Dövlət qurumları

Şəhərlərimizin yaxşılaşdırmasına necə tövhə verə bilərəm? Dövlət qurumlarına müraciət qaydası

İnsan yönümlü şəhər” layihəsi olaraq, biz bu bloqda (və eyni zamanda Facebook səhifələrimizdə) tək şəhəri rahat və təhlükəsiz etmək üçün tədbirlərdən və misaldan danışmırıq, eyni zamanda, öz müraciət və təkliflərimizi müvafiq dövlət qurumlarına baxılması üçün göndəririk. Əlavə olaraq, şəhərimizə cavabdeh olan bir sıra dövlət qurumlarının əməkdaşları bizim daimi izləyicilərimizdir və bizim yazıllarımızdan sonra dəfələrlərə reaksiya bildirmiş və tədbir görülmüşdür.

Əminəm ki, bizdən əlavə, bu cür müraciətləri mövcud vəziyyətə biganə qalmayan minlərlə vətəndaşlarımız göndərir. Lakin, hələ ki izləyicilərimiz arasında hara və necə müraciət etmək barəsində kifayət qədər məlumatlı olmayanlar var.

Nə qədər ki biz COVID-19 pandemiyası ilə əlaqədar evdə karantində qalırıq, düşünürəm hər birimiz şəhərimizdə və ya ən azı öz evinə yaxın küçə ilə bağlı şikayət və ya təklif göndərmək üçün vaxt ayıra bilər. Bunu necə etmək lazımdır – qısa olaraq başa salacam.

Hansı məsələlərə hansı aidiyyəti qurumlar baxır?

1. Yol nişanları və svetoforlar. Çatışmayan yol nişanı, onun zədələnməsi və yaxud standarta uyğun olmaması, asfaltda səhv və yaxud silinmiş yol nişanlanması, çatışmayan “zebra” və işləməyən svetoforlara Bakı şəhərinin inzibati ərazisində (Bakının kəndləri daxil) Bakı Nəqliyyat Agentliyi cavabdehdir. Müraciət etmək üçün elektron poçt: info@bna.az.

2. Ölkəmizin digər regionlarında yuxarıdakı məsələlərə hələ ki Dövlət Yol Polisi baxır. DYP-nə elektron müraciətləri e-muraciet.mia.gov.az/ sayt vasitəsilə göndərmək olar. Alternativ olaraq info@mia.gov.az və yaxud info@bakupolice.gov.az (Bakıya dair) e-poçt ünvanlarına məktub göndərmək olar, lakin şəxsi təcrübəmə əsasən sayt vasitəsilə göndərilən müraciətlərə daha tez baxılır.

3. Yollarda texniki problemlər, çuxurlar, zədələnmiş səki və ümumi olaraq yolda təmir işlərinə zərurət olduqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etmək olar. Müraciətləri həm info@aayda.gov.az, həm də info@azeravtoyol.gov.az elektron poçt ünvanlarına eyni zamanda göndərməyə tövsiyə edirəm, çünki bəzi hallarda birinci e-poçt qutusu “dolur” və məktubları qəbul etmir.

4. Şəhər və küçələrlə bağlı rəy və təkliflərinizi həmçinin İcra hakimiyyətinə göndərmək olar (qeyri-rəsmi olaraq biz onlara “meriya” deyirik), lakin, bir sıra digər ölkələrdən fərqli olaraq, İH-nin nəqliyyata dair səlahiyyəti Azərbaycanda və xüsusi ilə də Bakıda bir o qədər geniş deyil. Lakin, onlar zədələnmiş və çatışmayan səkilər, həyətlər, şəhərdəki parklar və ictimai məkanlara cavabdehdilər. Hər bir icra hakimiyyətin öz veb-saytında müraciət etmək üçün e-mail göstərilib (Google vasitəsi ilə rahat tapılır). Bakı üçün ünvan budur: mail@baku-ih.gov.az.

Xatırladım ki, ölkəmizin hər bir vətəndaşı dövlət başçısının adına yazılı müraciət göndərə bilər. Prezident Administrasiyasına məktublar veb-sayt və yaxud office@pa.gov.az elektron poçt vasitəsilə qəbul olunur. Təbii ki, PA-a çatışmayan nişan və keçid barəsində məktub yazmaq lazım deyil, lakin şəhəriniz üçün hər hansı bir qlobal təklifiniz varsa və əmin deyilsiniz ki həmin məsələyə hansı qurumun daha çox aidiyyəti var, müraciət yazıb, cəhd edə bilərsiniz. Bir qayda olaraq, Administrasiyanın əməkdaşları özləri qərar verirlər hansı quruma müraciətinizi yönləndirmək olar və siz həmin qurumdan cavab məktubu alacaqsınız.

