimi” girir. Həmçinin bu yaxınlarda Bakıda yığışdırılmağa başlayan işıqfor saniyələri də təhlükəlidir. Bəziləri saniyənin azaldığını görüb sürəti artırır digərləri isə yaşılın yanmasına 1-2 saniyə qalmış yol ayrıcına girir.

Vision Zero təkliflərində işıqforları dairələrlə əvəzləmək göstərilir. Bu üsul daha təhlükəsizdir və daha çox həyat xilas edə bilər.

Kiçik yollar

Yaşayış zonasındakı kiçik yollarda məsləhətdirki işıqfor əvəzinə dairə qurulsun çünki:

  • Sürücü mütləq şəkildə yol ayırıcına girərkən orada heç kim olmasa belə sürəti azaldlb ətrafa baxacaq
  • Qəza baş verə biləcək konflikt nöqtələri azalacaq. YQH baş verdikdə isə maşınlar bir birinə sürücü tərəfdən yox sərnişin tərəfdən dəyəcək
Qırmızı ilə – maşınların konflikt nöqtələri Sarı ilə – maşın və piyadanın konflikt nöqtələri
  • Yol ayırıcı özü özünü tənzimləyir. Yol boş olduqda qırmızıda dayanmağa ehtiyac olmur
  • Xərclər azalır. İşıqfora lazım olan kommunikasiya xətləri dairəyə lazım deyil. Həmçinin dairənin ortasına yaşıllıq əkib, küçənin tempraturunu azaltmaq olar.

Gəlin bir nümunəyə baxaq. T şəkilli kəsişmədə 2 qız qəzaya düşür. Tragediya baş verir və dərhal araşdırma başlayır. Məlum olurki sürücünün heç bir günahı yoxdur. Dərhal küçənin təhlükəli olduğu anlaşılır və yenilənmə üçün plan hazırlanır. Nəticədə isə o küçədə dairə qurulur. Bizdə isə sürücünü cəzalandırıb işi bağlayardılar. Heç kim araşdırma aparmır.

Bu tip küçələrdə ictimai nəqliyyat hərəkət etmir. Ona görə dairənin radisunu minik avtomobilləri üçün təyin edirlər.

Dairəni təkcə maşınlar üçün yox təhlükəsizlik üçün velosipedçilər üçündə tətbiq etmək olar 🙂

Böyük yollar

Kiçik küçələri bildik amma şəhər təkcə onlardan ibarət deyil. Şəhərdə həmçinin böyük magistral yollarda var. Əgər yolun zolaqları 2-dən çoxdursa ənənəvi dairə işləri daha da korlaya bilər çünki o:

  • Axını sakitləşdirmir və çoxlu sayda konflikt zonaları yaradır
  • Dairə çox yer tutur – velo və piyadalar üçün yolu keçmək çətinləşir
  • Bu cür küçələrdə ictimayi nəqliyyat hərəkət edir və onlar bu dairələri dönmək üçün bir neçə zolağı birdən kəsir
  • Buraxıcılıq qabiliyyəti aşağıdır və dairədə tıxac yarana bilər.

Bizim küçələrimizdə hazırda salınan böyük dairələr artıq müasir dünyada istifadə olunmur.

Hollandlar şəhər ətrafı yollarda bütün dünyanın istifadə etdiyi turbo-dairə kəşf ediblər.

Ənənəvi (sol) dairədən fərqli olaraq burada (sağ) hərəkət kanallaşdırılıb: hər kəs öz zonasında gedir və konflikt zonaları azdır

Turbo dairənin müxtəlif sayda zolağı və kəsişməsi olan yollar üçün variantları var:

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – ABB: 5522-0993-6003-6123
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: