İctimai nəqliyyat

İntermodal nəqliyyat sistemi

Müasir şəhər şəraitində insanları A nöqtəsindən B nöqtəsinə vahid bir İNV ilə daşımaq qeyri mümkündür. Əks halda küçələrdəki avtobus sayı hazırki maşın sayına bərabər olardı. Bir çox avtobuslardan cəmi bir neçə nəfərin istifadə edəcəyini nəzərə alsaydıq, şəhərdə ən çox görəcəyimiz nəqliyyat vasitəsi “marşrutka” olardı

Bu isə böyük miqyaslı bir problemə çevrilərdi: şəhər küçələri “marşrutkalar” ilə dolacaqdı, şəhər daima tıxaca məruz qalacaqdı, insanlar isə oksigen əvəzinə zəhərli qaz udacaqdılar. Qısacası bu ictimai nəqliyyat effektiv olmayacaqdı.

Xoşbəxtlikdən ağıllı adamlar bu tip problemlərin həll yolunu kəşf ediblər – intermodal nəqliyyat sistemi

Bu sistem insanları bir nöqtədən digərinə iki və daha çox növ nəqliyyat vasitəsindən istifadə etməklə çatdırmağı qarşısına məqsəd qoyur.

İndi bunun nə olduğunu başa salaq 🙂

İnsanları bir yerdən digərinə NV dəyişmədən çatdırmaq mümkün olmadığından onları NV-ni dəyişməsinə məcbur etmək lazımdı. NV dəyişikliyi isə sərnişinlər üçün diskomfort yaradır, bu isə şəxsi minik avtomobilinə istəyi çoxaldır. Ona görə hər şeyi elə fikirləşmək lazımdırki bu narahatçılıq minimum olsun. Onu isə aşağıdakı kimi etmək lazımdır:

Avtobusdan avtobusa
Gəlin sərnişinin bir ictimai nəqliyyatdan digərinə keçid etməsi ssenarisinə baxaq. Bunun üçün Nəqliyyat Mübadilə Mərkəzi (NMM) yaradılmalıdır. Adi dayanacaqlardan fərqli olaraq bu NMM xeyli sayda insan və İNV üçün nəzərdə tutulur. Məsələn Koroğlu NMM:

Avtobusdan metroya 


Bu Bakı sakinləri üçün daha yaxın ssenaridir. İnsanlar metroya qədər bir İNV-dən istifadə edir daha sonra isə yerin altına enir. Əsas prinsip yuxarıdakı ilə eynidir. Sadəcə bunu təşkil etmək biraz daha çətindir. Amma yenədə bu iki nəqliyyat vasitəsinin kəsişmə yeri minimum uzaqlıqda olmalıdır. (100-300 metr arası)

Velosipeddən …


Bəli, bu kimisə şoka sala bilər amma velosipeddə nəqliyyat vasitəsidir və onun üçündə xüsusi infrastruktur yaratmaq lazımdır. Ərazisinə görə böyük şəhərlərdə tək velosipeddən istifadə etməyə heç kim risk etmir. Bir insanın velosipedlə gedə biləcəyi komfort məsafə 10 km-dir. Buna görədə şəhər infrastrukturunu buna görə qurmalıdır. Bunun üçün 3 variant var:

1. Geniş velo icarə şəbəkəsi yaratmaq – insan evinin yanındakı bazadan velosipedi icarəyə götürüb, gedəcəyi yerdəki bazada qaytarsın

2. Dayancağa qədər velosipedlə gedib sonra avtobusa minməsi üçün müvafiq velo icarə bazası yaratmaq


3. İctimai nəqliyyatı velosiped daşıya bilməsi üçün uyğunlaşdırmaq

Əsas məsələ isə bu 3 yolun hamısını eyni zamanda inkişaf etdirməkdir.

İntermodal nəqliyyat sisteminin işləməsi üçün 3 əsas məqam var:

1. Bilet menyusu

Sərnişin nəqliyyat vasitəsini dəyişərkən əlavə pul ödəməməlidir. Yəni insan bir avtobusa bilet alıbsa, o, NMM-da düşüb, avtobusunu dəyişən zaman yenidən pul ödəməməlidir. Əlbəttə hal-hazırda bu çoxları üçün nağıl görünə bilər. Amma iqtisadi məqam insanlar üçün daim vacibdir, heç kim A nöqtəsindən B nöqtəsinə getmək üçün 3-4 dəfə pul vermək istəməz. Bu məqamı reallaşdırmaq üçün vaxtlı biletlərin inteqrasiyasına başlamaq lazımdır. Məsələn müəyyən zaman kəsiyi ərzində sərnişin istənilən sayda, metro, avtobus, tramvay dəyişə bilər. Yaxın qonşularımızdan hal-hazırda Moskvada bu biletlər var:

2. Cədvəl

Dəyişiklik zamanı əsas məqamlardan biridə zamandır. Bir avtobusla gedib, sonra digərini “sonsuzluğa” qədər gözləmək heç kim istəməz. Ona görədə ictimai nəqliyyatın gəliş-gediş vaxtını mütləq idarə etmək lazımdır. Sərnişin bilməlidirki, 08:55-də o NMM-ya gəlsə, 09:00-da artıq digər avtobusla gedəcək.

3. Rahatlıq

Mütləq şəkildə sərnişinlər gedəcəkləri, çıxacaqları, harda olduqları barədə məlumatlarla təmin olunmalıdırlar. Bunun üçün elan lövhələri köməyə gələ bilər.

İntermodal nəqliyyat sistemi çətin kimi görünə bilər. Etiraz etmirəm, elədir. Amma şəhəri tıxacdan qurtarmağın və rahat ictimai nəqliyyat sistemini yaratmağın başqa yolu yoxdu.

Yazı ilə bağlı rəy bildirin:
İlkin Babayev

Recent Posts

Möhtəşəm tarix, əzəmətli binalar və zəif nəqliyyat – Gəncədə bir gün

Gəncə - ərazisinə görə Azərbaycanın ikinci şəhəridir. Bir müddət ölkənin paytaxtı da olub. Gəncədə çoxlu…

3 həftə ago

Bakıya oxşar şəhər bizi necə qabaqladı? Bratislavada gəzinti

Keçmişdə tipik sosialistik bir şəhər olan Bratislava bu gün sürətlə Avropanın müasir urbanistik həllərini tətbiq…

1 ay ago

Qarabağ şəhərlərini bu cür bərpa edək? Vyananın yeni rayonları

Vyanada olarklən, bu şəhərin yeni yaşayış massivləri haqqında da vloq hazırladım. Əsas məqsəd - buranı…

2 ay ago

Urbanistik islahatlar başladı: Mərkəzi küçələr necə dəyişəcək?

İlin əvvəlində Bakıda başlayan urbanistik islahatlar davam edir. Əvvəl velosiped yolları, daha sonra tarixi mərkəzi…

2 ay ago

Bakını belə etmək istəyirlər – Vyana şəhərində gəzinti

🇦🇹 Vyana müxtəlif reytinqlərdə ardıcıl olaraq dünyanən ən yaşamalı şəhəri adlandırılmışdır. Elə Bakının da baş…

2 ay ago

Gözəl və insan yönümlü şəhər necə olur? Praqada bir gün

Əgər insan yönümlü şəhərlərdən danışırıqsa, bu şəhərdən vloq mütləq olmalı idi. Çexiyanın paytaxtı Praqada dünyanın…

2 ay ago

This website uses cookies.