Hərəkət zolağının enli olması və yaxud yolların genişləndirilməsi avtomobil sıxlığının aradan qaldırılmasına köməklik edirmi?
Yollarda, küçələrdə hərəkət zolağının genişləndirilməsi avtomobil sıxlığının aradan qaldırılmasına üçün müasir standartlara görə düzgün seçim deyil. Bu yazıda çalsaçam bizə həm yaxın olan ölkələrin həmdə uzaq olan ölkələrin nümunəsini təqdim edim.
Hal hazırda Azərbaycanda qüvvədə olan standartlar
Azərbaycanda avtomobil yollarında hərəkət zolağının eni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli, 16 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri qaydaları
4.3. Avtomobil yollarının hərəkət hissəsinin və torpaq yatağının eninə profilinin əsas parametrləri 3 nömrəli cədvələ uyğun qəbul edilməlidir.
Gördüyünüz kimi şəhərdə zolaq eni üçün standartlara görə ən az 3,75. O qədər genişdir ki, bu həddindən artıq genişliklərə görə Bakıda hərəkət zolağı arasında avtomobil idarə etmək kimi dünyaya məlum olmayan bir anlayış mövcuddur.
Hərəkət zolaqlarının eni digər ölkələrdə nə qədərdi:
Ukrayna
1 sentyabr 2019-cu il tarixindən etibarən Ukraynada yeni standartlar qəbul edilib.
Yeni tələblərə görə, magistral yollar istisna olmaqla, ən böyük, orta və kiçik şəhərlərdə və regional əhəmiyyətli prospektlərdə zolağın eni 3 m-dir.
Böyük şəhərlərdə fasiləsiz hərəkətin təşkil olunması üçün magistral əhəmiyyətli yollarda zolağın eni 3,5 m-dir.
Yerli yaşayış küçələrində və bütün yaşayış məntəqələrinin yollarında zolağın eni 2,75 m-dir.
“Ukravtodor” un məlumatına görə, hər il Ukraynada 180 min yol qəzası baş verir ki, bunlarda 5 minə qədər insan ölür və 30 minə yaxın insan yaralanır. Belə hadisələrin 80% -ə qədəri yaşayış məntəqələrində baş verir.
Bu cür hadisələrin əsas səbəbləri sürət həddini aşan sürücülər tərəfindən piyadaların vurulmasına səbəb olur.
Bakıda görməyə adət etdiyimiz mənzərə:
İki hərəkət zolağı olan yollarda hərəkət sıxlığı yaranan zaman 3 və yaxud 4 sıra avtomobillərin hərəkətdə olduğunu görürük.
Rusiya Federasiyası
Bizə uzaq olmayan Moskva şəhərinin nümunəsi:
Rusiya Federasiyasında hərəkət zolağının eninə olan tələblər bizim tələblərlə eynidir. Lakin Moskva şəhəri üçün istisna olaraq beynəlxalq təcrübəni nəzərə alaraq yaxşı nəticəyə nail olublar. Budur bir nümunə:
Pyatnitskaya küçəsində 4 geniş zolaq var idi, cəmi ikisi nəqliyyat üçün istifadə olunurdu, ancaq yolun hərəkət hissəsinin həddindən artıq genişliyi səbəbindən sanki magistral idi. Əlbəttə ki, maşınlar sürətlə idarə olunurdu.
Pyatnitskaya’nın küçəsi yenidən qurulmasından sonra (yeri gəlmişkən, yeni konsepsiyaya görə), nəqliyyat üçün zolaqların sayı rəsmi olaraq azaldı, amma əslində eyni olaraq qaldı – iki. Yalnız yolun hərəkət hissəsinin və zolaqların eni, xüsusən azaldı, dayanacaqda ciblər ləğv olundu və sürücülər sadəcə 50-60 km / saat sürətlə hərəkət etməyi əlverişli hesab etdilər (əvvəl 20 km daha artıq sürətlə getmək mümkün idi). Küçə tam olaraq bütün yol hərəkəti iştirakçıları üçün təhlükəsiz oldu.
Pyatnitskaya’nın rekonstruksiyadan əvvəl vəziyyəti. Geniş və təhlükəsiz bir küçə vardı:
Təklif olunan dəyişiklik:
Velosiped yolları elədiki – onlar təşkil olundiqdan sonra velosipedçilər özləri görünməyə başlayır və onların sayı hər ay artır.
