Dayanıqlı Şəhər Nəqliyyatının 9-cu prinsipi “Həll yollarının kommunikasıyası” adlanır.
Hətta ən keyfiyyətli və qabaqcıl nəqliyyat sistemi düzgün məlumatlandırma sistemi olmadan səmərəli işləyə bilməz. Buna görə şəhər naviqasiyası və sərnişin məlumatladırma sistemləri şəhər mobilliyinin təşkilində mühüm rol oynayır.
Şəhər naviqasiyası.
Şəhərdə insanları düzgün istiqamətləndirmək üçün şəhər naviqasiyası çox vacibdir. Adətən bu təfavuratları xəritə formasında olur və yaxında olan obyektləri və nəqliyyat dayanacaqlarını göstərir. Bundan əlavə ox şəkilində istiqamət lövhələri də faydalıdır. Xaricdən yaxşı nümunələrə nəzər yetirərək.
Sərnişin məlumatı sistemləri.
Dayanacaqlarda olan məlumatlandırma da nəqliyyatdan istifadəni asanlaşdırır. Bura dayanacağın adını işarə edən lövhələr, bu dayanacaqda dayanan ictimai nəqliyyatın nömrələri, çatma vaxtları, hərəkət cədvəlləri, marşrut sistemləri daxildir. Şəhərlər bu məlumatları cəlbedici və rahat etmək istəyirlər.
Yaxşı nümunələrə nəzər yetirək.
Smartfon proqramları.
Demək olar ki, cəmiyyətin əksəriyyətindən smartfonlar var. Nəqliyyat agentlikləri nəqliyyat məlumatlarına çıxışı ictimaiyyətə açıq etdikdə mobil tətbiqlər üçün böyük imkanlar yaradır. Mobil tətbiqlər istifadəçilər üçün uyğun marşrut seçməyə, dəyişikliklər haqda xəbər verə bilər.
Dəyişikliklərdən məlumatlandırma
Nəqliyyat sistemində hər hansı bir operativ dəyişiklik olubsa bu dəyişiklik istifadəçilərə rahat şəkildə və əvvəlcədən çatdırılmalıdır.
Bakıdaki vəziyyət
Bakıda sərnişin informasiya sistemləri hələ yeni peyda olub. Şəhər naviqasiyası ilə demək olar yox səviyyədədir. Yaxşı xəbər odur ki, avtobusların gəlmə vaxtlarını tezliklə dayanacaqlarda quraşdırılan monitorlarda yenidən görmək olacaq.