1-ci mikrorayonda nə tikəcəklər

Bildiyiniz kimi, Bakı şəhərinin 1-ci mikrorayonunda  Fransanın “Kamyu” şirkətinin istehsalı olan və sonralar “Xruşovka” kimi tanınan, iripanelli yaşayış binaları sökülərək yerində müasir tələblərə uyğun yeni çoxmərtəbəli binaların tikiləcək.
Gəlin qeyd olunan yerə  peykdən baxaq.

 

Bu ərazilər yeni tikiləndə təxminən bu cür görünürdü.

 

Hal-hazırda isə bu cür görünür.

 

Bu günlərdə bu ərazinin necə deyişəcəyi (ən azından mətbuata hələ ki bu təqdim olunub) bəlli oldu.
Biz burada nə görürük? Ayrı, ayrı güllə tipli 20-25 mərtəbəli binalar, ifrat genişliyi olan yollar. Yəni burada müasir şəhərsalma və nəqliyyat planlaşdırılmasından söz gedə bilməz.

 

Bu bir növ keçən əsrin 30-cu illərində dəbdə olan üsluba bənzəyir.
Çində bu cür şəhərsalmanı indi də tətbiq edirlər. Çində bu başadüşüləndir, çünki bu ölkənin iri şəhərlərində əhali çox sıx yaşayır və belə şəhərsalma məcburiyyətdən irəli gəlir.

 

İnkişaf etmiş dövlətlərdə isə yaşayış kvartalları təxminən bu cür tikilir. Çox sadə binalar və insansevər küçələr, maksimum 6-7 mərtəbə. Göründüyü kimi, normal və müasir yaşayış zonalarında qeyri-adi bir şey yoxdur.

 


Yazı ilə bağlı rəy bildirin:
Huseyn Abdullayev

Recent Posts

Möhtəşəm tarix, əzəmətli binalar və zəif nəqliyyat – Gəncədə bir gün

Gəncə - ərazisinə görə Azərbaycanın ikinci şəhəridir. Bir müddət ölkənin paytaxtı da olub. Gəncədə çoxlu…

2 həftə ago

Bakıya oxşar şəhər bizi necə qabaqladı? Bratislavada gəzinti

Keçmişdə tipik sosialistik bir şəhər olan Bratislava bu gün sürətlə Avropanın müasir urbanistik həllərini tətbiq…

4 həftə ago

Qarabağ şəhərlərini bu cür bərpa edək? Vyananın yeni rayonları

Vyanada olarklən, bu şəhərin yeni yaşayış massivləri haqqında da vloq hazırladım. Əsas məqsəd - buranı…

1 ay ago

Urbanistik islahatlar başladı: Mərkəzi küçələr necə dəyişəcək?

İlin əvvəlində Bakıda başlayan urbanistik islahatlar davam edir. Əvvəl velosiped yolları, daha sonra tarixi mərkəzi…

1 ay ago

Bakını belə etmək istəyirlər – Vyana şəhərində gəzinti

🇦🇹 Vyana müxtəlif reytinqlərdə ardıcıl olaraq dünyanən ən yaşamalı şəhəri adlandırılmışdır. Elə Bakının da baş…

2 ay ago

Gözəl və insan yönümlü şəhər necə olur? Praqada bir gün

Əgər insan yönümlü şəhərlərdən danışırıqsa, bu şəhərdən vloq mütləq olmalı idi. Çexiyanın paytaxtı Praqada dünyanın…

2 ay ago

This website uses cookies.