İşıqfor – milyonlarla həyatı və şəhərləri xaosdan xilas edən unikal qurğudur. Amma həyatda ideal heçnə olmadığı kimi işıqforlar da ideal deyil və bəzən ağır qəzalara səbəb ola bilər
Hər şey insan psixologiyasından qaynaqlanır – yaşıl işığın yanıb-söndüyünü görən sürücü “bəlkə çataram” düşüncəsi ilə sürəti artırır. Youtube-da bu düşüncə ilə keçmək istəyənlərin sonunun necə olduğuna dair minlərlə video var. 95% hallarda qəza ilə sonlanır.
Məhz bu səbəbdən kiçik kəsişmələrdə işıqfor yerinə, dairəvi hərəkət, qaldırılmış piyada keçidləri və üstünlüksüz keçidlər təşkil olunmalıdır. Sürətin fiziki məhdudlaşdırılması bütün hallarda işləyir və işıqfirdan ucuz başa gəlir. Hollandiyanın bəzi şəhərlərində isə işıqforları tamamilə söndürüblər və qəzalar təbii olaraq azalıb
İşıqforlardakı taymerin müsbətdən çox mənfi cəhətləri var. Bir çox ölkələrin qanunvericiliklərində onlardan istifadəni qadağan edən qanunlar var. İşıqforlar böyük kəsişmələrdə əvəz olunamz qurğudur. Digər bütün hallarda yol hərəkətini idarə etmək üçün digər üsullardan istifadə etmək lazımdır.
Düzgün təşkil olunan kiçik kəsişmələrin nümunələri:
Təbiiki Bakıda bu tip kəsişmələri görmək xəyala bənzər bir şeydir. Lakin ümid edəkki yaxın gələcəkdə biz inkişaf etmiş dövlətlərin praktikalarından istifadə etməyə başlayacıq.
Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…
Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…
Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…
Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…
Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…
8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…
This website uses cookies.