Şəhər infrastrukturu

Gözəl layihəni necə korlamaq olar: MİDA-nın Yasamal Kompleksinin təhlili

Ötən həftə MİDA-nın Yasamal yaşayış kompleksində yaradılmış velosiped yollarına dair sosial şəbəkələrdə iki fotoşəkili yerləşdirdik. Bu, böyük rezonansa gətirib çıxardı. Bu heç də təəccüblü deyil, çünki bu kimi velosiped yolları və zolaqlari velosipedçiləri ələ salmaq kimi görsənir.

Amma təəssüf ki, bu yaşayış massivinin ərazisində müşahidə etdiyim ən acınacaqlı mənzərə deyil. Öncədən qeyd edim ki, bu postda söhbət məhz yol-küçə şəraitindən gedəcək. Evlərin və mənzillərin içərisinə daxil olmamışam və hər hansı bir şərh verməyim düzgün olmaz.

“MİDA” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilib. Keçən ilin sonunda Dövlət başçısı bu yaşayış kompleksinin açılışında iştirak etdi.


(foto: AzərTAC informasiya agentliyi)

Təbii ki, Bakının böyüyən əhalisi üçün yeni yaşayış sahələrin yaradılması, həmin sahələrdə digər zəruri sosial obyektlərin (məktəb, uşaq bağçası və s.) yaradılması təqdirəlayiqdir. Ümumiyyətlə, ilk baxışdan layihə kifayət qədər gözəl görsənir. Binalarda mərtəbələrin sayı o qədər də çox deyil, yeni yol çəkilib və bu yolla bir neçə avtobus marşrut xətləri hərəkət edəcək, metrostansiyasına qədər cəmi iki-üç dayanacaq var. İlkin 3D eskizlərində layihənin görünüşü belə idi:


(foto: MIDA.az)

Mənfi cəhətlərdən onu qeyd etmək olar ki, bu kvartaltipli şəhərsalma deyil, “yiyəsiz” küçələr və hündür “qutulara” bənzər binalar sakinlər üçün yad bir təəssürat yaradır. Lakin, baxın, eskizlərdə nə qədər yaşıllıq var, parklanma olmayan həyətlər isə göz oxşayır:


(foto: MIDA.az)

İndi isə bloqun oxucuları üçün ən maraqlı hissə. Bu kompleks ətrafındakı küçə infrastrukturunun layihələndirlməsi Bakı Nəqliyyat Agentliyinə həvalə edilmişdir. Bu Agentliyin öz sahəsində yaxşı mütəxəssisləri var MIDA ilə birgə mətbuat konfransında ictimaiyyətə belə bir layihə təqdim olundu:


(foto: BNA.az)


(foto: BNA.az)

Layihə bütün vətəndaşlar üçün rahat infrastruktur, avtomobilsiz həyətlər, velosiped infrastrukturu, küçə parklanamasını, geniş səkilər və ikitərəfli yollarda ayırıcı adacıq vədd edir. Əsl insan yönümlü şəhər!

İndi isə reallığa qayıdaq, görək nə alınıb.

Ümumi plan. Göründüyü kimi inşaat davam edir.

Daha yaxından baxsaq, artıq velosiped zolaqları görə bilərsiniz. Velosiped zolaqları səkinin daxilində salınıb və asfaltla döşənib. Hələ ki, hər hansı bir keyfiyyətli işdən söz gedə bilməz. Düzdür, məqalənin əvvəlində göstərdiyimiz acınacaqlı vəziyyəti burada görmürük, ən azından hündür bardür daşları zolağı bağlamır.

Amma bəzi yerlərdə piyada zolaqlarında pandus yoxdur:

Bəzən yolayrıcıda heç piyada zolağı da yoxdur.

Səkinin eninə diqqət yetirin verin və yuxarıdakı 3D-eskizdə göstərilən 3-4 metrlik səki ilə müqayisə edin:

İndi isə həyətlərə nəzər yetirək. Görək avtomobil girişinə qadağa qoyulan həyət necə olur.

