Şəhər infrastrukturu

Həyatlar xilas edəcək sadə üsul

Hamıya salam, yuxarıdakı şəkildə siz təhlükəsizlik adasını görürsünüz. Bu çox sadə və ucuz başa gələn bir şeydir. Lakin bizim küçələrdə bu adalara rast gəlmək demək olarki mümkünsüzdür. Adətən bu adalar barədə danışanda yol polisi və ya başqa dövlət orqanları gülür və adaların qəza riskini artırdığını deyir (BƏLİ, TƏHLÜKƏSİZLİK ADASI, QƏZA RİSKİNİ ARTIRIRMIŞ!)

Dünyanın sivil ölkələrində təhlükəsizlik adaları küçə infrastrukturunun ayrılmaz bir hissəsinə çevrilmişdir. Onlar təkcə piyadalara yox həmçinin sürücülərədə kömək edir

ADALAR NƏYƏ LAZIMDIR?

– Yolların süni şəkildə əyilməsi üçün bu adalardan istifadə olunur. Əyilmiş yollarda sürücülər avtomatik sürəti azaltmağa məcbur olurlar.

Qaydalara görə sürücü zebra qarşısında onsuz da sürəti azaltmalı, diqqətli olmalı və piyadalara yol verməlidir. Lakin insanlar səhv edə bilərlər: piyada qara paltarda ola bilər, dirəyin arxasında gizlənə bilər və s – əgər sürücü piyadanı görmürsə o demək deyilki, orda piyada yoxdur. Təhlükəsizlik adası ilə isə piyada ən pis halda sürücünün gec reaksiya verməsinə görə qorxu ilə canını qurtaracaq.

– Sürücülər daha rahat döngəyə daxil ola bilərlər. Küçəyə yüksək sürətlə daxil olmaq alınmayacaq, döngənin dərəcəsi piyadanın, sürücünün kor nöqtəsinə düşməsi ehtimalını azaldır.

– Piyadalar yolu hissə-hissə keçə bilərlər: bir tərəfə baxaraq yolu keçmək, başı sağa-sola döndərərək keçməkdən dəfələrlə asandır.

Sürücülərdə piyadanın bütün yolu keçməsini gözləmirlər. Piyada adasına çatan kimi bu hissədə olan sürücülər keçib gedə bilərlər.

– Yaşıl işığı və ya axının sakitləşməsini yolun ortasında yox, təhlükəsiz yerdə gözləmək olar.

– Adalar işıqforları daha düzgün idarə etməyə kömək edir. Məsələn adasız keçiddə qırmızı işıq 1 dəqiqə yanmalıdırsa, adalı keçiddə 30 saniyədən bir yana sürücülərə yol açıla bilər.

– Böyük ərazi hərəkət üçün daha başa düşülən olur. Həmçinin belə adalarda müxtəlif nişanlar, işıqlandırma, işıqfor və s. quraşdırmaq olarki, bu da öz növbəsində hərəkətin intensivliyinə kömək edir

ADALARI NECƏ VƏ HARDA ETMƏK LAZIMDIR?

İki tərəfli hərəkət olan bütün küçə və kəsişmələrdə

Geniş hərəkət hissəsi olan küçələrdə bir və ya bir neçə təhlükəsizlik adalarından istifadə etmək olar.

Adalarla döngələri göstərmək olar: qarşıdan gələn maşınlar tormozlayır və qəza riski azalır. Həmçinin heç kim bir başa yoldan döngəyə girmir. Bu cür dizaynlı küçədə işarələrsiz belə, harda dönmə əməliyyatının icazə verildiyini bilmək olar

Piyadalar geniş yolu bir neçə yol kimi gördükdə daha az stress keçirir. Bəzi “ağıllı” sürücülər isə piyada keçidinin ortasında saxlayıb, piyadanın yolunu kəsə bilmir

Küçədən tramvay keçir? Adalardan istifadə edin.

Velo yollarıda təhlükəsizlik adaları ilə ayırmaq olar

Təhlükəsizlik adasında böyük “Təhlükə” işarəsini qoymaq olmaz. Arxasında piyada gizlənə bilər

Balaca və səliqəli işarələrdən isə istifadə etmək olar. Avtomagistralı, küçə ilə qarışdırmaq olmaz!

Təhlükəsizlik adasını rezindən təxminən bir günə hazırlamaq olar

BNA-dan və AAY DA-dan bu ideyanın reallaşması üçün təklifləri gözləyirik 🙂

Yazı ilə bağlı rəy bildirin:
İlkin Babayev

Recent Posts

Sürətlə yenilənən Bakı — COP29 şəhəri necə dəyişəcək?

Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…

4 ay ago

Yeni zolaqlar, yeni cərimələr – velosiped yolları üçün planlar nədir?

Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…

5 ay ago

Yaşıllıq və ağaclarla dolu tarixi şəhər – Sofiyada gəzinti

Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…

5 ay ago

Cavanşir körpüsü söküldü – bu ərazi necə dəyişəcək?

Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…

6 ay ago

Velosiped zolaqları var, amma səki yoxdur – Qusarda bir gün

Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…

6 ay ago

Boz maqistraldan insan yönümlü küçəyə – “8 noyabr” necə dəyişəcək?

8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…

7 ay ago

This website uses cookies.