Qeyd edim ki, Vətəndaşların müraciətləri haqqında qanunun 10-cü maddəsinə əsasən, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Əgər bu müddəti uzatmaq lazımdırsa, vətəndaşa öncədən məlumat verilməlidir.

Müraciət qaydası

Beləliklə, siz artıq bilirsiniz hansı suallarla hara müraciət etmək lazımdır. Lakin, müraciətin qaydası və formatında əmin deyilsiniz? Əslində, çətin bir məsələ deyil. Məktubunuzu Microsoft Word proqramında hazırlaya bilərsiniz. Standart şriftlərdən istifadə edin ki, bütün latın hərflər oxunsun (“Times New Roman” və yaxud “Arial”). Şritfin ölçüsü – 12-14 arası.

Məktublar müraciət etdiyiniz qurumların rəhbərlərinin adına yazıla bilər, eyni zamanda sizin adınız, soyadınız, yaşadığınız ünvan qeyd olunmalıdır. Əlavə olaraq, mobil nömrənizi və əlaqə üçün e-poçtunuzu qeyd edə bilərsiniz. Çalışın məktublara dair fotoşəkillər göndərəsiniz ki, müraciətiniz daha inandırıcı və aydın olsun.

Rahatlığınız üçün bu keçiddən Word proqramında hazırladığım blankı yükləyə bilərsiniz.

Yükləmək üçün şəkilə klik edin

Yuxarıda sadaladığım qurumların hazırdakı rəhbərlərini qeyd edirəm (2020-ci ilin aprel ayına aktual olan məlumat, mütləq bir daha yoxlayın).

Bakı Nəqliyyat Agentliyinin Sədri – Vüsal Kərimli
Baş Dövlət Yol Polisin İdarəsinin rəisi – Ramil Zeynalov
Bakı şəhər Baş Polis İdarəsinin rəisi – Mirqafar Seyidov
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Sədri – Saleh Məmmədov
Bakı Şəhər İcra Hakimiyyətin Başçısı – Eldar Əzizov

Sonda qeyd edim ki, istənilən müraciətləri adi kağızda çap edib poçt vasitəsilə göndərmək mümkündür, qurumların fiziki ünvanları onların rəsmi veb-saytlarında qeyd olunub. Lakin, qanuna əsasən həm adi poçt, həm elektron qaydada göndərilən müraciətlər eyni hüquqi qüvvəyə malikdir.

İndi növbə sizindir!

Ümid edirəm, bu yazı faydalı oldu, indi müraciət yazmaq üçün növbə sizindir. İnanın ki, müvafiq qurumlara düzgün ideyalar çatdırmaq və hər hansı bir nöqsanları bildirmək çox vacibdir. Prezident İlham Əliyev öz çıxışlarında ictimai nəzarətin vacibliyini dəfələrlə qeyd edib.

Əmin olun ki, sizi oxuyurlar və yazdıqlarınız məntiqli və düzgündürsə nəzərə alırlar. Dərhal reaksiya bildirməsələr belə. Həmçinin dost və tanışlarınızı dövlət ilə dialoq qurmağa çağırın, yalnız birlikdə biz şəhərlərimizi daha yaxşı, daha təhlülkəsiz və daha rahat edə bilərik.

Bu yazı ilə bağlı suallarınızı bizim Facebook səhifəmizə göndərə bilərsiniz.

Yazı ilə bağlı rəy bildirin:
Anar Aliyev

Recent Posts

Sürətlə yenilənən Bakı — COP29 şəhəri necə dəyişəcək?

Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…

4 ay ago

Yeni zolaqlar, yeni cərimələr – velosiped yolları üçün planlar nədir?

Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…

5 ay ago

Yaşıllıq və ağaclarla dolu tarixi şəhər – Sofiyada gəzinti

Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…

5 ay ago

Cavanşir körpüsü söküldü – bu ərazi necə dəyişəcək?

Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…

6 ay ago

Velosiped zolaqları var, amma səki yoxdur – Qusarda bir gün

Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…

6 ay ago

Boz maqistraldan insan yönümlü küçəyə – “8 noyabr” necə dəyişəcək?

8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…

7 ay ago

This website uses cookies.