VƏ…

“Nəcə yanı maşınsız həyət? Bəz mən maşını harada saxlamalıyam? Ekologiya? İctimai məkan? Əşi, boş şeydir, bizim öz mentalitetimiz var…” – deyəsən, elə bu düşüncə ilə son anda həyətləri maşınların parklanması üçün istifadə etməyə qərara alıblar.

Həyətin mərkəzində uşaqlar üçün meydança quraşdırılıb:

Bəs yaxınlıqda travmatologiya var? 🙂 (ironiya) Uşaq meydançasını asfaltla döşəyiblər, ona görə soruşuram. Uşaq yelləncəkdən yıxılsa ciddi zədə ala bilər. Yəni, həqiqətənmi bu cür edən inşaatçılar belə sadə məqamları nəzərə almayıblar?

Yaxşı həyətlər necə olmalıdır, xatırladaq (bura heç Finlandiya və ya Almaniya deyil, Rusiyadır):

Bu isə MİDA evlərinin girişində əlillər və uşaq arabaları üçün nəzərdə tutulmuş infrastrukturdur. 45 dərəcəyə yaxın bucaqda pandus (normativ: 10 dərəcə), yoldan səkiyə isə ümumiyyətlə pandus nəzərdə tutulmayıb:

Bəzi binalarda vəziyyət nisbətən yaxşıdır:

Amma, misal üçün, bu cür yerlərdə yenə sual yaranır. Yoldan səkiyə arabalı insan necə qalxmalıdır?

Yaxınlıqda olan uşaq bağçasında vəziyyət daha yaxşıdır, uçaq meydançasında döşəmə asfalt deyil:

Yaşayış massivinə aparan yeni yolda piyadalar üçün infrastruktur da heç ürək açan deyil. Səkinin eni cəmi bir metrəyə yaxındır.

Yol nişanları isə onsuzda dar səkidə əlavə maneyə olur. Uzaqda isə pandussuz piyada keçidi görmək olar. Klassik icra:

Yekun

Aydın görünür ki, hazırda MIDA-Yasamal kompleksində küçə infrastrukturuna aid görülən işlər tələsik həyata keçirilmişdi, çox güman ki, qısa bir zamanda layihəni təhvil vermək lazım idi. Lakin, BNA tərəfindən hazırlanan gül kimi layihəyə niyə əvvəlcədən riayət olunmurdu? Bəli, demək olar ki, inşaat sona qədər bitməyib, çox şey dəyişə bilər, lakin qeyd etdiyimiz nöqsanları aradan qaldırmaq üçün, onlara tam yeni yanaşma lazımdır. Bu isə böyük məbləğdə vəsait tələb edir. Layihənin müəllifləri ona yeni sərmayə yatırmağa hazırdırmı?

Bu suala cavab vermək üçün biz MİDA-ya rəsmi bir məktub yazacağıq və cavabı gəldiyi halda Sizinlə paylaşacağıq. Sonda isə belə bir məşhur və gülməlsi internet memlə bölüşmək istərdik 🙂

Bəz siz nə düşünürsünüz? Belə bir kompleksdə yaşamaq istərdiniz?

Yaşayış massivlərinə aid digər məqalələrimiz:

Yazı ilə bağlı rəy bildirin:
Anar Aliyev

Recent Posts

Sürətlə yenilənən Bakı — COP29 şəhəri necə dəyişəcək?

Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…

4 ay ago

Yeni zolaqlar, yeni cərimələr – velosiped yolları üçün planlar nədir?

Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…

5 ay ago

Yaşıllıq və ağaclarla dolu tarixi şəhər – Sofiyada gəzinti

Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…

5 ay ago

Cavanşir körpüsü söküldü – bu ərazi necə dəyişəcək?

Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…

6 ay ago

Velosiped zolaqları var, amma səki yoxdur – Qusarda bir gün

Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…

6 ay ago

Boz maqistraldan insan yönümlü küçəyə – “8 noyabr” necə dəyişəcək?

8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…

7 ay ago

This website uses cookies.