Şəhər infrastrukturu

Şəhəri insanlara necə qaytaraq?

Bu gün sizə bir çox avtomobilçilərin kabusu haqqında danışmaq istərdim. İnsanları şəxsi minik vasitələrindən uzaqlaşdırıb, küçələri piyadalara, velosipedlərə həmçinin ictimati nəqliyyata vermək üçün bir neçə üsul var.

Şəhərdə avtomobil istifadəsini azaltmağın əsas 3 üsulu var: Adminstrativ, iqtisadi və fiziki

Adminstrativ üsul şəxsi nəqliyyatdan istifadəni hər hansı cəza və ya məhdudiyyətlə azaltmaqdır. Məsəlçün maşının dövlət nişanınındakı rəqəmlərin cəminə görə bu və ya digər maşınların həftənin tək və ya cüt günləri sürülməsini qadağan etmək.

Bu çox ciddi tədbirdir və yalnız kritik anlarda istifadə oluna bilər. Məsələn Pekində və Parisdə ciddi ekoloji problemlər yarananda məhz bu üsuldan istifadə etmişdilər

Bu üsula həmçinin nümunə olaraq maşın almaq üçün Sinqapurdakı kimi  xüsusi lisenziya və Tokiodakı kimi parking yerinin olmasını göstərmək olar.

Ümumiləşdirsək adminstrativ üsul bəzilərinə maşın sürməyə icazə verən digərlərini isə qadağa qoyan qanunlar toplasıdır. Bu qanunlar isə sadaladığımız kimi situasiyadan asılı olaraq müxtəlif ola bilər

İqtisadi üsul insanlara maşınla gedib gedə bilməyəcəklərini özləri ayırd etməyə imkan verir.

Bu üsula – pullu parking, pullu yollar, maşına və ya benzinə əlavə vergi və s. aid edilir

Pullu parking insanları maşınlardan uzaq tutmaq üçün düşünülmüş ən yaxşı üsullardan biridir. Lakin bu üsulu tətbiq etməmişdən öncə əmin olmaq lazımdırki, sürücü mütləq şəkildə ən azı 1-2 boş parking yeri tapacaq.
Bu üsulla kim pul ödəməyə razıdır maşını ilə getməyə davam edəcək digərləri isə başqa nəqliyyat vasitəsindən istifadə etməyə başlayacaq. Pullu parking aşağıdakı nəticələrə gətirib çıxardır:
1) İşə maşınla gəlmək istəyən insanların (uzun müddətli) sayı azalacaq və pik vaxtlar şəhərdə maşınların sayı az olacaq
2) Qısa müddətli maşından istifadə edənlər daim parking üçün boş yer tapacaq.
3) Qanunsuz parking səbəbi ilə yollarda xaos yaranmayacaq.

Tez tez biz belə bir sitat eşidirik “Gəlin parkingləri pulsuz edək və parking qanunlarına nəzarət edək”. Bu fikir ədalətsizliyə və qanun pozuntusuna gətirib çıxardacaq. Beləki iş yerinə tez gələn insan həmişə parking üçün pulsuz yer tapacaq, biraz gecikən isə gəlib yer olmadığını görüb qanunsuz yerdə maşınını park edəcək. Niyə? Çünki artıq insan ora ARTIQ maşınla gəlib və təbii ki, yer tapmadığına görə geri qayıtmayacaq.

Həmçinin pullu yollarda maşın istifadəsini azaldır. Pullu yollar iki cür olur: şəhərin müəyyən bir yerinə giriş üçün pul (məsələn Londonda şəhərin mərkəzinə) və yollardan ümumi istifadə üçün pul (Sinqapur) ödəmək lazım olur. Yolların qiyməti ya fix və ya sutkanın vaxtına uyğun olaraq dəyişə bilər.

Fiziki üsul şəhərdə maşın sürmənin/parking etmənin məhdudiyyəti və ya mümkünsüzlüyü nəzərdə tutulur. Adətən bu üsul zamanı yollarda maşın sürməyi çətin, piyada və velosipedlə getməyi isə asan və komfortlu edir. Kopenhagenin mərkəzində piyada zolaqlarını elə hazırlayıblarki, mərkəzdə maşın sürmək fiziki olaraq mümkün deyil.

Solda insanı piyada gəzməyə məcbur edən şəhər, sağda insanı maşın sürməyə məcbur edən şəhər

Və ya əgər bir insan şəhər mərkəzində parking yerinin az olduğunu və onların böyük ehtimal ilə həmişə dolu olduğunu bilirsə, o, mərkəzə maşınla getmək barədə iki dəfə düşünəcək.
Şəxsən mən iqtisadə və fiziki üsulların tərəfdarıyam. Ümumiyyətlə yuxarıda sadalanan hər üç üsuldan layiqincə istifadə etməklə biz Bakımızı yenidən piyadaların ixtiyarına verə bilərik
Yazı ilə bağlı rəy bildirin:
İlkin Babayev

Recent Posts

Sürətlə yenilənən Bakı — COP29 şəhəri necə dəyişəcək?

Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…

4 ay ago

Yeni zolaqlar, yeni cərimələr – velosiped yolları üçün planlar nədir?

Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…

5 ay ago

Yaşıllıq və ağaclarla dolu tarixi şəhər – Sofiyada gəzinti

Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…

5 ay ago

Cavanşir körpüsü söküldü – bu ərazi necə dəyişəcək?

Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…

6 ay ago

Velosiped zolaqları var, amma səki yoxdur – Qusarda bir gün

Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…

6 ay ago

Boz maqistraldan insan yönümlü küçəyə – “8 noyabr” necə dəyişəcək?

8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…

7 ay ago

This website uses cookies.