Rekonstruksiyadan əvvəl görünütü:
Təklif olunmuş dəyişiklik:
İctimai fəallar və mütəxəssislər tərəfindən qeyd olunan bu təkliflər Moskva meriyası tərəfindən qəbul edildi və nətiçəsi elədə pis olmadı.
Pyatnitskaya küçəsi rekonstrusiyadan sonra görüntüsü:
Velosipedcilər üçün xüsusi zolaq ayrılıb.
Küçədə insanların dincəlməsi üçün ictimai məkan:
Avtomobil ölkəsi olan ABŞ-da hər şey fut-la ölçülür, buna görə tipik eni 3.5 deyil, 3,6 m (12 fut). Bununla birlikdə, son NACTO (National Association of City Transportation Officials) araşdırmasına əsasən , zolaqların daralması nətiçəsində qəza hallarını artırmadığını təsdiqləyib. 65 km / saat (40 mil) sürət həddi olan bir şəhər üçün avtomobillər üçün 3 metr, yük maşınları və avtobuslar üçün isə 3,3 metr tövsiyə olunur.
ABŞ Florida Nebraska prospekti, Tampa, Əvvəl: 4 zolaq. Sonra: 3 zolaq + velosiped yolu.
ABŞ misalında tez tez olduğum Nyu-York şəhərində küçələrdə hərəkət zolaqlarının eni azaldılmaqla Vision Zero Streets tələblərinə uyğunlası üzrə işlər davam edir.
Vision Zero Design: One-Way Arterial Road (Birtərəfli Arterial Yol)
Manhettenə xas olan geniş, çox zolaqlı, bir tərəfli prospektlər və digər ərazilərdəki daha dar analoqu olan küçələr təhlükəsizliyi artırmaq üçün əlverişlidir. Uzun düz bir tərəfli küçələr nəqliyyatın hərəkətini azaltmaq üçün müvafiq tədbirlər görmədən “yüksək sürətli” olma riskini idarə edir. Bu, tam bir küçənin bütün elementlərini əhatə edirsə, bir tərəfli küçənin görünə biləcəyinə dair bir nümunədir. Hər bir arterial birtərəfli və yaxud ikitərəfli yol belə görünməyəcək, lakin ən yaxşı, təhlükəsiz dizaynı təqdim etmək üçün başlanğıc nöqtəsidir.
1. ADA əlçatanlığı (Americans with Disabilities Act)
2. İctimai rahatlıqlar
3. Qorunan Velosiped Zolaqları
4. Dar nəqliyyat zolaqları
5. Piyada adaları
6. Geniş səkilər
7. Xüsusi kütləvi tranzit obyektləri
8. Siqnal ilə qorunan piyada keçidləri
9. Xüsusi yükləmə zonası
10. Siqnal Retiming (Sinxronlaşdırılmış işıqfor)
Vision Zero Design: Two-Way Arterial Road (İki tərəfli Arteriyal Yol)
İki tərəfli arterial yolları bütün Nyu-Yorkda tapmaq olar və ən geniş yerlərdə kiçik magistral yollara bənzəyə bilərlər. Küçə təhlükəsizliyinin yaxşılaşdırılması üçün artıq bu dizayna uyğun işlər görülməkdədir.
1. ADA əlçatanlığı (Americans with Disabilities Act)
2. İctimai rahatlıqlar
3. Qorunan Velosiped Zolaqları
4. Dar nəqliyyat zolaqları
5. Piyada adaları
6. Geniş səkilər
7. Xüsusi kütləvi tranzit obyektləri
8. Siqnal ilə qorunan piyada keçidləri
9. Xüsusi yükləmə zonası
10. Siqnal Retiming (Sinxronlaşdırılmış işıqfor)
Söhbət bizim bütün yollarda hərəkət zolaqlarının eninin azaldılmasından getmir.Sadəcə düzgün analiz aparılmalı, hərəkət zolağının enini azaltmaqla velosiped yolları təşkil oluna bilər və yaxud piyadalar üçün səkilər genişləndirilə bilər, yol cəkilməsində asfalt örtüyü az istifadə olunmaqla, daha ucuz və təhlükəsiz yol infrastrukturunun yaranmasına səbəb olar.
İstifadə olunan material: The Vision Zero Street Design Standard.
Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…
Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…
Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…
Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…
Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…
8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…
This website uses cookies.