Küçələrin təmiri onları daha yaxşı etmək üçün gözəl şans yaradır, amma reallıqda küçələrin təmiri hərəkət zolaqlarında asfaltın yenilənməsi ilə bitir, amma piyada infrastrukturuna qalıq prinsipi ilə yanaşılır. Bu cür yanaşma yaşayış kvartallarında tətbiq olunanda bu bir sual yaradır: şəhər kimin üçündür? Maşınlar və ya insanlar üçün?
Misal üçün bir küçəni götürək. “Azəravtoyol” ASC-nın internet saytı deyir ki: “Bakı şəhərində avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsi tam olaraq təmir olunub” Amma reallıq necədir?
Əvvəlcə küçəyə peykdən baxaq:
Şəkildən görünür ki, küçə tam olaraq sıx yaşayış zonasında yerləşir və təbii olaraq burada piyada hərəkəti intensiv olmalıdır. İndi gəlin yer səviyyəsinə enək və şəkillərə baxaq
Bu şəkildə piyadaya verilən dəyər çox bariz şəkildə görünür. Səki parkinqə çevrilib, piyada isə hərəkət hissəsi ilə getməlidir, yəni 5-6 maşının maraqları oradan keçən yüzlərlə insanların maraqlarından üstündür.
Burada səki yerli dibli yoxdur. Maşının yoxdursa sən əziyyət çəkməlisən.
Eyni mənzərə digər yerlərdə də var:
Təbii ki, avtomobil yumaq sakinlərin rahat gediş gəlişindən daha vacibdir.
Səki parkinq üçün lazımdır
Burada piyada dirəklə qucaqlaşmalıdır
Hər şey, bütün sahə avtomobil üçün. İnsan asfalt tarlasında özünü xoşbəxt hesab edir.
Azəravtyol hesab edir ki, 1.5 metr enliyində piyada səkisi “piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini” təmin edir.
Məsələ ondadır ki, bu küçəni təmir zamanı daya yaxşı və daha rahat etmək olardı. Niyə həmin Azəravtyol Bakı Ağ Şəhər layihəsində normal, insana hörmət edən mühit yarada bilir, amma Nərimanov rayonunda bu cür edə bilmir və ya istəmir. Ən pis hal odur ki, sakinlər və ictimaiyyət məsul qurumlara “bu nədir tikmisiniz?” demir, əsas asfalt düz olsun, vəssalam.