Categories: İctimai nəqliyyat

Prinsip 10: Çağırışlara kompleks yanaşma

Dayanıqlı Şəhər nəqliyyatının son və 10-cu prinsipi “Çağırışlara kompleks yanaşma” adlanır.
Şəhərin və onun nəqliyyatının idarə edilməsi əlaqəli şəkildə həyata keçirməlidir. Əvvəli yazılarda qeyd olunduğu kimi şəhərsalma siyasəti (və ya onun mövcud olmaması) şəhərin nəqliyyatına böyük təsir göstəririr.  Buna görə bu iki siyasətlərin bir biridə uyğunlaşması olduqca vacibdir. Məsələn, keyfiyyətli piyada mühiti olmadan heç bir keyfiyyətli ictimai nəqliyyatda söz belə gedə bilməz, çünki piyada mühiti olmadan sərnişin ictimai nəqliyyat stansiyasına gəlib çata bilməyəcək.

 

Vətəndaş və ekspert cəmiyyətinin, qeyri hökumət təşkilatlarının da fikri nəzərə alınmalıdır. Hər hansı bir mühüm qərarın qəbulundan əvvəl ictimai müzakirələr baş tutmalıdır və maraqlı tərəflərin istəkləri və rəyləri öyrənilməlidir.

 

Hal hazırda Bakı şəhərində həm nəqliyyatda həm də şəhərsalmada heç bir inteqrasiya yoxdur. Bakı şəhərinin idarə olunması ilə məşğul olan hər  bir qurum ancaq öz mənafeyini qoruyur.

 

Eyni yerdə “Parkinq” və “Dayanma və Durma Qadağandır” nişanı
Məsələn Bakı şəhərinin nəqliyyat məsələləri ilə əlaqədar qurumlarını götürsək onların arasında olduqca zəif koordinasiyanın olduğunun şahidi olarıq. Sadəcə hərəkətin təşkili ilə eyni zamanda üç qurum məşğul olur: Yol Polisi, Azəravtoyol və Bakı Nəqliyyat Agentliyi. Bakı şəhərinin vahid nəqliyyat və  şəhərsalma siyasətlərinin olmaması da problemi daha da çətinləşdirir.

 

Yazı ilə bağlı rəy bildirin:
Huseyn Abdullayev

Recent Posts

Möhtəşəm tarix, əzəmətli binalar və zəif nəqliyyat – Gəncədə bir gün

Gəncə - ərazisinə görə Azərbaycanın ikinci şəhəridir. Bir müddət ölkənin paytaxtı da olub. Gəncədə çoxlu…

2 həftə ago

Bakıya oxşar şəhər bizi necə qabaqladı? Bratislavada gəzinti

Keçmişdə tipik sosialistik bir şəhər olan Bratislava bu gün sürətlə Avropanın müasir urbanistik həllərini tətbiq…

4 həftə ago

Qarabağ şəhərlərini bu cür bərpa edək? Vyananın yeni rayonları

Vyanada olarklən, bu şəhərin yeni yaşayış massivləri haqqında da vloq hazırladım. Əsas məqsəd - buranı…

1 ay ago

Urbanistik islahatlar başladı: Mərkəzi küçələr necə dəyişəcək?

İlin əvvəlində Bakıda başlayan urbanistik islahatlar davam edir. Əvvəl velosiped yolları, daha sonra tarixi mərkəzi…

1 ay ago

Bakını belə etmək istəyirlər – Vyana şəhərində gəzinti

🇦🇹 Vyana müxtəlif reytinqlərdə ardıcıl olaraq dünyanən ən yaşamalı şəhəri adlandırılmışdır. Elə Bakının da baş…

2 ay ago

Gözəl və insan yönümlü şəhər necə olur? Praqada bir gün

Əgər insan yönümlü şəhərlərdən danışırıqsa, bu şəhərdən vloq mütləq olmalı idi. Çexiyanın paytaxtı Praqada dünyanın…

2 ay ago

This website uses cookies.