Categories: İctimai nəqliyyat

Kim deyir ki Bakıda tramvay üçün yer yoxdur?

Hər dəfə xəbərlər və sosial şəbəkələrdə tramvay mövzusu gündəmə gələndə dərhal “bizim küçələrdə tramvay üç yer yoxdur” və “maşınlar üçün yer azdır, tramvay hara yerləşsin?” tipli şərhlərə rast gəlmək olar:

İntuitiv olaraq bu rəylər məntiqli görünə bilər, lakin həm Bakının tarixini, həm də müasir mobilliyi haqqında anlayışı olan ixtisasçılar başa düşür ki, bu gün Bakı şəhərinə müasir tramvay hava-su kimi lazımdır. Tramvayın əleyhinə arqumentlər səslənsə də, onları təkzib etmək çətin bir iş deyil. Gəlin, üç ən tez-tez sadalanan arqumentlərə nəzər salaq.

1. “BAKIDA METRO VAR DA, TRAMVAYI NEYLƏYİRİK?”

Birincisi, Bakı Metropolitenin əhatə dairəsi paytaxtın heç 30%-ni təşkil etmir. Əksər hallarda sakinlər şəhərin bir nöqtəsindən digər nöqtəsində çatmaq üçün metrodan əlavə digər nəqliyyatdan istifadə etməlidir. Bizim metropoliten cəmi 26 stansiyadan ibarətdir. Stansiyalar arası məsafələr də uzaqdır. Təbii ki, metro qatarları böyük sərnişindaşıma qabiliyyətinə malikdir, amma eyni zamanda, metronun tramvaya nisbətən aşağıdakı zəif cəhətləri var:
– Tikintisi daha çox maliyyə tələb edir (tramvaydan təxmini 10 dəfə baha);
– Tikintisi daha çox vaxt və resurs tələb edir (son istifadəyə verilən “8 Noyabr” metrostansiyası 9 il tikilirdi);
– Tunnel və stansiyaların hər yerdə inşası mümkün deyil. Bəzi yerlərdə torpağın və relyefin xüsusiyyətləri buna imkan vermir;
– Rahatlıq cəhətindən metro daha əlverişsizdir (eskalatorla düşüb-qalxmaq əlavə vaxt aparır, azmobilli insanlar üçün imkanlar məhduddur). Tramvaya isə minik və düşmə avtobus qədər sadə və sürətlidir, birbaşa küçəyə çıxırsan.

Təbii ki, bu demək deyil metronu inkişaf etdirmək lazım deyil, amma hazırki reallıqda yuxarıdakı kriteriyaları nəzərə almaq lazımdır.

2. “BİZİM KÜÇƏLƏRDƏ TRAMVAY ÜÇÜN YER YOXDUR”

Bu çox zəif bir arqumentdir. 1924-ci ildən 2004-cü ilə qədər Bakının bir sıra küçələrində tramvaylar sərbəst hərəkət edirdi. Tarixi fotolara nəzər salmaq kifayətdir.

Hətta Avropa şəhərlərində bizimkilərdən qat-qat ensiz küçələr var ki, orada tramvay hərəkət edir.

İstanbul, Türkiyə:

Bazel, İsveçrə:

3. “TRAMVAYLAR TIXACLARA GƏTİRİB ÇIXARACAQ”

Bu yanaşmanın arxasında nəzəriyyə durur ki, şəhərdə hazırda hərəkət edən bütün avtomobillər qalır, onlardan iki zolaq alınır və tramvay salınır. Lakin hər hansı bir marşrut üzrə tramvay xətti çəkilirsə, deməli həmin marşrut üzrə hərəkət edən sürücülərin və sərnişinlərin bir qismi tıxaclarda vaxt itirməmək üçün avtomobildən imtina edib həmin yolu tramvay ilə getməyə üstün tutacaq. Və balans qorunacaq. Ümumiyyətlə, küçənin buraxılış qabiliyyəti nəqliyyat vasitələrinin sayı ilə deyil, insanların sayı ilə ölçülməlidir. Bu şəkil hər şeyi izah edir:

BELƏ YAXŞI İDİSƏ, NİYƏ SÖKDÜLƏR Kİ TRAMVAYI?

Təəssüf ki, Bakı bir çox digər şəhərlərin səhvini təkrarladı. Ötən əsrin 70-ci illərində Avropanın bir çox ölkələrində tramvay sistemləri söküldü, keçmiş SSRİ şəhərlərində isə 90-cı və 2000-ci illərdə bu nəqliyyat “avtomobillərin hökm sürdüyü parlaq gələcək” utopiyasına qurban verdi. Bu gün bir çox inkişaf etmiş şəhərlər tramvay sistemini bərpa edirlər. Türkiyənin İzmir şəhərində tramvay xətti sıfırdan quruldu və 2017-ci ildən etibarən fəaliyyət göstərir.

Tramvay xətlərinin yerində çəkilən indi Bakının əksər küçələrdə hər gün tıxaclara rast gəlmək olar. Yolların genişləndirilməsi heç bir effekt vermədi, niyəsini bu yazıda ətraflı oxumaq olar. Bu arada, əvvəllər tramvay tək Bakıda deyil, Sumqayıt və Gəncə şəhərlərində də mövcud olub (hamısı sökülüb artıq).

BƏS GƏLƏCƏKDƏ BAKIDA TRAMVAY OLACAQ, YOXSA YOX?

Bu suala yalnız Bakının baş planı təsdiq olunandan sonra cavab alacağıq. Həmin səlahiyyət dövlət başçısına məxsusdur. Əgər həmin baş planı prezidentə təqdim edən şəxslər başa sala biləcəklər ki, müasir meqapolisdə tramvay ən effektiv ictimai nəqliyyatlardan biridir, o zaman ümid bəsləmək olar. Yox, əgər hansısa məmur “bilirsiniz, yolları daralatmaq lazım olacaq, bəs maşınları neyləyək” kimi fikirlər irəli sürüləcəksə, o zaman 2040-cı ilə qədər Bakıda tramvayın bərpası haqqında unutmalıyıq, təəssüf ki (baş plan həmin ilə qədər inkişafı əhatə edir).

Bu arada, bəzi insanlar “Bakı tramvayı” ifadəsini eşidəndə köhnə, dağıdılmış vaqonları təsəvvür edir. Əlbəttə, tramvaylar qayıtmalı olsa, bizdə də müasir və sürətli sistemlər tətbiq olunacaq. Aşağıdakı illüstrasiyaları Fee Range adlı Facebook istifadəçisi paylaşıb. Görün, şəhərimizə necə yaraşır.

Bloqumuzda gələcəkdə tramvaya həsr olunmuş məqalələr dərc olunacaq.

Yazı ilə bağlı rəy bildirin:
Anar Aliyev

Recent Posts

Sürətlə yenilənən Bakı — COP29 şəhəri necə dəyişəcək?

Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…

4 ay ago

Yeni zolaqlar, yeni cərimələr – velosiped yolları üçün planlar nədir?

Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…

5 ay ago

Yaşıllıq və ağaclarla dolu tarixi şəhər – Sofiyada gəzinti

Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…

5 ay ago

Cavanşir körpüsü söküldü – bu ərazi necə dəyişəcək?

Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…

6 ay ago

Velosiped zolaqları var, amma səki yoxdur – Qusarda bir gün

Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…

6 ay ago

Boz maqistraldan insan yönümlü küçəyə – “8 noyabr” necə dəyişəcək?

8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…

7 ay ago

This website uses cookies.