Faydalılıq
İstənilən gəzintinin bir məqsədi və son nöqtəsi olmalıdır. İnsanların boş yerə, məqsədsiz gəzəcəklərinə ümid etmək axmaqlıqdır. Ona görədə “səhranın” ortasında səki düzəldib, ora dərhal piyadaların gələcəyini gözləmək ağılsızlıqdır. Digər tərəfdən isə insan cəlb olunacaq yerin piyada infrastrukturu mükəmməl olmalıdır. Çünki bu ərazi xeyli sayda insan gələcək. Məhz buna görə birinci mərtəbəsində biznes obyektlər yerləşən küçələr və ya ticarət mərkəzləri piyadalardan parking ilə ayrılmalı deyillər. Çünki bütün bunlar piyada üçün gəzməyə həvəsi öldürür və maşında gəzməyi daha cəlb edici edir.
Təhlükəsizlik
Əminəmki bu barədə heç kim mübahisə etməyəcək. Bu məsələ ilə hər kəs 20-30 fikir deyəcək. Mən daha əvvəl bu mövzüya toxunmuşam. Qısaca olaraq isə deyə bilərəmki, küçələrdə hərəkət sürəti mütləq 50 km/saata (hətta 20-30 km/saat deyərdim) endirilməlidir. küçələrdə piyadalar üçün təhlükəsi keçidlər olmamalıdır yəni 2-dən çox zolağı olan yola mütləq işıqfor qoyulmalıdır, keçidlər işıqlandırılmalıdır, təhlükəsizlik adacıqlarından istifadə olunmalıdır, yeraltı və yerüstü keçidlər ləğv olunmalıdır. Əlbətdəki səkilərdə maşınların saxlanılmasının qarşısı alınmalıdır. Bəli, düz başa düşdünüz. Piyadalar üçün əsass təhlükəsni sürücülər yaradır.
Rahatlıq
Bu artıq ümumidən detallara keçiddir. Səkilərdə nə olmalıdı? İstidən qoruyan ağaclar, dincəlmək üçün lazım olan skameykalar, düzgün kanalizasiya, naviqasiya, tamet daşlar və s. Əlbəttə küçənin yanında təhlükəli və süs-küylü şosse olacaqsa bu saydıqlarımı etmək mənasızdı.
Maraqlı olması
Düşünürəm ən maraqlı bənd budur. Bu haqda hamı, həmişə unudur. Açar məqamlar: ictimati, vitrinli birinci mərtəbə, şəhər dizaynı və memarlıqdır.
Küçə ilə sadəcə gəzmək darıxdırıcıdır. Buna görə biz daim ora-bura boylanırıq və maraqlı nələrsə axtarırıq. Məhz bu səbəbdən gözəl dizaynı ilə seçilən küçədə gəzmək insana ləzzət edir. Bu tip küçələrdə vaxt uçur və gəzintidən əla xatirələr yadda qalır.
Gəlin indi təsəvvür edək. Biz aşağıdakı küçə ilə yol getmək istəyirik. Siz ikinci dəfə yolunuzu bu tip küçədən salarsınızmı? Mən yox.
Hal-hazırda Bakımızda sırf piyadalar üçün nəzərdə tutulan çox az sayda küçə var. Düşünürəmki yaxın gələcəkdə qış parkının ətrafındakı bütün küçələri Nizami küçəsinə qədər piyadalara versələr, şəhər daha gözəlləşər. Bəs siz hansı küçələrin piyadalaşmasını istərdiniz?
Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…
Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…
Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…
Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…
Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…
8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…
This website uses cookies.