Xarici təcrübə

Avtomobil yönümlü, amma insanları nəzərə alan Dubay

Digər ölkələrdən danışaraq, adətən Dubay şəhərini daha çox avtomobil yönümlü bir misal kimi gətiririk. Bu, həqiqətən elədir. Son 30-40 il ərzində sürətlə inkişaf edən BƏƏ-nin ən böyük şəhərində 8-10 zolaqlı yollar salınıdı və mürəkkəb yol qovşaqları tikildi.

İlkin baxışdan bu şəhərdə avtomobil həqiqətən küçələrin şahıdır. Bütün şəhər sanki yollara qurban verilib.

Ərəb Əmirliklərinin iqlimini nəzərə alaraq, burada uzun məsafələrə piyada gəzmək doğrudan da narahatdır. Dubayda hətta avtobus dayanacaqlarında havanı kondisionerlə sərinləşdirirlər.

Buna baxmayaraq, Dubayda piyadaların təhlükəsizliyindən vaz keçmirlər. Qaldırılmış keçidləri, təhlükəsizlik adacıqları, geniş səkilər və ən əsası – şəhərdə təmamilə baryersiz mühit yaradılıb. Panduslar, liftlər, travelatorlar, minimum sayda pilləkənlər – hətta Avropanın bəzi şəhərlərində belə şərait yoxdur. Azərbaycanda isə bunu hətta təsəvvür etmək mümkün deyil.

(c) Aleksey Radçenko
(c) Aleksey Radçenko

Ərəblər ictimai nəqliyyatı inkişaf etdirməyə də unutmurlar. Metro və tramvay şəbəkəsi hər il genişləndirilir.

(C) RTA

Son illər ərzində velosiped və elektroskuterlər üçün də infrastruktur yaradılır.

(c) Aleksey Radçenko
(c) Aleksey Radçenko

İndi diqqət sual – Bakı Dubay kimi ola bilərmi, yəni həm avtomobil həm insan yönümlü?

Xeyr. Çünki, Bakı sıfırdan səhrada qurulmayıb və müasir urbanistik trendlərə uyğun planlaşdırılmayıb. Avtomobillər üçün haradasa yolun genişləndirilməsi mütləq səkilərin daraldılması, ağacların kəsilməsi, parkların sökülməsinə gətirib çıxaracaq. Və bu yenə də tıxac problemini həll etməyəcək. Ümumiyyətlə Dubay bu cəhətdən sıradan kənar bir misaldır. Burada istənilən miqyasda layihələr və islahatlar aparmaq olar, çünki yarım trilyon dollara yaxın dövlət büdcəsi olan bir ölkədir. Üstəgəl, buranı abadlaşdırmaq və layihələndirmək üçün dünyanın ən aparıcı mütəxəssislər cəlb olunur.

Lakin Bakını insan yönümlü etmək və tıxaclardan qurtarmaq mümkündür. Bunun üçün ilk növbədə bu məqalədə izah edilən addımları atmaq lazımdır. Təhlükəsiz, rahat və yaşamaq üçün cəlbedici şəhər olmaq üçün mütləq Dubay olmaq lazım deyil.

Yazı ilə bağlı rəy bildirin:
Anar Aliyev

Recent Posts

Möhtəşəm tarix, əzəmətli binalar və zəif nəqliyyat – Gəncədə bir gün

Gəncə - ərazisinə görə Azərbaycanın ikinci şəhəridir. Bir müddət ölkənin paytaxtı da olub. Gəncədə çoxlu…

2 həftə ago

Bakıya oxşar şəhər bizi necə qabaqladı? Bratislavada gəzinti

Keçmişdə tipik sosialistik bir şəhər olan Bratislava bu gün sürətlə Avropanın müasir urbanistik həllərini tətbiq…

1 ay ago

Qarabağ şəhərlərini bu cür bərpa edək? Vyananın yeni rayonları

Vyanada olarklən, bu şəhərin yeni yaşayış massivləri haqqında da vloq hazırladım. Əsas məqsəd - buranı…

1 ay ago

Urbanistik islahatlar başladı: Mərkəzi küçələr necə dəyişəcək?

İlin əvvəlində Bakıda başlayan urbanistik islahatlar davam edir. Əvvəl velosiped yolları, daha sonra tarixi mərkəzi…

1 ay ago

Bakını belə etmək istəyirlər – Vyana şəhərində gəzinti

🇦🇹 Vyana müxtəlif reytinqlərdə ardıcıl olaraq dünyanən ən yaşamalı şəhəri adlandırılmışdır. Elə Bakının da baş…

2 ay ago

Gözəl və insan yönümlü şəhər necə olur? Praqada bir gün

Əgər insan yönümlü şəhərlərdən danışırıqsa, bu şəhərdən vloq mütləq olmalı idi. Çexiyanın paytaxtı Praqada dünyanın…

2 ay ago

This website uses cookies.